Necə kömək edə bilərik?

Metallurqiya sektorunda zəiflik. MMK xəbərdarlıq edir.

14 Avqust 2019 • 314

Sənaye sektorunda zəifləmə və Çin, Türkiyə və Avropada metall bazarında tələbin kəskin azalması. Rusiyanın MMK şirkəti (Магнитогорский металлургический комбинат) mənfəət/zərər hesabatının təqdimatında dünya metall industriyasının perspektivləri haqda fikirlərini bildiriblər. Şirkətin gözləntiləri əsasən neqativdir. 

Sənaye sektorunda zəifləmə və Çində tələbin azalması. Böyük həcmli investisiyaları daxili tələbin artmasına artıq yardım etmir. Dəmir sektoru ticarət müharibəsinin təzyiqi altındadır: Çindən import məhsullar üçün 25% tarif tətbiq olunur. Buna baxmayaraq sektor konfliktin tez bir zamanda həll olunacağına ümid edirdi və istehsalatı sürətlə böyütməyə başlamışdı. Situasiyanın uzanması sektorunun gücünü azaldır. 

Türkiyənin 2 - ci kvartal üçün göstəricilərində biznes aktivliyin aşağı düşməsi müşahidə olunur buda dəmirin dəyər itirməsinə gətirib çıxarır. Dünya üzrə tələbin zəif olmasıda qısa müddətdə qiymətləri artmasına mane olacaq. 

Avropada 2 - ci kvartalda metalllurqiya sektoruna tələb aşağı səviyyədə qalmaqda davam edir. İstehsalçıların qiymətlərdə canlanma yaratmaq üçün bir neçə addımlar atsalarda, alıcılar buna reaksiya vermədi. Nəticədə böyük istehsalçılar istehsalatı azaltmağa məcbur qaldılar. 

Dəmirfilizi xammalının qiyməti ilin əvvəliundən 75 - dan 125 - a qədər artmışdır. Səbəb kimi, böyük eksport edən şirkətlərin istehsalatdakı həcmi azaltmaları və Çin tərəfindən xammala olan tələbin artması göstərilir. 

Şirkət konfliktin qısa müddətdə aradan qalxacağına əmin deyil və proqnozları neqativdir. Əmtəə məhsullarında qiymətlərin enməsi və biznes aktivliyin azalması dünya iqtisadiyyatının zəifləməsi simptomlarını göstərir.