Necə kömək edə bilərik?

Pulun qısa tarixi

02 Oktyabr 2019 • 406

Müasir insanı pulsuz yəni servis və malların dəyərini ölçən vahidsiz təsəvvür etmək çox çətindir. Bu ölçü vahidi insanlara, bir fincan kofe ilə ingilis dili dərsini, kosmik raket və qədim amforanı, qatarda getmək və yaxınlara zəng etmək kimi dəyərələri fərqləndirməkdə insanlara yardımçı olur. Bəlkədə, kim üçünsən pul - əsl qara qüvvədir ancaq daha diqqətlə baxsaq pul universal instrument kimi bizə material və qeyri material dəyərləri hesablamaqda yardımçı olur. Ancaq bu həmişə belə olmayıb.

Barter

İlk insanlarda pula ehtiyac kimi bir fenomen yox idi. Ancaq ilk cəmiyyətlərin əımələ gəlməsi, kənd təsərrüfatı və sənətin inkişafı fonunda “dəyişiklik” etməyə ehtiyac yaranmağa başlayır.

Kəndçiyə torpağı şumlamaq üçün lazım olan aləti dəmiçi düzəldirdi. Dəmirçiyə yəqin ki, nə iləsə qarnını doyurmaq lazım idi və bu məhsuldə kəndçidə idi. Hər ikisinədə geyim lazım idi hansını ki, dərzi tikirdi.

Qədim iqtisadiyyat birbaşa barter üzərində fəaliyyət göstərirdi. Bu o qədərdə rahat olmayan sistemdə hər bir iştirakçı ona lazım olsan məhsulu satan insanı tapmaq məcburiyyətində qalırdı. Bundan əlavə vaxt keçdikcə insanlar, bəzi məhsulları daha asan əldə etmək və satmağın mümkünlüyünü müşahidə etməyə başladılar. Demək olar ki, hər kəsə daha asan saxlanılan və kalori mənbəyi olan taxıl lazım idi. Şimal xalqlarında isə hər kəsə bədəni isti saxlayan dəri geyimlərə ehtiyac duyulurdu.

Və məhz bu populyar məhsullar rahat dəyişilməsi mümkün olan barter aləti kimi fəaliyyət göstərməyə başladılar. Dəmirçi bir ovuc taxılı qiymət kimi götürməyə razı idi hətta ona bu məhsul lazım deyildisədə o bilirdiki bu məhsulu başqa məhsula dəyişmək asan olacaq.

Maraqlısı budur ki, müasir insanlarda qədim insanlar kimi bəzən barterdən istifadə edirlər. Öyrəşilən iqtisadi sistem dayandığı halda evro və dollar yox məhz çay, şəkər və duz yenidən barter əməliyatına keçəcək.

Qədim dövrlərdə ən rahat məhsul metallar idi. Çünki bir balacaq qızılı ozünlə aparmaq asan idi nəinki, 10 kisə taxıl. İlk qəpik pulların əmələ gəlməsinə bir addım qalmışdı – dövriyyədə olan pulların eyniliyini təmin etmək. Beləcə olaraq dəmir pul sikkələrinin istehsalı başlanıldı.

İstehsalın başlanğıcı

Biz pul haqda danışanda ilk öncə ağlımıza ticarət gəlir. Yəni pulun xərclənməsi. Ancaq pulun tarixdə vacib rollarından biridə o idi ki, dövlətə vergili yığmaq lazım idi, və qəpik pullarda bu iş üçün çox rahat idi.

Bizim başa düşdüyümüz qəpik pullar ilk dəfə bizim eramızdan əvvəl VII əsrdə indiki Türkiyə ərazisində olan Lidiya dövlətində əmələ gəlib. İlk dəfə pul istehsalı elektrumdan olurdu ( qızıl və gümüşün əridilərək pul istehsal olunması ). Sonrasında isə ayrılıqda qızıl və gümüş qəpiklər əımələ gəldi. Lidiya hökmdarı Krez ilk olaraq pul standartı tətbiq edərək, metalın təmizliyini hökmdar peçatı ilə təstiq etmişdir. Lidiya starterləri çox tez Aralıq dənizi sahili ərazilərə yayıldı və insanlıq pul dövrünə qədəm qoydu.

Maraqlısı budur ki, ilk pullar qızıl olub və buda onu göstərirki onlar heçdə “ucuz” deyildilər. Ola bilər ki, bu pullar bazarda balığ almaq üçün yox məhz vergiləri ödəmək ( ildə bir dəfə ) və böyük həcmli ticarət üçün istifadə olunurdu. Sivilizasiya çox tez bir zamanda anladı ki, dəyəri az olan balaca pullarada ehtiyac var. Misal üçün, qeyd etdiyimiz starterlərin keçmişdə 1/2, 1/4, və hətta 1/24, dəyərində dəmir pulları var idi və bunlarda qədim Yunanıstan bazarlarında “şoppinq” üçün ideal pullar idi.

Qramla hesablama

Dəyərli metalların pul vahidi kimi cəmiyyətdə möhkəmlənməsinə bir neçə səbəb var. İlk olaraq, məhsul nadir sayılırdı, buda o deməkdir ki, dövlət üçün stratejik vacib olan pul çapı seqmentini kontorlu altına saxlamaq daha rahatdır. İkinci olaraq, qızıldan və gümüşdən olan qəpikləri istənilən vaxt yenidən ərədib istifadə etmək olar. Üçüncü olaraq isə, sadə hesablama yolu ilə pulun dəyərini bilmək olardı. Hər insan 100 amerikan dollarının 100 birman kyatlarında nə qədər etdiyin bilmir ancaq 5 qram qızılı 10 qramdan ayırmağı isə hər adam bilə bilər.

Antik və orta əsrlər dövründə dövriyyədə fərqli tipdə və keyfiyyətdə qəpik pullar istifadə olunurdu. Bunlardan ən çox güvəniliri (ağırlığı və metalın təmizliyinə görə ) III əsrdə istehsal olunmuş Vizantiya solidi idi ( həmçinin nomizma və bezant adları ilə də tanınırdılar ). Bu qəpiklər bir neçə yüz il insanlar tərəfindən istifadə olunurdu. Əks misal kimi, roma dinarı və aureus göstərmək olar hansılar ki, III əsrdə istehsal olunsalarda bir müddət sonra onlarda olan qızıl və gümüş yox olmağa başlamışdı.

Qəpiklərdə olan qarışıqlığı antik və orta əsrlərdə olan böyük pulların kiçik pullara bölünməsində olan hesablanma daha da qarışığ edirdi. Fərqli ölkələrdə olan bir neçə misallar. Qədim Yunanıstan: 1 mina =50 stater =100 draxm = 600 obol. Ortaəsrlər Fransası: 1 livr = 20 sur = 240 denye. Ortaəsrlər İngiltərə: 1 funt = 20 şillinq = 240 penii. Buna əlavə olaraq qəpik istehsalındakı çoxluğu, dəyərli metalların azlığından tez köhnələn qəpkləri, hersoq və kralların qəpiyin dizaynına olan həssaslığınıda nəzərə alsaq qədim insanların nə qədər güclü yaddaşa ehtiyac duyduqlarını görürük. Dyumanın “ 3 muşketor” əsərində belə bir epizod var: əsərin qəhrəmanları əllərində olan pulu saymağa başlayırlar – 30 ekyu + 10 pistoley + 25 pistoley = 475 livr. Bir cümlədə 3 fərqli qəpiklər.

Maraqlısı budur ki, ilk olaraq avropada yuvarlaq hesablamaya keçən ölkə Rusiya olmuşdur. Birinci Petrin vaxtında ( XVIII əsr ) 1 rubl = 100 qəpik prinispi işə düşmüşdür. Yüz illiyin sonunda eyni hesablamaya ABŞ , Fransa və digər ölkələr keçməyə başlamışlar. 1971 – ci ilə qədər yuvarlaşmaya ən çox müqavimət göstərən Britaniya idi. Onlarda bu ilə qədər hələdə 1 = 20 = 240 hesablanması gedirdi.

Kağız hər şeyi silir.

İlk kağız pulların məhz Çində VIII – IX əsrlərdə dövriyyəyə buraxılması düşünülür. Avropalılar o zamanlarda “Qara dövrlərində” yaşasalarda, sonra öz yolları ilə kağız pulların istehsalına başladılar. Kağız pulların keçdiyi yolu banknot sözündən görmək olar. İngilis dilindən tərcümədə banknot – bank çeki mənasını verir. Bank işinin beşiyi kimi stratejik olaraq uğurlu coğrafiyada yerləşən və əsas ticarət yolları üzərində olan İspianiya və İtaliya sayılır. Yuxarıda qeyd etdiyimiz kimi, orta əsrlərdə pulun fərqliliyi cəhətdən bolluğ idi. Orta əsrlərdə İtaliya şəhərlərində pul “dəyişənlərin” biznesi çiçəklənməyə, piştaxtaları ( italyan dilində banco ) bazarlarda və mərkəzi küçələrdə quraşdırılmağa başlamışdı. Pulu dəyişməkdən başqa bankirlər kapitalı saxlamaq və ödəmə etməyi təklif edirdilər. Bununlada ilk kağız pulun yaranması – jurnalda kimin nə qədər qəpik pulunun saxlanılması haqda məlumatdan ibarət idi. Bu yazılar daha çox sənəd idi hansıyla ki, əmanəti geri götürmək imkanı verirdi, nəinki pul.

Sonrakı etap kağız pulların dəmir qəpiklərə dəyişdirilərək çap olunması prosesi idi. Dünyada ilk mərkəzi bank 1688 – ci ildə təsis edilən İsveç bankıdır. Uzun müddət insanlar kağız pullara inanmayaraq üstlərində hələdə dəmir pulları gəzdirirdilər. Dövlətlərdə əsl pul kimi birinci gümüşü sonra isə qızılı görürdülər.

Kağızla metallar arasındakı münasibət elədə sadə deyildi. Sonuncunun dominantlığı İngiltərə Bankının 1821 – ci ildə funt sterlinqin azad olaraq istənilən sayda qızıla konvertasiya olunacağı haqda qərarından sonra baş verdi. Qızıl standartını sonrasında ABŞ, Rusiya və digər ölkələr tətbiq etməyə başladılar. Valyutalar bu qərarlardan sonra bir biriləri arasındakı “exchange” fiks olunmuş kursla keçməyə başladı.

Bir tərəfdən sistem ölkə valyutasının stabilliyini qaldırmağa yardım etsədə, digər tərəfdən, iqtisadiyyata lazım olan səviyyədə pulun çap olunmasına imkan vermirdi. Qızıl ehtiyatlarını pul vahidinə paritet səviyyədə saxlamaq çox çətin idi və nəticədə kağız pul bu mübarizədə qalib gəldi.

1944 – cü ildə danışılan Bretton – Vud razılaşması “ qızıl – dollar standart” razılaşması qəbul edildi ( bütün valyutalar dollara, dollarsa qızıla bağlı idi ). 1970 – ci illərdə isə ölkələr kütləvi şəkildə üzən məzənnəyə keçməyə başladılar və qızıl “şahlığına” son qoydular.

Nağdsız gələcək

XX əsrin sonlarında dünya informasiya texnologiyarının sürətli inkişafı ilə tanış oldu. Bu isə öz növbəsində pullarada təsirsiz ötüşmədi. Faktiki olaraq biz, artıq əldən ələ keçən kağız əskinazların azalmasının şahidi oluruq. Bizim gəlirlərimiz çoxu zaman bank hesabında saxlanılır, köçürmələr bir neçə düyməni basmaqla bir neçə saniyə ərzində ünvana çatır, kontaktsız ödəmələr texnologiyalarının inkişafı və.s kağız pullarında son dövlərini yaşadığını göstərir. Nə vaxtsa ilk bank vekselləri tacirlərə özləri ilə bir neçə kisə dəmir pullar götürməməyə imkan verirdisə, indi ticarətə smartfonla getmək kifayət edir. Gələcəklə bağlı nələrin olacağını demək çətindir amma pulun birinci mənası çətinki dəyişsin. 2000 il əvvəl olduğu kimi, pul rolunda hər şey çıxış edə bilər, yeyinti məhsulları, qızıl, gümüş, bank kitablarındakı rəqəmlər və ya blokçeyndəki məlumatlar. Pul – insanın görüdüyü iş üçün əvəzində istədiyi ödənişdir sadəcə.