Necə kömək edə bilərik?

Fond bazarlarında hesabat dövrü davam edir.

22 Oktyabr 2019 • 419

Hesabat dövrü. 

Bu hesabat dövrü fond bazarları üçün olduqca vacibdir. Çünki son ticarət müharibəsi fonunda dünya iqtisadiyyatı zəifləməsi və resessiya proqnozlarına cavab olaraq Amerikan şirkətlərinin gəlirlilik göstəriciləri vəziyətin hansı yerdə olduğunu göstərəcək. Hələki hesabatlar tam bitməsədə ancaq hesabat etmiş şirkətlər vəziyətin normal olduğu göstərir. Ancaq bildiyiniz kimi ABŞ - Çin situasiyasından daha çox metal istehsalı, neft/qaz və texnologiya şirkətləri zərər çəkdikləri haqda məlumat vermişdilər. Onların hesabatları bizə dünya iqtisadiyyatının vəziyəti barədə daha dəqiq məlumat verəcək. 

Ənənəvi olaraq hesabat dövrünü maliyyə sektoru yəni banklar açırlar. Maliyyə sektoru fərqli istiqamətlərdə hesabat versələrdə, nəticələri qənaət bəxş adlandırmaq olar. 

Misal üçün, JP Morgan gözləntilərdən yüksək, Goldman Sachs isə əksinə aşağı hesabat təqdim etdi. 

İndexlərin böyük hissəsini təşkil edən şirkətlər əsasəndə texnologiya və innovativ servis təklif edən şirkətlər daha çox diqqət mərkəzində olacaq.  

Belə şirkətlərdən biri isə Netflix şirkətidir. Bu hesabat dövründə bir səhm üzrə gəlir gözləniləndən 40% ( gözlənilən 1.05 - 1.47 dollar bir səhmə görə gəlir göstərib ) Satışlar isə 5 milyard dollardan yuxarı səviyyədə çıxması bazara əlavə optimizim verir. 

Bu gün isə inkişaf etməkdə olan ölkələrin bazarlarında məhsullarını təqdim edən 2 şirkət hesabat təqdim edəcək. 

Bunlardan biri Mcdonalds şirkətidir. Şirkətin dəyəri ilin əvvəlindən 20% artıb. 

Digər marağlı şirkətlərdən biri isə Procter and Gamble şirkətidir. Dünya liderlərindən olan şirkətin səhmləri isə ilin əvvəlindən 28% artım göstərib. Aydındır ki, əgər bu iki şirkət gözləntilərdən yuxarı hesabat versələr biz bazarda optimist ticarət günü görə bilərik.

Son olaraq isə onu deyim ki, Çin və Abş tərəfinin optimist fikir bildirmələri, Brexit məsələsində irəliləyişin olması ümumi olaraq fond bazarlarına yeni yüksəkliklərə qalxmasına təkan verir. ( Ola bilərmi ki, bu vəziyyət mövqeləri fix etmək üçün ideal vəziyyət olsun?? Likvidliyin artması böyük mövqelər üçün yüksək qiymətlərdən satmaq üçün ideal vəziyyətdir ).