Necə kömək edə bilərik?

Apple film çəkilişlərinə başlayır.

30 Sentyabr 2019 • 349

Apple şirkəti film istehsalına başlamağı planlayır. Filmlərin çəkilişinə tanınmış rejissorlar və produserlər cəlb olunacaq və bundan əlavə kinoteatrlarda filmlərin nümayişinə də başlanılacaq. Apple – ın yeni servisi Apple Tv+ servisi kinoteatrda olan filmləri bir neçə həftədən sonra strim servisində istifadəçilərə təqdim edəcək.

Bu il Apple ilk filmini kinoteatrlarda təqdim edib. 1 noyabr tarixindən sənədli film olan “Fillərin kraliçası” adlı eyni anda həm kinoteatrlarda həmdə Apple Tv+ servisində təqdim olunacaq. Bu səbəbdən film tanınmış kino nominasiyalarla təltif oluna bilər.

Daha yeni bir film isə “On the Rooks” filmi olacaq. Amerikalı kinorejissor Sofiya Koppolanın çəkdiyi filmdə tanınmış aktyorlar, Bill Mürrey, Raşid Cons və Marlona Ueyansa rol alıblar. Filmin premyerası gələn il böyük kinofestivalda ekranlara çıxa bilər. Bundan sonra şirkət filmi daha böyük kütləyə təqdim etməyi planlaşdırır.

Filmlərin ekranlara çıxması vacib məsələdir.. Çünki oskar mükafatına namizəd olmaq üçün böyük kütlə qarşısına çıxmalıdır. Biznes model baxımından bu addım onlara əksinə maddi baxımdan ziyan vura bilər. İzləyicilər Apple Tv+ əvəzinə filmlərə daha çox kinoteatrlarda baxmağa üstünlük verəcəklər bu da Apple şirkətinin Apple Tv+ layihəsinə gəlir gətiməyəcək.

Şirkətin yeni seqmentdə konsultantı İMAX setlərini keçmiş rəhbəri Qreq Fosterdir. Film sahəsində 20 illik təcrübəyə sahib olan Qreq Hollivudda çox tanınır və tanınmış aktyorlar, rejissorları Apple – ın yeni layihəsinə dəvət edə bilər. Şirkətin film sahəsində ki, strateqiyası daha çox Amazonun biznes modelinə bənzəyir. Amazon filmləri kinoteatrlarda 2 həftə - 3 ay aralığında göstərdikdən sonra abunəçilərinə təqdim edir. Bu il Apple 2 milyard dollar filmlərin istehsalına xərcləyək. Strim sahəsi üzrə lider isə hələki 10 milyard dollarlıq çəkiliş büdcəsi ilə Netflix şirkəti qalır. Pullu abunəçilərin sayı artıq 150 milyonu keçmişdir.

Səhmlərdə hansı artım gözlənilir.

İlin əvvəlindən səhmlər 40% artaraq dəyər qazanıb. 23 ekspert sorğu nəticəsində səhmləri almağı, 17 gözləməyi , 3 ekspert isə səhmləri satmağı məsləhət görür. Orta olaraq səhmin qiyməti 227$ proqnozlaşdırılır. Citi bankın analitikləri isə daha optimistdirlər. Onlar səhmlərin 14% yəni 250$ kimi artacağanı gözləyirlər.