Necə kömək edə bilərik?

Romalılardan günümüzə qədər təsir edən 4.85 fut effekti

28 Sentyabr 2019 • 364

Maliyyə dünyasından kənar mövzü olsada, maraqlı bir faktı sizinlə bölüşmək istərdik. Bizə hər zaman dərin mənalı və çətin intelektin üzərində dayanan icadlar və ya fikirlər daha çox xaotik gəlsədə bəzən bunların kökündə sadə ama fundamental olaraq insan beynində şablonlar yaradan qədim fikirlər durur. Bunlardan biridə 4 fut 85 dyum ölçüsündə (1.47 sm ) olan bir çox texnologiyalardır və bunun əsl səbəbi atla bağlıdır. Bəli atla ( horse ).

Kennedy kosmik gəmisinin sağ və sol tərəfində 2 mühərrik yerləşir. Onların ölçüse 5 futdur (1.524 sm ). Konstruktorlar mühəriikin həcmini daha böyük etmək isdəsələrdə bu mümkün olmayıb. Niyə?

İş burasındadır ki, bu mühərriklər dəmir yolu vasitəsi ilə gətirilib və hansı ki, tuneldən keçəcəkdir. Bu dəmir yolunda reyslərin eni 4.85 futdur. Bu səbəbdən mühərriki maksimum 5 fut enliyində etmək mümkün olmuşdur. Buradan belə bir sual ortaya çıxır ki, bəs niyə bu reyslərin enliliyi 4.85 futdur& Bu rəqəm haradan ortaya çıxıb?

Məsələ belədir ki, Ştatlarda dəmir yolunu İngiltərədəki kimi ediblər. İngiltərədə isə dəmir yolları vaqonlarını tramvaydan formasında, ilk tramvayı isə at konkası formasından götürüblər. Bu konkaların uzunluğu isə 4.85 fut idi. Niyə?

Konkaların İngiltərə yollarındakı cığırlarda rahat hərəkət etməsi və daha gec xarab olması məntiqi ilə düzəldiblər. Orada isə, yol cığırları yeri gəlmişkən 4.85 futdur. Bu nə səbəbdən belədir?

Cavab belədir ki, İngiltərədə yolları qədimdə romalılar düzəltməyə başlamışdılar və onlar öz döyüş arabalarının bu yollarda rahat hərəkət etməsi üçün yolları məhz bu ölçüdə… bəli romalıların standart döyüş arabalarının ölçüsü 4.85 fut idi. Və budur biz axır ki, bu rəqəmin haradan gəldiyinin cavabını tapsaqda, yenədə belə bir sual yaranır. Romalılar niyə məhz 4.85 fut ölçüdə arabalar düzəldirdilər?

Baxın buna görə: Standart döyüş arabalarına 2 at qoşulurdu. Və onların birlikdə arxa hissədən ( bəli məhz ağlınıza gələn ) enliliyi 4.85 futdur. Romalılar isə döyüş arabalarını daha uzun etmələri bu arabanın balansını pozardı və hesablama yolu ilə uzunlugun belə olması qərarını vermişdilər.

Nəticə olaraq ilk sualın cavabı məhz budur. İnsanlıq kosmosa uçmağı bacarsada, sürətlə inkişaf edən texnologiya dövründə yaşasada bu proqresin, 2 min il əvvəlki 2 atın arxalarının enliliyindən hələdə asılıdır.