Necə kömək edə bilərik?

Kripto valyuta bazarında nə baş verir

17 Avqust 2019 • 472

Kripto Valyuta bazarı maraqlı ticarət periodundan keçir. Aprel ayında bitcoin yarım illik fasilədən sonra, minimumlardan ( 3.5 - 4 min dollar arası )  yeni ralli başlatdı. Son dövrlərdə qiymət 13$ - 14$ min qədər artım nümayiş etdirdi. Çoxları bitcoin - in yeni rekordlara doğru imza artacağını proqnoz etsələrdə, sürətli ralli 9$ - 11$ min arası ticarət “range” nə daxil oub. Ən maraqlısıda odur ki, digər altkoinlərdə artım müşahidə olunmur. Ripple və Ethereum kimi tanınmış kriptolar minimumlarda ticarət olunmaqda davam edirlər. 

Bunun nəticəsi kimi kriptovalyuta bazarının kapitallaşması digər dövrlərlə müqayisədə yüksək deyil ( maksimum 350$ milyard idi ). Analitiklərin fikrincə bunun səbəbi böyük investorların bu bazara olan marağlarının itməsidir. Həmişə olduğu kimi, digər frontda analitiklər böyük investorların sadəcə lazımı anı gözlədikləri və altkoinləri ucuz qiymətlərdən yavaş yavaş aldıqları fikrindədirlər. Araşdırmamız nəticəsində analitiklərin fərqli fikirləri ilə qarşılaşmamız bazar iştirakçılarının dəqiq proqnozunun olmaması qənaətinə gətirir. Ancaq onuda qeyd edək ki, daha çox payız ayında bütün kripto bazarında sürətli rallinin olacağı kimi bir gözlənti var. 

Bitcoin yuxarı və aşağı

Bitcoin hər zaman bazarda əsas valyuta kimi tərcih olunub. Ancaq 2019 - cu ildə onun mövqeləri dahada güclənir. Hal hazırda bitcoin - in bazar dominantlığı 68% təşkil edir. İnvestor və spekulyantlar bu valyutanın daha asan proqnoz edilməsini və hələdə tələb/təklif qanununa uyğun gəldiyini səbəb göstərirlər və buna görədə bu valyutada daha çox aktivliyin olduğu fikrindədirlər. Bizim fikrimizcə fond bazarlarında və dünya iqtisadiyyatında yaranan qeyri müəyyənlik və resessiya gözləntisi qızıl kimi bitcoin - ni də alternativ yatırım alətinə çevirib. İnsan psixologiyasınıda bura əlavə etsək, bitcoin ilk olduğuna görə daha çox güvənli aktiv kimi görsənir və hər il yeni yaranan altkoinlərə inam getdikcə azalır. 

Bir səbəb isə Facebook şirkətinin Libra layihəsi ilə bağlıdır. Libranın yaradılması haqda olan xəbərlər və onun əsas valyutalar səbətinə bağlı olması, investorlarda yenidən crypto - nun gələcəyi ilə bağlı pozitiv fikirləri oyadır. 

İnstitusional fondların crypto bazarına olan dəstəyi az rol oynamır. Bazar hələdə hər hansısa bir qanuna tabe deyil və buna baxmayaraq kapitalı 100$ milyarddan çox olan fondlar crypto - lara və blokçeyn texnologiyasına investisiya edəcəklərini dəfələrlə cəmiyyətə bildiriblər. JPMorgan Chase kimi böyük bir bank JPM Coin adlı valyuta üzərində işləməsidə bazarda marağı və volatilliyi artırır. 

Ətrafdakı “eyforiyanın” və pozitiv xəbərlərin olmasına baxmayaraq bitcoin yeni maksimumlarla rekord vurmur.

Əvvəlcə o, 13.7$ ( 13700$ ) qalxsada sonradan 9.7$ korreksiya etdi. İkinci cəhd zamanı isə 13.1$ görən bitcoin bu dəfə daha dərin 9.1$ civarına geri döndü. Bazar risk on strateqiyasından istifadə etməyə tələsmir.