Necə kömək edə bilərik?

Carry Trade

12 İyul 2019 • 475

Kerri Treyd ( Carry Trade ) - Fərqli, maraqlı və spesifikliyi ilə seçilən ticarət strateqiyasıdır. Digər strateqiyalardan əsas fərqi, az riskli olması və stabil gəlir gətirməsidir.

Kerri treyd nədir və sistemi necə “aldatmaq” olar? 

Tərcümədə ticarət aparmaq mənasına gəlsədə dilimizə tam dəqiq olaraq tərcümə olunmur. Sadəcə birja termini kimi qəbul olunur. Keçən əsrin 80 - cı illərində bazar iştirakçıları bu strateqiyadan aktiv olaraq istifadə etməyə başlayıblar ( hedc fondların popularlaşdığı dövrdə ). Bu sistemin əsas üstünlüyü uzun müddət sizə gəlir verə biləçəsi və terminal önündə çox az zaman keçirməyinizdir. 

Kerri treyd ticarəti mahiyəti - az faiz dərəcəsi olan valyutanın alınması və o pulların çox faiz dərəcəsi olan valyutaya yatırılmasıdır. Qısa olaraq belə təsəvvür etmək olar:

Hardan pul qazanmaq olar?  kredit götürmək  illik faiz dərəcəsi 8%  və bu pullari 12% lik depozitə qoymaq  asan gəlir.!!! 

Təsəvvür edin ki, siz 8% - lə kredit götürürsünüz və bu pulları digər bankda 12% depozitə qoyursunuz. Aylıq gəlir kreditinizi ödəyir və siz təmiz olaraq 4% pul qazanırsınız. Bundan əlavə istifadə etdiyiniz pul sizin deil və riskiniz sadəcə depozit qoyduğunuz bankın əməliyyat müddətində bankrot olmasıdır. 

Adi həyatda bu şərtlər altında bank tapıb əməliyyatı etmək çətindir ancaq maliyyə bazarlarında ( Forex ) əməliyatı həyata keçirmək asandır. Tək etməli olduğunuz kapital tapmaq və güvənilir forex brokerlə müqavilə bağlamaqdır. 

Forex və maliyyə bazarlarında kerri treyd

Maliyyə bazarlarında təcrübəli investorlar bu əməliyyatı çoxu zaman Yapon yeni ilə reallaşdırırlar. Səbəb Yapon yeninin faiz dərəcəsinin çox aşağı olmasıdır. 2008 - ci ilə qədər uzun müddətli investorun tipik strateqiyası yen ilə amerikan dolları almağ və bu pulları amerikan səhmlərinə yəni fond bazarına yatırmaq idi. Maliyyə krizisindən sonra valyutaların kurslarndakı kəskin dəyişiklik yen carry trade “bubble” - nın sonunu gətirdi. 

Bu əməliyyatı fərqli alətlərlə etmək olar. Bunun üçün az volatilli valyuta və stabil faiz dərəcələri lazımdır. 

Kerri treyd strateqiyası Forex -də son illərdə inkişaf etməsi o həddə çatıb ki, valyutaların kursuna təsir edir. Bu strateqiyadan istifadə etmək üçün treyderə:

  1. Normal depozit  - minimum 30-40 min dollar depozit lazımdır. Risklərin az olmasını nəzərə alsaq ( əgər kredit çiyni istifadə etməsək ) , ən yaxşı halda aylıq gəlir 5% civarında olar. 

  2. Böyük taymfreymlərdə işləmək bacarığı - korreksiya edən qiymət dəyişikliyi zamanı situasiya bir neçə gün və ya həftə sizin əleyhinizə ola bilər. Bunun üçün treyderə psixooji olaraq hazır olmaq lazımdır. 

  3. Fundamental analiz - faiz dərəcələrinin dəyişməsini proqnozlaşdırmaq, və baş verən hadisələri düzgün analiz etmək bacarığı. 

 

Kerri treyd uzun müddətli strateqiya olduğundan, professional investorlar tərəfindən istifadə olunur. 

Kerri treyd konkret misallarda. 

Kerri treydin necə işlədiyini bilmək üçün svop haqda biliklərə malik olmaq lazımdır. 

Treyder mövqeyini növbəti günə keçirəndə, avtomatik olaraq açıq mövqelərin yenidən hesablanması baş verir və bu svop əməliyatında treyder qazancının bir hissəsini itirə bilər. Əgər satılan valyutanın faiz dərəcəsin alınan valyutanın faiz dərəcəsindən çoxdursa bu zaman müsbət svop əmələ gəlir. Forex bazarında kerri treydin mənasıda budur. 

USD/CHF 

Bu para üzrə faiz dərəcələri belədir. USD - 2.5% , CHF - -0.75%. Əgər dolları satıb , İsveçrə frankını alsaq biz müsbət svop əldə edərik.  Aşağıdakı qrafikə nəzər yetisək görərik ki, 20015 - ci ildən 1.02 həddindən yuxarı cütlük ticarət olunmur və bu zonalarda açılan kerri treyd size müsbət svop və qiymət dəyişməsi zamanı gəlir verə bilərdi.

Hal hazırda USD/CHF cütlüyündəki svop vəziyyəti. Bu strateqiya 2015 - ci ildən aktivdir.