Necə kömək edə bilərik?

Avro təzyiqlər altında

22 Avqust 2019 • 347

Dünən FES - in iyul protokolları cəmiyyətlə paylaşılıb. Bu protokolun digərlərindən fərqi ondadır ki, son 10 ildə ilk dəfə olaraq faiz dərəcəsinin azaldılması protokolu təqdim olunur. Bildiyiniz kimi faiz dərəcəsi 25 punkt azalıb. Stenoqramma onu göstərirki, FES üzvlərinin monetar siyasət haqda fikirləri gözlənilmədən bir birindən fərqlidir. Misal üçün, requlator üzvlərinin bəzilərinin faiz dərəcəsini 50 punkt endirmək təklifinə qarşı digər üzvlərin ümumiyətlə heç bir dəyişiklik etməmək təklifi bazar tərəfindən “narahat” qarşılanıb.

Son bir neçə gündə iyul iclasında faiz dərəcəsinin 50 punk endirilməsi ehtimalı 30% - dan, 1.5% - ə qədər aşağı enib. Bu misalda çox aydın görünür ki, investorların “optimist” ümidləri necə sürətlə itə bilər və məhz belə hallarda bazarda ani volatillik yaranır. Gələcəyə edilən proqnozlarda dəyişikliyin olması dolların indeksini ( DXY ) 1% artıraraq 2 illik maksimuma yəni 98.20 həddinə çatdırıb. 

Bu həddə index aprel ayından bu yana, artıq 4 - cü dəfədir ki, çatır. Bundan əvvəl dollar FES - in yumuşaldıcı ritorikası fonunda geri korreksiya edirdi. Ancaq bu dəfə bu hədd keçilə biləcəkmi və bu valyuta bazarında hansı hərəkətliliyə gətirəcək?

Tarixə nəzər salsaq, 2017 - 2018 - ci illərin dünyanın fərqli regionlarında sinxron iqtisadi artımı, dolları digər valyutalar səbətinə qarşı 15% geriləməsinə gətirib çıxarmışdı. Ancaq keçən ilin aprel ayında Çinlə ticarət mübahisəsi dolların güclənmək trendinə bir təkan verdi. Bu fonda DXY 10% artımla hələki güclənməkdə davam edir. 

Nəzərə alsaq ki, dünya iqtisadiyyatının artımında zəifləmə müşahidə olunur və buda fərqli ölkələrdən daha çox stimul tələb edir. Amerikan valyutası həm müdafiə aktivlərinə marağın artması həmdə digər regionların monetar siyasətində yüngülləşmə tətbiq olunmasına reaksiya verir. Nəzərə alsaq ki, stimullaşma iqtisadiyyata 3 - 9 ay ərzində təsir edir, güclənən dollar trendi bir müddət aktiv olaraq qala bilər. Bu trend çərçivəsində dolların indeksi 103 maksimumuna qədər arta, EURUSD cütlüyü isə daha yeni minimumlara 1.06 - 1.04 kimi dəyər itirə bilər. Son dəfə bu hal 2016 - ci ildə baş vermişdi. 

Bundan əlavə avropanın tək valyutası daha çətin vəziyyətdə qala bilər. Avropanın dövlət istiqrazlarının aşağı gəlirlik verməsinə əlavə olaraq İtaliyanın da politik riskləri avroya təzyiq edir. İtaliya məsələsində yenidən gündəmə Avropa ölkələrinin ayrı hərəkət etmələrinin vacibliyi haqda suallar ortaya çıxa bilər. Bu isə Avrozona üçün yeni iqtisadi şokdur.