Necə kömək edə bilərik?

Resessiya yaxındır?

04 Sentyabr 2019 • 302

Amerika fond bazarları sentyabr ayını enişlə başlayıblar. Kotirovkalar bundan qabaqkı son 10 gündə “qərarsız” qalsalarda, investorlar Çin - ABŞ danışıqlarından bir nəticə gözləyirdilər. Ancaq son günlər Donald Tramp, tvvitterdə yenidən Çinliləri danışıqları uzatmaqda ittiham etməsi kotirovkaların enməsinə səbəb olub. 

Bundan əlavə amerikan iqtisadiyyatıda artıq zəiflk siqnalları verməyə başlayıb. Belə ki, İSM hər ay təqdim etdiyi PMİ indeksi 50 punktun aşağısında qalması buna işarədir. İstehsalatın zəifləməsinə səbəb kimi isə, Çin - lə yaşanan ticarət gərginliyi göstərilir. Prezident trampın FES - nə olan təzyiqləridə bir nəticə vermir ancaq zəif PMİ göstəricilərindən sonra isə FES faizləri endirmək kimi bir qərar ala bilər. Sentyabr ayında gözlənilən 0.25 punkt enişi bazar artıq “həzm” edib. Bundan əlavə FES - in ethiyatlı davranmasındada bir məntiq var. Əgər güclü iqtisadi vəziyətdə ( maksimal az işsizlik səviyyəsi ) faizləri endirməyə qərar verərsə və bunu vaxtından əvvəl edərsə, gələcəkdə yaranan problemlərdə bazara təsir edəcək instrument olmayacaq. Qlobal iqtisadi mühitdə işləyən iqtisadi stimullar indiki ticarət gərginliyində əks effekt verə bilər. Böyük korporsiyalar artıq ticarət müharibəsindən zərər çəkirlər. 

PMİ indeksinin nəticələrindən sonra Dollar digər valyutalara qarşı təzyiqini azda olsa itirdi. Funt isə Brexit məsələsinə görə dəyər itirməkdə davam edir və son 38 ilin minimum həddinə kimi enmişdi ( hal hazırdakı qiymət dinamikasını izləmək üçün saytımızdan istifadə edə bilərsiniz ). 

Qızıl yenidəın 1550 dollar həddini keçə bilməsədə hələdə “müdafiə” aktivinə olan açıq maraq çoxdur.

Digər inkişaf etməkdə olan bazarlar isə inflyasiyadan əziyət çəkirlər. Ümumi olaraq qlobal iqtisadiyyat minimum faiz dərəcələri səviyyəsində olsada vəziyyət zəifləməkdə davam edir. Buna görədə yenidəın stimula ehtiyac olduğu fikirləri isə günü gündən artır. Ancaq borc və likvidliklə süni “bubble” yaratmaqda çox riskli məsələdir. Bu qlobal zəiflik Azərbaycan biznes mühitinədə neqativ təsir edə biıər.