Necə kömək edə bilərik?

Vanguard Group

10 Sentyabr 2019 • 324

Vanguard Group – ABŞ da yerləşən investisiya korporasiyasıdır. 1974 – cü ildə bankrot olmuş biznesmenin oğlu Con Boql tərəfindən yaradılıb. Vanguard Group 370-dən çox investisiya fondlarını idarə edir və bunların yarısı amerikan yarısı xarici fondlardır. Vanguard – ın idarə etdiyi kapital 4.6 trilyon dolları keçir və bu da onu BlackRock şirkətindən sonra dünyanın ən böyük investisiya şirkətlərindən birinə çevirir.İdeya özü Con Boqlun universitet vaxtlarında diplom işini yazarkən ağlına gəlib.

Vanguard tarix.

“Vanquard” dan əvvəl, Con Boql Wellington Management investisiya fondunun rəhbəri vəzifəsində çalışırdı və keçirdiyi şirkət birləşməsi zamanı böyük zərərlərdən sonra vəzifəsi konsultant işçiyə kimi endirilmişdi. Bir neçə müddət sonra Boql öz müştərək fondlarını (mutual fund) yaratmağa nail oldu. Adını isə admiral Nelsonun flaqman gəmisi “Avangard” – in şərəfinə qoydu.

Tələbə vaxtlarından fondun işləmə mexanizmini planlayan Boqlun əsas ideyası səhmlərə yatırımı məsləhət görən analitiklərin sayını maksimum azaltmaq və yatırımı bir başa 500 şirkətə etmək idi. 1975 – ci ildə Boql ilk dəfə olaraq Vanguard 500 İndex Fund adlı müştərək fondunu yaratdı hansı ki, SnP 500 indeksinə bağlı idi. Demək olar ki, Vanguard birja indekləri fondlarının (ETF) ilk yaradıcısıdır.

Keçən əsrin 90 – ci illərinin axırlarında “Vanquard” fondu dünyanın ən böyük müştərək fonduna çevrildi.

İdarə etdikləri kapital hər 3 ildən bir 2 dəfə artırdı və bu rəqəm 1996 – 2005 – ci illər arası 200 milyarddan 800 milyarda qədər artmışdı.

1984 – cü ildə qrupun üzvlərindən biri PRİMECAP Management Co, 1995 ci ildə isə birləşik 4 fond yarandı-Vanguard Horizon Funds. Bu qrupada Capital Opportunity Fund daxil oldu hansı ki, daha riskli aktivlərə yatırım edirdi.

1996 – cı ildə Vanguard fərqli qitələrdə Kanada, Avstraliya, Avropa, Sinqapur və Latın Amerikasında ofislər açmağa başladı.

2000 – ci illərdə Vanguard Calvert adlı sosial – indeks fondu yaradıldı. Bu fond sosial məsuliyyətlə yüklənmiş indeks göstəriciləri olan şirkətlərlə işləyir. Sonrakı iki birja fondu – Vanguard Total Stock Market ETF (VTİ) və Extended Market ETF ( VXF ) fondları 2001 – ci ildə yaradıldı.

Bu baxımdan şiırkət biraz gecikmişdi. Onların bu seqmetdəki rəqibləri iShares artıq 58 ETF, State Street isə 20 ETF buraxmışdı.

Buna görə indi Vanguard 370 – dən çox müştərək fondu və 70 - ə yaxın ETF idarə edir. Onu da qeyd edək ki, bütün ETF bazarının 25% - i yəni, 800 milyarddan çoxu Vanguard qrupa aiddir və müştərək fondlar bazarında isə liderliyini qoruyub saxlayır.

Vangurad Groupun təklif etdiyi investisiya xidmətləri

Korporasiya bu istiqamətdə investisiya təklifləri edir:

1) Müştərək fondlar

2) Birja investfondları (ETF)

3) Qiymətli kağızlara investisiya

4) İndividual “Trust” fondlar

5) Digər fondlara yatırım

6) Pul planlaması baxımından konsaltinq xidməti

7) Pensiya hesablarının idarə olunması

Vanguard Group – un indeks fondları

Müştərək fondlar siyahısında ən tanınmışlar:

1) Tax – Managed Growth and Income Fund. Vergi xərclərinin azaldılması üzərində qurulmuş strateqiya fondu. Burada daha çox ilkin olaraq balansı qiyməti olan səhmlərə yatırım sonrasında isə mənfidə qalan aktivlərə yatırım olunaraq vergilərin azaldılması prosesi təklif olunur.

2) REIT İndex Fund. Uzun müddətli REIT – lərə olunan yatırım indeksidir. Burada gəlirlər ən çox dividentlər hesabıma baş verir və bu zamanda səhmlərin satışından gələn gəlir vergisi ödənilmir.

3) European and Pacific Stock Index Funds. Asiya – sakitokenı ölkələrinin az satışlı şirkətlərinin səhmlərini özündə birləşdirən fonddur. Demək olar ki, bu Yaponiya fondudur. Yatırımların 80% - i bu səhmlərə yatırılıb.

4) 500 Index Fund. ən böyük və ən qədin Vanguard fondu. Snp500 indeksinin dinamikası üzərində qurulmuş fonddur.

5) Emerging, Small – Cap funds. Adlarından göründüyü kimi inkişaf etməkdə olan və az kapitallaşmış şirkətlərdən yığılmış fonddur.

Warren Buffet və onun mərci

Warren Buffet Protege Partnersin idarəçisi Ted Sedslə mərcə girib. Bu mərcə görə o Vanguardın SnP 500 ETF – ni alıb saxlayır digər tərəf isə aktiv 5 fondla kapitalı idarə edir. Nəticə olaraq Buffet – in gəlirləri digər 5 fonddan 4 dəfə üstün olur.

Bu fond haqda ətraflı yazmaqda məqsədimiz sizin gələcək investisiya planlarınızda investisiya fondunun tarixinə, uğurlarına və təklif etdiyi investisiya xidmətlərinə diqqət etmənizdir. Vanguard Groupun ETF – lərini almaq üçün broker hesabı acmaq və ya portfel idarəçisinə kapital verməklə çox rahat şəkildə planlarınızı həyata keçirə bilərsiniz. Belə fondlar passiv investorlar və bazar gəlirliyinə yaxın gəlir əldə etmək istəyən investorlar üçün ideal bir instrumentdir.