Necə kömək edə bilərik?

Tesla yenədə zəif hesabat verib

25 İyul 2019 • 297

Teslanın səhmləri kvartal hesabatından sonra 11% dəyər itirib.

Amerikan avtomobil istehsalçısı investorlara bu maliyyə ilini gəlirlə keçirəcəyi barədə söz versədə, şirkət kvartalı ziyan ilə bağlayıb. Son kvartalda edilən ziyan şirkətin özünüdə təəcübləndirib.

Avtomobil istehsalçısının hesabatında, təmiz zərərin 408$ milyon olduğu göstərilib. Bir səhmə görə düşən zərər isə bu kvartal üzrə, 1,12$ təşkil edib. Bu rəqəmlər son 3 ayda şirkətin faliyyətinin nəticəsidir.

Tesla rekord sayda avtomobil istehsaı etməsinə baxmayaraq, kvartalı zərər ilə başa vurması təəcüblüdür. Şirkət bu period ərzində 87 048 avtombil istehsal edib və müştərilərə 95 356 avtomobil çatdırılıb. Satışlardakı artım ilk öncə Model 3 sedanına artan maraqa görə baş verib.

Elon Musk ilin əvvəlində investorlara qarşıdakı 4 kvartalda şirkətin gəlirə çıxacaqına söz vermişdi. İndi isə, korporativ proqnozda növbəti 3 kvartalda gəlirə çıxacaqları barədə söz verib. Musk investorlara müraciətində zərərin çox olmasını gözləmədiklərini bildirib.

Şirkətin səhmləri fond birjasında 11% dəyər itirib. Bu hesabata qədər səhmlər 260$ civarında ticarət olunurdusa, növbəti sessiyada 234$ ticarət ediləcək. Elon Musk investorala müraciətində, şirkət, 360 - 400 min avtomobil istehsal etməyi qarşısına məqsəd qoyub. Ancaq ilin ilk yarısında şirkət, köhnə sifarişlərin sadəcə 29 750 - minini çatdıra bilmişdir.  

Model 3 avtomobili isə bir il qabaq, 18 400 min istehsal olunurdusa, bu il rəqəm 78 000 min avtomobil təşkil edib. Bu isə satışları 4$ milyarddan - 4,35$ milyarda çatmasına yardm edib. Onuda qeyd etmək lazımdır ki, Model 3 - ün qiymətini şirkət 57$ mindən, 35$ minə qədər endirmişdir. Ancaq buna baxmayaraq müştərilər daha çox bahalı olan modelə ( daha güclü “akkmulyatorla”) üstünlük verirlər.

Analitiklərin fikirləri isə fərqlidir. Aralarında gözləmə, satış və alış məsləhəti verənlər demək olar ki eynidir.