Necə kömək edə bilərik?

Çin riski

05 Sentyabr 2019 • 298

Dünya mediasında tez tez iqtisadçıların Çin iqtisadiyyatı haqda araşdırmaları və proqnozları haqda məqalələr təsadüfi deyil. Buna səbəb isə dünya iqtisadiyyatının Çindən asılı olması halıdır. Bizdə bu məsləni qısa olaraq araşdırdıq və sizə təqdim edirik.

Çin  ABŞ – a nisbətən dünya ÜDM – sində daha az yer tutur ( ABŞ 24% tutursa, Çin 16% ). Səhm bazarının kapitallaşmasıda ABŞ – dan 5 dəfə azdır.

Ancaq bir fakt var ki, Çini dünya iqtisadi mühərrikində çox vacib detala çevirir. Bu səbəbdən əmanətlərinin güvənliyini düşünən insanlar və Çinlə biznes əlaqələri olan ölkələrin vətəndaşlarına Çin haqda iqtisadi xəbərləri izləmək vacibdir.

Çini çox zaman dünya fabrikası adlandırırlar. Buna səbəb, onların böyük səviyyədə məhsul istehsal etməsidir. Çin istehsalatı dünya sənayesnin 20% - ni təşkil edir. Bu fakt iqtisadi güc baxımından gözəl görsənsədə, “medalın” digər üzü də var. Çox istehsal etmək üçün daha çox xam mal almalısan. Digər ölkələrlə nisbətdə Çin daha çox xam malı Rusiyadan alır bu isə öz növbəsində medalın digər üzünü Rusiya üçün riskli edir. Qısa sözlə rusiya eksportu üçün Çin bazarının özünü yaxşı hiss etməsi vacibdir.

Çinin dünya işlərində payı

Çin dünya neftinin 13% - ni istifadə edir ( təkcə Çin və Hindistan son 15 ildə nefdən istifadəni dayandaman artırırlar, ABŞ və Avropa isə ya azaldırlar yada olduğu kimi saxlayırlar). Dünya enerjisinin 23% - da məhz Çin istifadə edir ( buna görədə enerjiyə olan tələbatın artmasında birbaşa məsuliyyə daşıyır ).

İrəlidə daha marağlıdı. Çin dünya üzrə istehsal olunan, mis, aluminimum, bürünc, nikel və.s əmtəə məhsullarının yarısını alır. YARISINI!

Ən maraqlısıda budur ki, əgər 2000 – ci ildən buyana Çini siyahıdan çıxarsaq görərik ki, digər dünya ölkələrinin bu məhsullarda alışları demək olar ki, dəyişməyib. Çin və məhz o, 20 illik bu metallara olan tələbatın və artımın səbəbkarıdır. Rusiyanın isə son ildə eksportunun 65% - ni bu metallar təşkil edir.

Diqqət sual

Çinin ABŞ tariflərinə qarşı cavablarından biridə milli valyutasını yəni Yuanı devalvasiya etmək planı oldu. Bununlada onlar düşən eksportu kompensasiya edirlər və öz istehsalçılarının marjalarını dəstəkləyirlər. Ancaq buradada əks effekt ola bilər. Baxmayaraq ki, devalvasiya eksporta dəstək verir və iqtisadiyyatı stimulə edir, korporasiysalar bundan əziyyət çəkə bilərlər. Sonuncu dəfə 2015 – ci ildə yüngül devalvasiya, ölkədən sürətlə kapitalın çəkilməsinə gətirib çıxarmışdı. Kapitalın çıxması isə, valyutanın zəifləməsinə birazda dəstək vermişdi və qiymət 6.21 həddini keçmişdi. İnidiki devalvasiyanın neqativ aspektlərindən biri isə, şirkətlərin böyük miqdarda dollarda xarici borclarının olmasıdır ( şəkilə diqqət edin ).

Sual isə belədir – Əgər Çinin problemləri artarsa və onlar valyutalarını devalvasiya etməkdə davam edərlərsə, bu neft və metalların qiymətinə necə təsir edəcək? Bu halda fond bazarlarında nə baş verəcək?