Necə kömək edə bilərik?

Ticarət müharibəsində yeni səviyyə

26 Avqust 2019 • 293

Keçən həftənin son ticarət günündə amerikan fond bazarında gözlənilmədən volatillik artmağa başladı. Səbəbi isə özünü çox gözlətmədi. Çin höküməti ABŞ - ın sentyabr və dekarba planladıqları tariflərə cavab olaraq 75 milyard tarif tətbiq etdilər. Prezident Tramp dərhal əlinə ən güclü silahını “twitter” aldı və oradan Çini nələrin gözlədiyi haqda fikirlərini bildirirdi. Ancaq 2 gün sonra çox əsəbi olan Ağ Ev rəhbəri G7 sammitində Çinin danişiqları bərpa etmək və ticarət müqaviləsi bağlamaq istədiklərini bildirib. Ən maraqlısıda odur ki, tarif tətbiq edən ölkə yəqinki nələrisə planlaşdırıb və niyə 2 gün sonra artıq yolun yarısından geri dönmək istəsin ki? Gəlin hadisələrə Fond Bazarı fonunda xronoloji ardıcıllıqla baxaq. 

 

1) Jackson Hole - bankirlərin və biznes adamlarının ildə bir dəfə keçirdikləri tədbir. Burada onlar gələcək planları haqda çıxışlar edirlər. FES rəhbəri Pauellin çıxışına 1 saat qalmış Çin yeni tariflər tətbiq edildiyi haqda bəyənat verdi. Bəlkə bununlada Pauelli az vaxt tələsinə salıb çıxışını dəyişmək istəyirdilər amma hər halda o gözlənilən çıxışı və planları açıqladı. Amerikan iqtisadiyyatı güclüdür və FES indi iqtisadiyyata stimul verməyin vacib olduğunu saymır. Bununlada gələcəkdə çətinliklər yaranarsa stimullaşdırma üçün lazım olan instrumenləri indi yox məhz problem ortaya çıxanda istifadə etməyin düzgün olduğu qənatindədir mərkəzi bank rəhbəri. Bu çıxışdan sonra Trampdan yeni bir tweet gəldi: Pauell vəzifəsindən istefa etmək fikrinə düşərsə etiraz etmərəm. Fond bazarında isə sakitlik yavaş yavaş pozulmağa başlamışdı və Apple şirkətinin səhmləri 211 - 212 dollar arası ticarət olunurdu. 

2) Keçən həftənin 5 - ci günü Çin 1 sentyabr və 15 dekabr tarixlərində əlavə tariflər haqda bəyanat verdi. Amerikan məhsullarına 75 milyard dollar tarif tətbiq olundu və faiz 5 dən - 10 a qaldırıldı. Bundan əlavə amerikan avtomobillərinə və onlara aid detallara qoyulan tarif dərəcəsi 5% - dən 25% - ə qaldırıldı. Bu addımlar ABŞ hökümətinin onlara tətbiq etmək istədikəri tariflərə cavab idi. Fond bazarında volatillik artsada səhmlər hələdə günün maksimumunda ticarət olunurdu. 

3) Trampın cavabı isə özünü çox gözlətmədi. ABŞ sentyabr ayının 1 - dən Çin mallarına olan tarifi planlaşdırılan 300 milyarda 10% deyil, 15% artım tətbiq edəcəklərini bildirdi. Digər məhsullar qrupu üçün isə nəzərdə tutulan 250 milyard dollarlıq məhsullara 25% deyil, 30% tətbiq ediləcək. Bundan sonra Ağ Ev: Tramp qaldırılan faizlərin az olduğu üçün peşmandır. Apple səhmi 10 dəqiqə ərzində 7 dollar itirərək 206 dollara ticarət olunur. 

4) Çin: ABŞ - ın Çin məhsullarına olan tariflərin dəyərini 550 milyard olmasına qarşı protest elan edir. Bu kimi birtərəfli addımlar, psixoloji təsir, ticarət protekçionizmi və maksimal təzyiq iki ölkə liderləri arasında olan razılaşmaya əksdir. Bundan əlavə qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı gəlir üçün əngəl törədir. Bütün bunlar dünya ticarətinə və beynəlxalq prinsiplərə zərbə vurur. Apple səhmləri günün sonun 202 dollara ticarət olunurdu. Tramp isə indekslərin düşməyində onun heç bir günahı olmadığını bildirir. 

 

Bütün bunlara baxmayaraq 2 gün sonra Donald Tramp G7 sammitində Çinin ticarət danışıqlarında məsələnin həll olunmasında daha çox marağlı oluduğunu açıqlayıb. Bundan əlavə orada fransızlarlada mübahisə etməyə imkan tapıb və onlara fransız şərablarına tarif qoymaqla hədələyib. Avropa Birliyi rəsmisi isə bu baş verərsə cavab verəcəklərini bildirib. Avropadan fərqli olaraq Britaniya baş naziri Boris Johnson haqda -  Böyük Britaniya ilə tarixin ən yaxşı ticarət razılaşmasını danışdıqlarını və onun Brexit məsələsini həll etmək üçün ən düzgün seçim olduğu fikrini də söyləyib. 

Sonrasında isə Ağ Ev Çindən 2 zəng aldıqlarını və onların ticarət məsələsini həll etmək istədiklərini bildirilib. 

Nəticə olaraq baş verən hadisələrdə məntiqsizliyin olduğu ortadadır. Tarif tətbiq etdikdən dərhal sonra Çinin belə tez peşman olması təəcüblüdür. Bəlkədə bununla ABŞ höküməti maliyyə bazarlarındakı panikanın qarşısını almaq istəyir. Ancaq fakt budur ki, ticarət dünyasında və dünya iqtisadiyyatında problemlərin olması və ticarət müharibəsinin nəticəsində korporasiyaların alacağı zərbələrə qaçılmaz olacaqdır. Bununlada fond bazarları Trampın optimist tweet - lərinə inanaraq artım sərgiləsələrdə hələki tarixi maksimumları təzələməyə tələsmirlər.