Necə kömək edə bilərik?

Neft qiymətləri dəyər itirməkdə davam edir

15 Oktyabr 2019 • 379

Elə bir təəsürat yaranır ki, artıq qara qızılın qiymətinin qalxmasına təsir edəcək fundamental amillər qalmayıb. Opek in hasilatı azaltma sazişi belə qiymətləri 60$ altında saxlayır. Əsas səbəb kimi isə yenədə Çin baş roldadır. Bu resursu ən çox istifadə edən ölkələrdən biri kimi Çin, zəif iqtisdi göstəricilər fonunda neft üzrə alışlarını azaldır. 

Çinin milli statistikə bürosu son 2 gündə ölkənin iqtisadi vəziyyətində zəifləmə haqda hesabat təqdim edib. Hesabata görə, Çin importu bu ay 7.3% azalmaqla, 5 ay ard arda zəifləməkdə davam edir. Sonrakı gündə isə, digər hesabat - istehsalçıların qiymət indeksi. Bu indeksdə 3 aylıq eniş ilə zəifləməkdə davam edir. 

Bu məlumatlar Çin iqtisadiyyatının zəifləməsini göstərir və buda öz növbəsində neftə olan uzun müddətli tələbin azalacağına işarədir. Bu səbəbdən neft qiymətləri zəif qalmaqda davam edir. 

Bundan əlavə neft kotirovkalarına Çin - ABŞ danışıqlarıda əlavə təzyiq edir. İnvestorlar hal hazırdakı ticarət situasiyasında pozitiv amillərin olmaması və Avropa iqtisadi durumununda zəif olması fonunda neqativ qiymətləndirirlər. 

Son iqtisadi göstəricilərdə resessiyanın olması ehtimalının çox olması, investorlarda dünya bazarlarında balansın tapilmayacağına və bununda enerji sahəsində tələbin düşəcəyi qorxusu yaradır. 

Əgər ABŞ fond birjalarında ticarət olunan neft şirkətlərinin səhmlərinə baxsaq onların son illərin minimumlarında ticarət olunmasını görə bilərik. Bu isə analitiklərin və bazar iştirakçılarının gələcəklə bağlı proqnozlarında səhv etməsi halında səhmlərin sürətli qiymət qazanması halına gətirib çıxara bilər. 

ABŞ neft sektorunun səhmlərinin dinamikası: