Necə kömək edə bilərik?

Danışıqlardan sonra ticarət: Birjalarda həftə necə başlayır

23 Sentyabr 2019 • 339

Asiya indeksləri Çinlə ABŞ arasındakı danışıqlardan sonra qırmızı zonada qərarlaşıblar. Danışıqlar sonrası şərhlərdən görünür ki, lazım olan müqavilənin bağlanması şansı azdır.

Birjalara təsir edən əsas amillərdən biri Çin ABŞ danışıqlarıdır. Tərəflər 19 və 20 sentybarda Vaşinqtonda 2 aylıq aradan sonra yenidən masa arxasına keçməyi və yaranan problemi danışıqlar yolu ilə həll etmək qərarına gəliblər. Bu görüşün nəticəsində, tərəflər oktyabr ayında nazirlik səviyyəsində görüşməyə qərar veriblər. ABŞ – ın danışıqlardakı təmsilçisi Robert Laytxayzer şərhində - görüşün produktiv keçdiyini və gələcəkdə daha çox naliyətlər əldə edəcəklərini bildirib. Eyni sözləri Çin tərəfində şərhlərində bildirib.

Analitiklər “bir müddətlik” müqavilənin müzakirə olunacağını gözləsələrdə, görüşdə bu müzakirə olunmayıb. Huawei şirkətinə qarşı olan sanksiyalarında zəifləyəcəyi düşüncəsi ilə proqnoz edən analitiklər, prezident Donald Trampın keçən həftənin cümə günü çıxışından sonra proqnozlarının səhv olduğunu qəbul etməli olacaqlar ( əvvəlki yazılarımızda bu razılaşmanın gözlənilən kimi asan olmayacağı haqda fikirlərimizi bildirmişdik ). Tramp daha çox tam razılaşmanın olmasının tərəfdarıdır. Bundan əlavə Ağ Ev məsləhətçisi Maykl Pillsberi çıxışında, əgər Çinlə yaxın zamanda razılaşma olmazsa Vaşinqtonun Pekinə təzyiqi artacaqdır deyə fikir söyləmişdi. Məsləhətçi tariflərin 50% - 100% artması ehtimalınıda dilə gətirib.

Bazarlar artıq bu mövzüdan “bezib” demək burada yerinə düşərdi. Bu razılaşmanın çətinliyinin əsas səbəbi iqtisadi baxımdan ölkələr arasındakı fərq və razılaşma olarsa hər hansısa bir tərəfin məğıub olacağı ( həm siyasi həmdə iqtisadi ) faktıda bu işin uzanmasına gətirib çıxarır. Bundan əlavə Tramp yarana biləcək iqtisadi çətinliyin ( ticarət müharibəsinə görə əsasda ) FED - ə təzyiq edərək faizləri salması planıda iqtisadiyyata kömək əvəzinə zərbə vura bilər.