Necə kömək edə bilərik?

İnvestisiya fondları haqda

10 Sentyabr 2019 • 293

İnvestisiya. XXl əsrdə demək olar texnologiya sözündən sonra bəlkə də bu söz ən çox eşitdiyimiz kəlməyə çevrilib. İlk baxışdan bu söz hamıya cazib görünsə də,çox zaman insanlar tərəddüd içərisindədirlər. Cavan yaşda olanlar investisiya etmək üçün təcrübə axtarışında, orta nəsil hara investiya edək sualları ilə dolu, yaşlı nəsil isə qazandığını qoruyub saxlamaq arzusundadır. Bəs insanları tərəddüdə salan məsələ nədir?

Hər kəs investisiya barəsində bu sahənin də mütləq 1 qaydası və ya 1 metodu olduğunu gəlir. Reallıqda isə bu sahənin çox şaxəli olması,bazar iştirakçılarının fərqi və istifadə etdikləri strategiyaların müxtəlifliyi haqda insanların az məlumatlı olması gələcək investisiyalarda onlara çətinlik yaradır.

İnvestisiyanı hər bir sahəyə - insandan tutmuş nano texnologiyalara qədər aid etmək olar. Bir futbol klubun yeni başlayan bir perspektivli gəncə göstərdikləri diqqət, məşqlər və s. sonrasında bu gənci 80 – 100 milyon dollara digər klublara satmaları haqqında hekayaləri azdan çoxdan hamımız bilir.Bu bir növ insan potensialına edilən investisiyadır. Məktəbdə şagirdə qoyulan investisiya, musiqiçiyə, elm adamına, innovativ ideyalara və s.Bu gün isə biz daha çox investisiyanın maliyyə sahəsi üzrə olan hissəsinə daha doğrusu bununla məşğul olan fondlar haqda araşdırmalarımızı sizinlə bölüşəcəyik.

Əlində kapitalı olan və investisiya etmək istəyən  hər bir şəxs bir neçə seçim qarşısında qalır. 1)Broker hesabı açaraq özüm investisiya edim (broker seçmək özü belə çətin bir prosesdir. Bu haqda digər materialımızda araşdırma edəcəyik) 2) Kapitalını idarə etməyə verim.

İlk öncə broker hesabı haqda danışaq. Broker hesabı zamanı investor öz kapitalını özü idarə edir. Bunun üçün maliyyə bazarları haqda biliklərə sahib olmalı, aktivlərin və kapital idarə etmənin teoretik və praktik biliklərini mənimsəməli, risk və digər bazar hadisələri haqda məlumatlı olmalıdır.

İdarə etmə zamanı isə, siz kapitalınızı bu işin professionalına tapşırırsınız və ya müəyyən bir fondda pay alırsız. Dünyada bu sahə üzrə ən böyük investisiya banklarından, kiçik investisiya şirkətlərinə qədər sayılması çətin olacaq qədər çox investisiya xidmətləri təklif edən şirkətlər var.İdarəetməni seçən şəxslər belə risk/gəlirlilik göstəricisi seçməli olur. Əgər yüksək gəlirlilik istəyirsinizsə sizin broker və ya portfolio meneceriniz sizə bir neçə klas aktivlərə yatırım etməyi məsləhət görəcək.

İlk öncə inflyasiya və bank depoziti gəlirindən yüksək gəlir gözləyən müştəri üçün, real gəlir faizinin hansı rəqəm olması ona seçim etməkdə çətinlik yaradır. Misal üçün dollarda depozitə 1 illik kapitalınızı qoysanız sizə bank bir ilə 1% gəlir təklif edir. Digər tərəfdən fərz edək ki, ən böyük birja indekslərindən biri SnP 500 illik gəliri 12% olub. Ancaq bank depozitindən fərqli olaraq birja indeksi gəlir əvəzinə ili ziyanla da də bağlaya bilər.

Portfolio meneceri sizin kapitalınızı fərqli klass aktivlərə yatıra bilər. Bank depozitindən tutmuş ən riskli aktivlərə qədər. Bu aktivlər səhm, istiqraz, valyuta və ya əmtəə derivativləri ola bilər. Kapitalınızı riskdən qorumaq üçün sizə bəzi suallara cavab tapmaq lazımdır.

İnvestisiya şirkəti və ya investisiya fondunun reputasiyası, son illərdə bazara nisbətən göstərdiyi nəticələr, hüquqi və vergi məsələlərinə aid olan suallar.

Mətnin davamı kimi sizə Vanguard qrupun və onun investisiya fondlarının fəaliyyəti və nəticələri barədə yazını təqdim edirik. İkinci mətnə baxın: http://finkorp.com/az/news/265/vanguard-group/