Necə kömək edə bilərik?

FED - in qərarına dollardan əks reaksiya

01 Avqust 2019 • 348

2008 - ci ildən bu yana ilk dəfə olaraq FED uçot faiz dərəcəsini endirdiyi barədə açıqlama verib ( 25 b.p ). Nəticə olaraq dollar bu xəbərdən sonra dəyər itirməli idisə, reallıq əksinə reaksiya verdi. Bazar iştirakçıları dollarda olan pozitivi fərqli məntiqlə qəbul ediblər:

✦   FED iki üzvü bu qərara qarşı çıxış edib

✦ FED rəhbəri Jerome Pauell çıxışında, bu qərarın gələcəkdə eniş tendensiyası olacağı anlamına gəlmədiyini bildirib

✦   Pauell çıxışında diqqəti daha çox, güclü əmək bazarı və güclü iqtisadiyyata yönəldib

Bazarlar artıq bir neçə müddətdir azalmanın 25 bazis punkt çərçivəsində olacağını qiymətlərdə əks etdirmişdi. Bəzi aqressiv treyderlər isə 50 punkt eniş gözləyirdilər. FED - in üzvlərinin çoxu faiz dərəcəsinin enişinin leyhinə səs versələrdə iki üzvün ( Corc və Rozenqer ) bu fikrə qarşı səs verməsi bazar iştirakçıları tərəfindən şübhəli qarşılandı. Nəticə olaraq mərkəzi bankın mövqeyi gözlənilən kimi “yumuşaq” olmadı və əsasən buna Pauellin çıxışında etdiyi şərhlər səbəb oldu. Onun sözlərinə görə faiz dərəcəsinin enişinin əsas səbəbi inflyasiyanı sürətləndirmək, iqtisadiyyatı risklərdən qorumaqdır: ticarət müharibəsi və dünya iqtisadiyyatında bilinməməzlik şəraitində mərkəzi bank rəhbəri amerikan iqtisadiyyatının güclü olmasını vurğulayıb. Istehsalat sektorunda zəifliyin olmasını qəbul edən Pauell, əmək bazarı və pərakəndə satışlar bazarında artımı qeyd edib. Əvvəlcədən hazırlanmış çıxışında mərkəzi bank rəhbəri bazarlara siqnal verməsədə, verilən suallara cavab zamanı, uzun müddətli hissəli enişin olmayacağını bildirib.

Nəticə olaraq, 25 punkt eniş bir dəfəlik olmaya bilər amma mərkəzi bank dərhal reaksiya vermək mövqeyində deyil. Çıxışın əsas mənasını isə “ ABŞ iqtisadiyyatının qısa müddətli risklərinin olmaması” fikri idi. Bu isə bu il daha bir enişin olmayacağı ehtimalını anlamına gəlir və maliyyə bazarları bu fikrə sürətli reaksiya verdilər. Dollar digər valyutalara qarşı sürətlə bahalaşdı və bu tendensiya davam edə bilər. Fond bazarları isə ticarət sessiyasında 15 dəqiqə ərzində 5 - 6 punkt gerilədi ( SnP 500 indexi ). Günün sürətlə artan və gözləniləndən yaxşı gəlir/mənfəət hesabatları verən şirkətlərin səhmləri belə qazandıqları dəyəri itirməyə başladılar. Misal kimi Apple şirkətinin səhmləri gün ərzində 221 - 219$ civarında ticarət olunurdusa xəbərdən sonra qiymət  qısa müddət ərzində -7$ itirdi. Yaxın aylarda bazarlar gələcəklə bağlı fikirlərini bizlərə qiymətlər üzərindən göstərməyə çalışacaqlar və ticarət edən oxucularımıza investisiyaları zamanı daha diqqətli olmağı və daha az risk almalarını məsləhət görürük.