Necə kömək edə bilərik?

Saudi Aramco neft şirkətinə olunan hücümdan sonra neft 19% dəyər qazanıb.

16 Sentyabr 2019 • 320

London İCE əmtəə birjasında noyabr çatdırılması ilə ticarət olunan brent markalı neft fyuçersi açılış zamanı 19% artaraq 71 dollara ticarət olunurdu. Buna səbəb Saudi Aramco şirkətinin müəssələrinə dron vasitəsi hücum və Səuddiyyənin istehsalatı azaltmaq xəbərləridir.

Hücum 14 sentyabr səhər saatlarında şirkətin iki böyük müəssəsinə Huraysa və Abkayke istiqamətində olub. İkinci dünyanın ən böyük neft stabilləşdirmə zavodu hesab olunur.

ABŞ xarici işlər naziri Maykl Pompeo hücumda İranı günahlandırsada, məsuliyyəti üzərinə Yəmən qruplaşmaları götürüb.

Ticarət sessiyasnın açılışında qiymət sürətlə artsada sonrasında 66 dollara kimi enib. Buna səbəb ABŞ prezidenti Donald Trampın stratejik ehtiyarların açılması və neft bazarının stabilləşməsi üçün verdiyi qərardır.

“Hücumun neft bazarına edəcəyi təsirləri nəzərə alaraq mən, lazım gələrsə ölkənin neft ehtiyarlarından istifadə edilməsinə icazə verdim” -  deyə prezident twitter səhifəsində paylaşım edib.

Səudiyyə höküməti rəhbərləri baş vermiş hadisə ilə bağlı çıxışlarında, 16 sentybra ( yəni bu günkü tarixə ) zavodun fəaliyyətini tam təmin edəcəklərini bildiriblər. Ancaq Reuters xəbər agentliyi bunun üçün bir neçə həftə lazım olacağı haqda xəbər paylaşıb.

Analitiklər fikirlərində, hətta bir neçə həftəyə dəyən zərər aradan qalxarsa belə,  artıq bazar əvvəlki kimi olmayacaq, geopolitik risklər qiymətə premiya kimi əlavə olacaq deyə söyləyirlər. Artıq hər kəs neft infrostrukturlarının hücumlara qarşı necə həssas olmasını və ABŞ – İran arasında konfrantasiyanında geopolitik risklərin artmasına gətirib çıxardığını görür. Analitiklər neft qiymətini yaxın zamanlarda 60 dollara olması ehtimalını az olmasını düşünürlər.

Digər bazarlardada bu hadisə öz təsirini görsədir. Asiya bazarları 16 sentyabrda ticarət sessiyasının açılışında dəyər itirsələrdə sonradan indekslər öz dinamikalarını qaytarıblar.