Necə kömək edə bilərik?

S&P və qlobal iqtisadiyyat

16 May 2019 • 1103

S&P və qlobal iqtisadiyyat

Demək olarki S&P indeksinə daxil olan bütün şirkətlər birinci kvartal üzrə hesabatlarını təqdim ediblər. Hesabatlardan aydın olur ki, amerikan şirkətləri daxili alıcıdan başqa xarici  bazarlardada bizneslə məşğul olurlar hansı ki, onlara gəlir gətirir.

Bundan əlavə , əgər amerikan iqtisadiyyatı yaşam və artım göstəriciləri verirsə ( suallar yaradan ÜDM artımı və artmaqda olan infilasiya iqtisadiyyatda çətinlik göstərsədə ) digər dünya ölkələrində vəziyyət pisdir - qlobal iqtisadiyyat bütün frontlarda zəifləyir.

Gəlin qlobal iqtisadiyyatın zəifləməsi və ticarət müharibəsi fonunda amerikan şirkətlərinin gəlirlərinə baxaq.

FactSet - in hesablamalarına görə satışların 30-40%-i  şirkətlərə xaricdəki fəaliyyətlərindən gəlir. Bundan əlavə Standart and Poors -un hesablamalarına görə bütün amerikan şirkərlərinin satışının 40% - ni xarici bazarlar təmin edir. Başqa sözlə S&P qlobaldır və ancaq amerikan iqtisadiyyatından asılı deyil. 

ABŞ hər kəsi çəkir

FactSet amerikan şirkətlərinin birinci kvartal üzrə hesabatları barədə paylaşəm edib. 

Gördüyünüz hesabatda qrafik  iki hissəyə bölünüb: sol tərəfdə şirkətlərin gəlirləri sağ tərəfdə isə onların satışları yer alır.

Bundan əlavə, gəlir və satışlarda öz növbəsində 2 qrupa bölünüb: ABŞ ərazisində satışıarı 50%-dən çox olan şirkətlər ( "yerli", az qlobal olan şirkətlər: mavi rəngli xana), ABŞ ərazisində satışları 50%-dən aşağı olan şirkətlər (internasional, daha çox qloballaşmış şirkətlər: yaşıl xana ). Göy rəngdə olan xana isə - S&P nin orta göstəriciləridir.

İl baxışdanda görünürki "yerli" və qlobal şirkətlər arasında böyük fərq var - qlobal olan şirkətlərin gəlrilərində böyük eniş var (-12.8%), həmçinin satışların staqnasiyası (biznes artımı) (+0.2%)

Yuxarıda qeyd olunduğu kimi amerikan iqtisadiyyatı şirkətlərdən gələn gəlirləri "dartmaqda" davam etsədə bu sonsuz davam etməyəcək. Bildiyiniz kimi bir neçə gün əvvəl Tramp adminstrasiyası Çinli deleqasiyanın danışıqları pozduğunu və yeni 200 milyard dollar tariflər tətbiq etdiyin açıqlamışdı. Cavab olaraq isə Çin 60 milyard dollar dəyərində tarifləri artırmışdı. 

FactSet-in hesabatları:

(https://www.spglobal.com/en/research-insights/articles/when-the-cycle-turns-investment-impairments-will-bend-but-not-break-u-s-life-insurers-financial-strength)

(https://us.spindices.com/indexology/djia-and-sp-500/sp-500-global-sales)

 (https://www.factset.com/hubfs/Resources%20Section/Research%20Desk/Earnings%20Insight/EarningsInsight_051019.pdf)