Necə kömək edə bilərik?

Brexit və onun maliyyə dünyasına təsiri

08 Avqust 2019 • 281

Böyük Britaniyada elit evlərin satışında qiymət ucuzlaşması müşahidə olunur. Bloomberg - in verdiyi xəbərə görə, Brexit ətrafındakı bilinməməzlik evlərin qiymətinədə təsir göstərib. Evlər ilkin təklif olunan qiymətdən aşağı qiymətə alınıb/satılır. Yeni baş nazir Boris Johnson - un Brexit - lə bağlı fikirləri demək olar ki, iqtisadiyyatın hər bir hissəsinə təsir edir. Baş nazir 31 oktyabra kimi ölkəni avropa birliyindən çıxaracağına söz verib. Hətta AB ilə gələcək münasibətlər haqda razılaşma əldə olunmasa belə. RİCS ( Royal İnstutytuib of Chartered Surveyors ) hesabatına görə rieltorların 70% - i daşınmaz əmlakları 1 milyoin funt civarında satışa çıxarsalarda, sonrada daha aşaöı qiymətlərə razılaşmalı olublar. Hesabatda ölkənin fərqli bölgələrində aktivlik araşdırılıb. Ən çox qiymət enişi Londonda müşahidə olunur. Ekspertlər bölgələrdə funtun dəyər itirməsinə baxmayaraq ( bu halda xarici investorlar daha rahat şəkildə alışlar edirlər ) qiymətlərin enəcəyini proqnoz edirlər. Şotlandiya, Uels və Şimali İrlandiyada əksinə olaraq qiymətlərdə güclü artım gözlənilir.

Artan tələb və azalan təklif fonunda kirayə qiymətlərində artımlar müşahidə olunur. RİCS rəsmiləri bloomberg - ə müsahibələrində, kiraye ev verənlərin çoxu böyük vergilər fonunda daşınmaz əmlaklarını satışa çıxarıblar. Bundan əlavə bir dəfəlik kirayə pulunun alınması və səbəbsiz yerə kirayəçini evdən çıxarmaq barədə qanunlara yenidən baxılması məsələsi də onları evləri satmağa məcbur edir. Bir sözlə daşınmaz əmlak bazarında satışlar gözlənilən qiymətlərdən aşağı keçir. 

London Avropanın maliyyə mərkəzi

Həm Avropa həmdə Britaniya şirkətləri mal ehtiyatlarını çoxaldmaqda davam edirlər. Əgər Brexit baş tutarsa bir müddət bizneslərini olduğu kimi aparmaq, “zirzəmidə” ehtiyarlar olmadan çətindir. Britaniyanin böyük 6 şirkətinin Brexit - ə görə əlavə xərcləri 348 milyon funt təşkil edə bilər. Brexit ətrafında bilinməməzlik davam etsədə, görünən odur ki, ingilislər üçün geriyə yol yoxdur.

Britaniyanın maliyyə - biznes şirkətləri Brexit ziyanlarından özlərini qorumaq üçün fərqli yollar axtarırlar. Hesablamalara görə Brexit iqtisadiyyatın hər bir sektoruna öz ziyanını vuracaq. Ancaq ən çox ziyanı maliyyə sektorunun alacağı düşünülür. London uzun illıərdir ki, avropanın maliyyə mərkəzi kimi tanınır və avropanın “fintech” şirkətlərinin 80% - i orada qeydiyyatdan keçib. Hesablamalara görə Londonun texnoloji şirkətləri il ərzində 2 milyard funt investisiya cəlb ediblər. Sünu intelekt üzrə investisiyalar 47% artıb. Hər zaman Londonla rəqabətdə olan Berlin bu rəqəmlərin yarısı qədər investisiya cəlb edə bilib.

Yeni maliyyə mərkəzi uğrunda zarafatlada olsa söz söhbətlər gedir. Çünki avropalılar ingilislərin Brexit planlarının onların əleyhinə işləyəcəyinə əmindirlər. Son ildə Berlində biznes mərkəzlərin tikintisi və biznes mühitin inkişafında sürətli artımlar müşahidə olunur. Almaniya ciddi olaraq İngiltərədə məskənləşən maliyyə şirkətlərini Berlinə çəkməyi planlayırlar.

Dünyada baş verən son iqtisadi hadisələrin axını öyrəşdiyimiz nizamın dəyişəcəyini göstərir. Bu dəyişikliyi görmək və təsdiq etmək üçün daha çox kapitalın hansı ölkələrə axdığına baxmaq lazımdır. Paris və Berlin artıq investisiya kapitalının artması barədə statistik məlumatlar verib. Bütün bu hadisələr investorlar üçün əlavə risk və narahatçılıqdır ancaq risk şəraitində gəlirlərdə çox olur.