Necə kömək edə bilərik?

Bazarlarda manipulyasiya nədir?

29 İyul 2019 • 328

Süni şəkildə bazarlarda aktivin qiymətinin ucuzlaşmasına və ya bahalaşmasına gətirib çıxaran və bundan öz maraqları üşün istifadə edən şəxslərə manipulyator hərəkətə isə manipulyasiya deyilir. Bazar iştirakçıları çoxu zaman bu hərəkətləri görməkdə çətinlik çəkirlər əsasəndə söhbət maliyyə bazarlarından gedirsə.

Çoxu hallarda manipulyasiya qanunsuzdur. Bazar nə qədər böyükdürsə orada manipulyasiya etməkdə çətindir. Ancaq bazar dəyəri aşağı olna şirkətlərin səhmlərində manipulyasiya etmək asandır və requlyatorlar belə şirkətlərə böyük korporasiyaların səhmlərindən fərqli olaraq daha az diqqət edirlər.

Qiymətlərdə manipulyasiya bazarda effektivliyi azaldır, ticarətin tənzimlənməsinə mane olur. 1934 - cü ildə amerikan höküməti, bazarlarda manipulyasiyanın qarşını almaq məqsədi ilə qiymətli kağızlar və birjalar üzrə komissiya (SEC) yaratmaq qərarına gəldi. Bu qürum yarandıqdan sonra qabaqcıl birjalarda manipulyasiyanın aktivliyini azaltmaq mümkün oldusa, birjadan kənar (OTC) və cavan birjalarda əməliyatlarda bu porblem hələdə aktualdır.

Bazarlarda manipulyasiya hər zaman qısa müddətli xarakter daşıyır. Bu səbəbdən daha çox aktiv treyderlərə yəni gündaxili işləyən (daytrader) və  qısa müddətli əməliyat edən bazar iştirakçılarına mənfi təsir edir. Uzun müddətli manipulyasiyalar bazarda trendlərin əmələ gəlməsinə səbəb ola bilər və bundanda təcrübəli investorlar istifadə edə bilərlər.

Manipulyasiyanın növləri

Professionallar manipulyasiyalardan qorunmaq üçün böyük zaman periodunda (timeframe) işləməyi və açılmış əməliyyatı uzun müddət saxlamağı məsləhət görürlər. Ticarətinizi daha yaxşı etmək üçün bazar daxilində baş verən manipulyasiyalar haqda lazımı biliklərə sahib olmaq lazımdır.

Yalan xəbərlər. Bazarın “böyük” oyunçularının tez tez istifadə etdikləri metodlardan biridə yalan xəbərlə iştirakçıların qərarlarına təsir etmək metodurur. Bu xəbərlərdəm sonra qiymətlərdə volatillik və likvidlik artır buda bu manipulyasiyanı quran iştirakçıların istədikləri əsas nəticədir.

Pump and Dump. Klassik manipulyasiya metodlarından biridir. Misal üçün, ucuz səhmlərdə qiymət artımına səbəb olmaq üçün - poçt vasitəsi ilə şirkət haqda yalan xəbərlər milyonlarla insanlara məktub şəklində göndərilir. Buda öz növbəsində qiymətlərdə sürətli artım və aktivliyi çoxaldır. Adi investorlar bu səhmə yatırım edəndə, strateqiyanın istifadəçiləri onlara öz mövqelərin satır və yaxın zamanda qiymətlər yenidən sürətlə dəyər itirir. Bu səbəbdən sürətlə artan səhmlərdə diqqətli olmaq lazımdır.

Spufinq. Bu metod zamanı iştirakçılar bazarda çox böyük sifarişlər yerləşdirirlər hansını ki icra etməsinə imkan verməyəcəklər. Qiymət sifarişə yaxınlaşdıqda onlar sifarişi geri götürürlər və digər iştirakçıların sifarişləri icra olunur. Böyük sifarişlər digər iştirakçılara böyük alıcı/satıcı olduğu siqnalını verir və onları hərəkətə gətirir. Bununlada qiymətlərdə hərəkətlənmə baş verir. Bundan müdafiə olunmağın ən yaxşı yolu, böyük zaman periodlarında ticarət etməkdir.

Ayıların hücumu. Bu metodda böyük oyunçular ( burada böyük kapital nəzərdə tutulur ) böyük satış sifarişi qoymaqla qiyməti enməyə məcbur edirlər. Qiymət enişi isə alıcıları bazardan çıxardır və nəticəsində qiymətlərdə sürətli eniş başlayır.

 

Ümid edirik bu məlumatlar bazarlarda ticarət edən oxucularımıza ticarətlərində yardımçı olacaq.