Necə kömək edə bilərik?

Fond bazarlarında yaranan situasiya

05 Avqust 2019 • 345

Hal hazırda bazarlarda baş verən hadisələr fonunda uzun müddətli investisiya ideyaları tapmaq çətin və risklidir. Psixoloji olaraq düşən bazar situasiyasında long mövqe açmaq ( alış etmək ) diskomfort yaradır. Ancaq son günlərdə müşahidə etdiyim bəzi detalları sizinlə paylaşmaq isdəyirəm.

İlk olaraq faktlardan söhbət açaq.

Bildiyiniz kimi, iqtisadiyyatın vəziyətini göstərən bəzi multiplikatorlar var. Fond bazarlarında əsas istifadə olunan qabaqlayıcı indikator istehsalat/qeyri istehsalat/servis sektorları üzrə Pmi indeksidir. Bu indeks biznesin vəziyyəti barədə son ay üçün hesablanır. Qısa desək, əgər indikator 50 punktun aşağısındadırsa bu iqtisadiyyatın perspektivlərinin az olması anlamına gəlir. Əks halda isə, gələcək gəlirlərin artımı gözlənilir. Fond bazarları ilə bu indeksi müqayisə etsəniz onların arasında əksər hallarda müsbət korellasiya olduğunu görərsiniz. Son aylarda Pmi indeksi artım tempi azalıb və iyul ayı üçün göstərici 51.2 səviyyəsindədir. Gözləntilərdən 3-4 punkt aşağı olan indeks investorları narahat edə bilər və onlar bir müddətlik alışları dayandırıb daha çox müşahidə etmək mövqeyinə keçə bilərlər.

Fond bazarı

Maraqlı müşahidələrdən biridə, FED rəhbərinin çıxışı və ABŞ prezidenti Trampın yeni tariflər barədə ( bu barədə irəlidə daha ətraflı ) tweet atması fond bazarlarına eyni təsir edərək volatilliyi sürətlə artırdı. Ancaq hər iki çıxış zamanı fond bazar 301 - 301.5 punkt səviyyəsində idi (SnP 500 indeksi). Yəni maksimumlarda ticarət olunurdu. Artıq indeks 14 punkt dəyər itirib və misal kimi Apple şirkətinin səhmləri bir neçə gün əvvəl 221$ maksimumunda ticarət olunurdusa hal hazırda 195$ civarında ticarət olunur. Investorlar üçün fond bazarının dəyər itirməsi potensial aktivləri daha ucuz qiymətlərə portfellərinə almağa imkan yaradır. Ancaq, bu eniş iqtisadi problemlərə görə baş verirsə alışlara tərəddüdlə baxılır. Bu isə minimumlarda alınan aktivlərin bir müddət sonra daha yeni minimumlarda ticarət olunmasına gətirib çıxarır.

Müdafiə aktivlərinin performansı

Qızıl artıq 1460$  ticarət olunur. Digər müdafiə aktivləri minimum gəlirliklə təklif olnur, söhbət dövlət borc kağızlarından gedir yəni istiqrazlardan. Almaniya dövlət istiqrazları hətta mənfi gəlirlik səviyyəsinə çatıb. Fond bazarlarında kapital axını çox gəlirə yox az riskə qaçır.

Twitter iqtisadiyyatı

Donald Tramp bu sosial şəbəkəni ağ evin siyasi instrumenti kimi istifadə etdiyi artıq çoxdan məlumdur. FED - in faizlə bağlı açıqlamasından sonra ağ ev rəhbəri, Çinə yeni 300$ milyard 10% li tarif tətbiq ediləcəyini açıqladı. Burada maraqlı fakt isə odurki, Tramp Çini vaxt uzatmaqda günahlandırır və danışıqları bilərəkdən pozmaları barədə fikirlər bildirir. Deyəsən Çinin bir ildən sonra seçkilərdə demokratların qalib gələcəyini və bununlada ticarət müharibəsi siyasətinin bitəcəyinə ümid etdiyini başa düşən Tramp artıq vaxt uzatmadan daha çox zərbə vurmağa çalışacaq. Hər bir konflikt hər iki tərəfədə ziyan vurduğunu nəzərə alsaq, Amerikan şirkətlərinin və dünya iqtisadiyyatının bu situasiyada geriləcəyini rahat deyə bilərik. Bundan əlavə Opek+ müqaviləsinə baxmayaraq neft qiymətləri gözlənilmədən aşağı qalmaqda davam edir. Əmtəə məhsullarının dəyər itirməsi tələbin azaldığı (dünya iqtsiadiyyatının) anlamına gəlir. Daha bir maraqlı epizod.  D.Tramp hər zaman yüksək fond bazarı ilə fəxr etdiyi tweetləri görmüşük. Ancaq bir neçə gün əvvəl Çinə tətbiq edilən yeni tariflərin artıq bazarlardan yan keçməyəcini və bununla bağlı sualların olacağını təxmin etdikdən sonra, yeni fikrində ona Dow Jones - un hansı səviyyədə olmasının maraqlı olmadığını bildirmişdi. Açıq aşkardır ki, Tramp Çinlilərə təzyiqləri artırmaqda qətiyyətlidir və nəticələr onu elədə maraqlandırmır əsas odur Çin iqtisadiyyatına hiss olunan zərəri vurmaqdır.

Nəticə

Fond bazarları açıq aşkar dünyada baş verən hadisələrdən pessimist fon almaqda davam edir. Düzdür qlobal satışlar olmasada ancaq qiymətlərdə aktivlik azalır və ticarət ancaq hər hansısa xəbər və ya fikirdən sonra sürətlə dəyər itirməklə yadda qalır. Bazarın bir neçə günə qazandığı artımı, bir neçə dəqiqəyə itirən fond bazarlarında investisiya ideyası kimi, son illərdə qlobal iqtisadiyyatdan az asılı olan və yaxşı artım tendensiyası göstərən şirkərlətin səhmlərində konservativ long mövqelər açmaq olar. Misal üçün Twitter şirkəti son hesabatında çox güclü performans göstərdi və daha az iqtisadiyyyatdan asılıdır. Bazarlar uzun müddətdit ki, ticarət müharibəsi effektini iqnor etsələrdə hazırki qiymətlər və situasiya investorların artıq “bull” marketdən imtina etmələrini göstərir. Ucuz neft qiymətləri fonunda isə energetika sektorunun səhmlərinə daha çox təzyiq olur və buda sizə daha yaxşı qiyməltərdən uzun müddətli aktivlərə yatırım etməyinizə yardımçı ola bilər.