Necə kömək edə bilərik?

Bitkoyn niyə qalxır?

05 İyul 2019 • 679

Son ayda Bitkoyn və digər kriptovalyutaların qiymətlərində kəskin qalxma muşahidə edilir. Bu səbəbdən bir çox insanlar kriptovalyutalara yatırımı artırır və bu qiymətlərin kəskin artımına təkan verir. Aşağıda Bitkoyn qiymətlərində artıma təsir edən bir çox faktorları sadalayıb gələcək barədə proqnozlarımızı verəcəyik.  

Bitkoyn birinci kriptovalyutadı.

İlk kriptovalyuta olması Bitkoyn qiymətinə təsiri daha güclü olmasına gətirir. Ümumilikdə iki mindən çox kriptovalyuta var. Bitkoyn birinci valyuta olduğu üçün investorlar Bitkoyna daha çox etibar edirlər və alırlar. Bu səbədən digər kriptovalyutalara nisbətdə Bitkoyn qiymətində daha kəskin artım və azalma muşahidə olunur.

Bitkoyn limitli saydadı.

Bitkoyn (BTC) limitli pul kütləsinə sahibdir.  Maksimal 21 milyon Bitkoyn mayn oluna bilər. Hal hazırda 17,798,112 BTC mövcüdur. (Coinmarketcap.com, 7/5/2019) Mayninq prosesi Bitkoyn və digər kriptovalyutaların yaranması üçün yeganə  vasitədir. Ümumi iqtisadi prinsiplərdə olduğu kimi bir mal və ya əmtənin qıt olduğu təqdirdə ona tələb artdıqda qiymət qalxır. Bu proses Bitkoyna da aidir.

Qlobal güclərin blokçeyn texnologiyasına marağı artır.

Avropa, Amerika və bir çox ölkələrdə Bitkoyn və digər kriptovalyutaların arxasında dayanan blokçeyn texnologiyasına maraq artır. Ölkələr və Mərkəzi banklar blokçeyn texnologiyası ilə əlaqəli layihələr keçirir. Bu sahədə mütəxəssislər cəlb edilir. Bir çox ölkələrin Mərkəzi bankları öz kriptovalyutasını yaratmağı planlaşdırır. Misal üçün Çin Dövləti öz yuan kriptovalutasını yaratmağa hazırlaşır. Dünya İqtisadi Forumunun verdiyi məlumata görə 2018 ci ildən Çin mərkəzi bankı öz kriptovalyutasını buraxmağı planlıyır və bunun üzərində işlər görür. Avropa öləkələri, Rusiya, Qırğızıstan və sair ölkələr öz kriptovalyutasını buraxmaq istədiyi haqda KİV də məlumat vermişdir. Blokçeyn texnologiyasının bir çox müsbət cəhətləri var və gündəlik ticari prosesin effektivləşməyinə və səmərəliyinə pozitiv təsir edəcək. Məhz buna görə Bitkoyn qiyməti qalxır və investorların ona olan güvəni yenidən artır.

Bir çox Sosial şəbəkələr öz kriptovalyutasını yaradır.

Bitkoyn kəskin qalxmasının əsas səbəbi kimi son günlərdə nəhəng sosial şəbəkə olan Facebook-un 2020-ci ilin əvvəlində Libra adında kriptovalyutasını buraxmaq haqda hazırlıqlar gördüyünü açıqlamasıdır. Digər kriptovaluyutalardan fərqli olaraq Facebook öz valyutasın stabil edəcək, yəni 1 Libra = 1 Dollara bərabər edəcək. Bu spekulyasiya halların həll edilməsində böyük rol oynayacaq. Facebook iri sosial şəbəkədi və aylıq aktiv istifadəçilərin sayı 3 milyarda yaxındır və bu hardasa dünya əhalisinin 40% -na yaxın hissəsini təşkil edir. Facebook - dan qabaq Telegram və digər sosial şəbəkələr İCO keçirmişdir və öz kriptovalyutasını yaradacığını söyləmişdir. Hazırda Amerika, Yaponiya və sair ölkələrdə yerli sosial şəbəkələr kriptovalyutalarnan maraqlanırlar və öz kriptovalyutların yaratmağı planlaşdırırlar.

Bitkoyn spekulyasiya aləti kimi istifadə edilir.

Bitkoyn və ümumiyətlə kriptovalyutaların təbiəti məxfi olduğu üçün hansı şəxsdə nə qədər sayda olduğunu bəlli etmək çətindir. Bu səbəbdən böyük oyunçular bazarda olan kriptovalyutaları saxlayaraq qiymət artımına səbəb olurlar. Bazar iştirakçıları qiymətlərin daha çox artacağını gözləyirlər və bu səbəbdən ona olunan riskli yatırımlar artır.

Bizim proqnozumuz, hökümətlər və özəl qürumların blokçeyn texnologiyasına marağı, sosial şəbəkələrin öz kriptovalyutasını yaratması prosesi gələcəkdə davam edərsə bu Bitkoyn qiymətlərinə müsbət təsir edəcək. Bunu da qeyd edək ki 2019 - cu ilin maksimal dəyəri 13 min ABŞ Dollarına yaxın olmuşdur. Bu ötən ilin dekabr ayına nisbəttə 4 dəfə artım deməkdir. Ümumi tarixi maksimal dəyəri 20 minə yaxın olub. Bu rəqəm onu göstərir ki, yenidən kriptovalyutalara artan maraq fonunda Bitkoin yenidən bu qiymətə ticarət oluna bilər. Dəqiq proqnozu isə qarşıda bizi gözləyən hadisələr və bazar göstərəcək.

 Huseyn İbadov