Necə kömək edə bilərik?

Banklar haqda maraqlı faktlar

30 İyul 2019 • 264

Çoxları kreditləşmənin son 20 illiyin kəşfi olduğunu düşünür ama bu belə deyil. İnsanlıq pulu istifadə etməmişdən əvvəl də, kreditləşmə sistemi olmuşdur. Qədim zamanlarda pul və dəyərli əşyalar məbədlərdə saxlanılırdı. Misal üçün Afina sakinləri öz “aktivlərini” Akropol məbədində saxlayırdılar. Avropada isə orta əsrlərdə dini monastrlar, bank rolunu oynayırdı.

Bank sözü italyan mənşəlidir. Banco sözü ilə ( tərcümədə skamya, stol ) 15 - 16 əsrlərdə Venesiya respublikasında, dövrün “bankirləri” skamyalarda pul və digər işgüzar kağızlarla əməliyatlar etdikləri yer adlandırılırdı. Əgər işguzar insanlar öhdəliklərini yerinə yetirə bilmirdilərsə, skamyanı onun üzərində ( deyilənə görə bəzən başında ) sındırırdılar. Bankrot sözü dövrümüzə italyanca banco rotto ( qırılmış skamya ) sözündən gəlir. Aşağıda sizə kredit və banklar haqda maraqlı faktları təqdim edirik:

✦   Termin “kredit” - inanıram və ya güvənirəm mənasını daşıyır.

✦   İlk kreditlər tarixdə pulla yox daha çox məhsulla verilirdi. Əsasən şəxsi maraqlar üçün istifadə olunan mallar kreditə götürülürdü. Misal üçün, bir kəndçi qonşusuna 1 illik bir neçə kisə düyü kreditə verə bilərdi.

✦   Belə münasiblərin məntiqi çox sadədir. Krediti götürən kəndli əkdiyi məhsulu ( misal üçün həmən elə düyünü ) gələn il daha çox kisəylə götürürdüsə borcu qaytaranda artıq 2 kisə yox 3 və ya daha çox kisə geri qaytarırdı. Danışıqdan asılı olaraq.

✦   Kredit haqda qanunlar ilk dəfə eramızdan əvvəl 1800 il qabaq yazılmışdır. Vavilonun müdrik şahı Xamurappi tərəfindən belə qərar qəbul edilmişdir. İlk öncə bu qanun kreditin maksimal dərəcəsi haqda idi. Belə ki, əgər kredit düyü ilə verilirdisə, borcludan ancaq verilən məhsulun 1/3 hissəsi dərəcəsində geri almaq olar. Yəni 33% illik. Gümüşdə isə dərəcə daha aşağı idi - 20% civarında.

✦   Maraqlı bir fakt isə, cərimələrin olması idi. Əgər kreditor yazılan qanunlardan hər hansısa birini pozardısa, o zaman borc ləğv olunurdu və məhsul tam olaraq borcu götürənə qalırdı.

✦   Kreditorlara məhsul tam olaraq yığılana qədər borcu geri istəməkdə qadağan olunmuşdu. Üstəlik əgər pis hava şəraitinə görə məhsul yığımı gözlənilən olmamışdısa borc gələn ilə qalırdı.

✦   Bir maraqlı fakt isə, girov kimi puldan əlavə canlılarda götürülə bilərdi. Borc götürənin özü, arvadı və ya uşaqları. Əgər borc götürən borcu qaytara bilmirdisə o və ya onun ailəsi 3 illik köləliyə verilirdi.

✦   Yuxarıda qeyd etdiyimiz kimi, Qədim Yunanıstanda və Romada, işgüzar insanlar əvəzinə bankir rolunda dini məbədlər çıxış edirdi. Dini işçilərə daha böyük əkin sahəsi, şəxsi təsərrüfat, kölələr və.s təqdim olunurdu. Bütün bunlar əllərində olan pulları daha çox kreditə verməyə icazə verirdi.

✦   Orta əsrlərdə bankçılıq artıq aktiv olaraq inkişaf etməyə başlamışdı. Kilsə artıq kreditdə onlarla rəqabət edə bilmirdi. Bu səbəbdən onlar faizlə pul qazanmağı qadağaı etdilər və bu işin böyük günah olduğunu elan etdilər. Qaydalar o qədər sərt idi ki, əməl etməyən insanları ən yaxşı halda kilsədən və ölkədən qova bilərdilər.

✦   Maraqlısı budur ki, qoyulan bu qaydalar daha çox bankçılığın və kredit iqtisadiyyatının inkişaf etməsinə gətirib çıxardı. 14 əsrdə Avropada bank vekselləri ilə əməliyatlar çox populyarlaşmağa başlamışdı. Borc götürən vekselə görə aldığı puldan daha çox qaytarmağı üzərinə öhdəlik götürürdü.

✦   O dövrlərdə aktiv olaraq “indi al sonra ödə” prinisipi işə düşməyə başladı. Demək olar ki, hər kəs dərzi, zərgər, ayaqqabıçı və.s müştərilərə sonradan pulu ödəmək imkanı verirdi və buda müştəriləri cəlb edirdi.

✦   Borcu daha çox kasıb təbəqə geri qaytarmağa tələsirdi. Əks halda onları cəza gözləyirdi. Ama daha çox borcu gecikdirən şahlar və krallar idilər. Onlar banklardan küllü miqdarda borc alırdılar və sonra geri ödəməkdən imtina edirdilər. Bu səbəbdən tarixdə bir neçə qanlı müharibələr baş verib.

✦   16 - cı əsrin ikinci yarısında Avropada artıq kommersiya bankları aktiv olaraq fəaliyyət göstərirdilər. Qədimdən hələdə fəaliyyət göstərməklə rekordu italyan bankı - Banca Monte dei Paschi di Siena saxlayır. Bank 1472 - ci ildə Sienna şəhərində fəaliyyətə başlamışdır.

✦   Ginnesin rekordlar kitabına inansaq İsveçrədə 400 - dən çox bank fəaliyyət göstərir və bu banklarda 52 trilyon dollara qədər aktivlər saxlanılır. Bu bankların birində 1902 - ci ildə Leninin adına açılmış hesab hələdə aktiv olaraq durur. Hesabda isə, 13 isveçrə frankı saxlanılır.

Gördüyünüz kimi insanlar bir neçə yüz illər qabaq artıq pulu digər əşyalar kimi almaq, satmaq və ya borca verməyin mümkün olduğunu anlayırdılar və bu mühitdə biznes münasibətlər qururdular.