Necə kömək edə bilərik?

Qızıl müdafiə aktivi kimi perspektivləri

15 İyun 2019 • 453

Qızılın qiyməti 2016 - cı ildən bəri keçə bilmədiyi müqavimət həddinə çatıb. Dəqiq qiymət həddi burada yoxdur,ancaq əminliklə deyə bilərik ki, qiymət diapazonu 1355 - 1375 dollar arası dəyişir. Bu qiymətlərdən yəni müqavimət hədlərini keçən ticarət dövrlərində qızılın satışları başlamışdır və investorlar 1380 dollardan yuxarı alışlar etməyə çəkinirlər. Niyə qızıl 1400 dollar müqaviməti keçə bilmir? Bunun səbəbini ABŞ-ın Federal Ehtiyatlar Sisteminin monetar siyasətində axtara bilərik. FES istər istəməz verdiyi qərarlar ilə bütün klas aktivlərə öz təsirini göstərir.

Qızılın perspektivlərinə baxsaq görərik ki, son bir neçə ildə bazar FES -in monetar siyasəti sərtləşməsi gözləntiləri ilə hərəkət edirdi və sonda gözlənilənlər özünü doğrultdu. 2015 - ci ilin sonunda bu günümüzə kimi amerikan requlyatoru faiz dərəcələrini 9 dəfə artırmışdır və bazarda sərtləşmə siyasəti (QT - Quantitative tightening ) aparmışdır. QT - proqramına əsasən FES balansında olan qiymətli kağızları ( dövlət borc istiqrazları ) , mərhələli şəkildə bazara geri qaytarmaq və bununla da pul həcmini bazarda azaltmaq planı ilə hərəkət edirdi. Son illərdə FES gözlənildiyi kimi öz addımlarını atırdı və bazardan 600 milyard dollar alaraq əvəzində qiymətli kağızları bazara geri qaytarmışdır. İndi isə situasiya dəyişib və dünyada baş verən siyasi və iqtisadi hadisələr onların faiz dərəcələrini endirmək barədə düşündürür və iyul ayında artıq faiz dərəcələrinin enişlərinin başlaması gözlənilir. Fond bazarı bu xəbərə artıq müsbət reaksiya verərək alışları bərpa etmişdir. Sentyabr ayında isə, QT proqramını dayandırmaq barədə düşünən FES qızılın artım dinamikasına təsir edə bilər və 1400 dollarlıq keçilə bilməyən müqavimət qırıla bilər. Çin və Amerika arasındakı ticarət müharibəsi də qızılın perspektivini artırır və 1500 - 1550 dollar arası qimyətləri bir müddət sonra görə bilərik.