Necə kömək edə bilərik?

Analitklər dolların məzənnəsinin güclənməsini gözləyirlər

06 Oktyabr 2019 • 340

Dollar digər valyutalara münasibətdə zəif iqtisadi göstəricilər fonunda digər valyutalara qarşı dəyər itirib. Kursun enişi uzun çəkməyəcək deyə, analitiklər düşünür və hətta artım yenidən bərpa olacaq deyə proqnozlar edirlər.

Dolların avro qarşı kursu 0.1% azalaraq həftəni 1.0987 qiymətində bağlayıb. Bu ABŞ iqtisasdiyyatının zəif göstəriciləri fonunda baş verib. İSM biznes aktivliyi indeksinin açıqlanmasından sonra amerikan valyutasına qarşı marağ digər günlərə nisbətdə azalıb. İndeks 55 punkt gözləndiyi halda 56.4 həddindən 52.6 həddinə kimi geriləyib.

Həftənin əvvəlindən İSM istehsalat indeksi 2009 – cu ildən ən aşağı səviyyəyə qədər geriləyib. Bazar iştirakçıları ABŞ – Çin arasındakı ticarət mübahisəsinin iqtisadiyyata zərər vuracağından və hətta resessiyaya gətirib çıxaracağıdan ehtiyat edirlər. Buna baxmayaraq analitiklər əmindirlər: Dollar kursu digər valyutalara qarşı mövqeyini gücləndirməkdə davam edəcək.

Valyuta kursları: yarım illik proqnoz

Dolların kursu qarşıdakı 6 ayda artımı davam etdirəcək və buna hec bir şey əngəl olmayacaq. Reutersin keçirdiyi sorğuda iştirak edən 50 valyuta analitikinin 2/3 hissəsi bu fikirdədir.

Dünya ticarətində situasiyanın pisləşməsi digər ölkələrin iqtisadiyyatına zərər verir. Buda öz növbəsində bu ölkələrin dollarda ehtiyat saxlamasına və dolların alışlarına gətirib çıxarır ( yəni bu ölkələrdə fəaliyyət göstərən bazar iştirakçılarına ).

Əgər FES pul – kredit siyasətini yumuşaltmaqda davam edərsə bu, digər ölkələrlə olan faiz fərqini azaldacaq. 30 oktyabr tarixində FES – in növbəti iclası keçiriləcək və bu il 3 – cü dəfə faizlərin endirilməsi ehtimalı çoxdur.

Avroya gəldikdə isə FES – in aradakı faiz fərqini azaltması avroya qarşı güclənən dolların yenidən 1.11 – 1.13 $ aralığına qayıda biləcəyini gözləyirlər.

Dollarada qızıl kimi işlər pis gedendə “sakit sahil” kimi baxılır və digər ölkələrdən olan insanlar dollarda olan ehtiyatlarını artırmağa çalışırlar.