Necə kömək edə bilərik?

Neft sektorunda tarixi birləşmələr.

07 Oktyabr 2019 • 355

Tarixdə böyük korporasiyaların birləşməsi nəticəsində bəzi şirkətlər tarixdən silinib bəziləri isə əksinə dahada gücləniblər. Bu dəfə enerji sektorunda birləşən şirkətlər haqda qısa məlumatı sizinlə paylaşmaq istəyirik.

Exxon və Mobil – birləşmə qiyməti 80.3 milyard dollar

1911 – ci ildə John Rockfeller tərəfindən təsis edilən dünyanın ən güclü neft şirkəti Standart Oil bir neçə hissəyə bölündü.

Bu ayrılma antimonopoliya qanunnaməsi tarixində ən böyük parçalanma idi. Baxmayaraq ki, bu şirkətlər qiqant şirkətin bir neçə hissəsi idilər onların birləşməsi bazara yeni bir böyük oyunçunu gətirdi.

Hüquqi olaraq birləşmə Exxon şirkətinin Mobili alması kimi görsənirdi. Ödəmə Exxonun Mobilin bir səhminə qarşı 1.2 – 1.4$ nisbətində səhm təklif etməsi yolu ilə baş vermişdi. Yenidən birləşən şirkətlərin kapitallaşması 272 milyard dollar edirdi. Yeni ExxonMobil adına sahib olan şirkət dünyada 40 – dan çox neft emalı zavodlarına sahib oldu.

Royal Duch Shell və Shell Transport and Trading 

Bu 2 şirkətin birləşməsi hekayəsi lazım olandan uzun çəkdi. İş burasındadır ki, Holland və İngilis dövlətləri uzun müddət bu şirkətlərin birləşməsinə qarşı idilər. Onların fikrincə ayrı brendlər altında işləmələri aktivləri lazımı qədər diversfikasiya edir. Ancaq 2004 - cü ildə onların birləşməsinə razılıq verildi. Faktiki olaraq bu birləşmə formal xarakter daşıyırdı çünki onlar onsuzda bir biriləri ilə sıx əlaqədə idilər və işləri əvvəlcədən danışaraq aparırdılar. 

Bu iki şirkətin birləşməsinin dəyəri 80 milyard dollar dəyərləndirilirdi. Hal hazırda Royal Dutch Shell adı ilə çıxış edən konsern dünyanın ən böyük neft - qaz şirkətlərindən biridi və onun kapitallaşması 227 milyard dollar təşkil edir ( 10 oktyabr 2019 tarixinə əsasən ). Bu birləşmə öz sahəsində 80 milyarddan çox dəyərləndirilən sonuncu birləşmədir. 

Shell şirkəti üçün digər biznesi artırma əməliyyatı 2016 - cı ildə britaniyanın BG Group - u alması oldu. Bu əməliyyat Shell şirkətinə Chevron şirkətini bazar kapitallaşmasında keçərək Exxon Mobile - dən sonra ikinci olmasına yardımçı oldu. 2005 - ci ildən fərqli olaraq bu əməliyyatın dəyəri 70 milyard dollar təşkil etdi. 

Hal hazırda neft qiymətlərinin aşağı olması enerji sektorundakı səhmlərin dəyər itirməsinə gətirib çıxarsada gələcək üçün bu səhmlərdə mövqelər çox uğurlu investisiya ola bilər. Ancaq bu sektorun daha çox borcla yükləndiyini və yatırım seçərkən daha diqqətlə şirkətin rentabelliyinə və perspektivlərinə fikir vermək lazımdır.