Necə kömək edə bilərik?

Palladium qızıldan bahadır

23 İyul 2019 • 328

Palladium metalının qiyməti yeni maksimumları təzələdiyi zaman, Platinum əksinə olaraq son 5 ildə 43% azalıb. Bəzi ekspertlər hətta qızılın dövrünün getdiyini və defisit olan nikel və palladium kimi qiymtəli metallarla əvəzləndiyi fikrindədirlər.

Palladium rekordlar vurmaqda davam edir. Son 5 ildə metalın qiymət 78% artmışdır. Bazarda belə artımları bəzən “bubble” da adlandırırlar ancaq, əmtəə bazarı digər aktivlərdən fərqlənir. Metal bazarı daha çox iqtisadiyyata bağlıdır. Nikel, palladium və digər əlvan metalların sürətlə artmasına səbəb real iqtisadiyyatdır. İqtisadiyyatda avtomobil, ağır sənaye maşınları, əlvan bəzək əşyaları və.s istehsal olunur və buda o anlama gəlir ki, bu bazarda tələb/təklif məsələsi qiymətlərlə çox bağlıdır.

Rekordsmen Palladium

Palladium ikinci məhsul kimi platin və nikelin işlənməsindən əldə olunur. Dünyada ən böyük istehsalçısı Rusiyanın “Nornikel” şirkətidir. Dünya istehsalını 40% - i ona məxsusdur. İkinci əsas istehsal yeri CAR - ın Buşveld kompleksidir. Sonrakı sıralarda Şimali Amerika və Zimbabve yer alır.

Palladiumun ən çox istifadə olunduğu sahə avtomobil katalizatorları və benzinlə işləyən mühərriklərdir. Onlar atmosfera toksik tullantıların azalmasına yardım edir. Həmçinin bu metal, stomatoloqiya, elektronika və zərgərlikdə istifadə olunur. Avtomobil industriyası dünyada əldə olunan palladiumun 80% - ni istifadə edir.

Sərt defisit metalın qiymətini liderlər sırasına qaldırıb. Son 5 ildə qiymət 78%, 2016 - cı ilin əvvəlindən isə 180% artaraq bir unsiya görə 1520.55$ çatıb. Qızıl isə 1425$ civarında ticarət olunur.

Analitiklərin fikrincə dünya iqtisadiyyatında avtomobillərə olan tələb azalacaq və elektro avtomobillərə olan tələb artdıqda uzun müddətli dövrdə palladium dəyər itirəcək. Çinin avtomobil sektoru palladium istifadəsində birincidir. Bu bazarda isə 12 ayda satışlar azalmaqda davam edir. Bunun üzərinə elektromobillərin “batareya” da olan xərclərini azalmaq mümkün olub. Onlara tələb artdıqca, benzin mühərrikli avtomobillərə tələb azala bilər. Analitiklərin hesablamalarında məntiq var ancaq elektromobil bazarının yeni olduğunu və onlarda gələcəkdə hansı dəyişiklərin olacağını bilmədiyimiz üçün qəti olaraq palladiumun qiymətinin dəyər itirəcəyini söyləmək çətindir.