Necə kömək edə bilərik?

Neft nəhəgləri gəlir itirməkdə davam edirlər. Səbəb nədir?

04 Noyabr 2019 • 381

ABŞ – ın iki neft qiqantı – Exxon Mobil və Chevron – son kvartal üzrə hesabatlarını təqdim ediblər. Hər iki şirkət hiss olunacaq qədər itki ilə üzləşiblər. Düzdür şirkətlər mənffət əldə etsələrdə digər bir neft şirkəti Apache kvartalı zərərlə bağlayıb. Səbəb kim isə, əsas neft və qazın qiymətinin ucuzlaşmasıdır.

Exxon Mobil
Exxon Mobilin gəlirləri 2 dəfə, 6.2 milyarddan – 3.2 milyarda qədər azalmasını şirkət hesabatında təqdim edib. Bir səhmə görə gəlir isə 0.75 dollar təşkil edib. Satışlar isə, 15.6% azalaraq 77 milyarddan – 65 milyard dollara enib. FactSetin birja analitikləri ilə keçirdi sorğuya görə isə, satışlar 61 milyard dollar təşkil edib.
Neft və qazın araşdırılmasından gələn gəlir 2.2 milyard dollar edib və buda 1 il əvvəlki göstərici ilə fərqdə 28% azdır. Ancaq neft və qazın emalı prosesindən gəlirlər isə 3 dəfə artaraq 1.23 milyard dollar edib.
Pozitiv kimi isə analtiiklər xərclərin 4% azalmasını qeyd edirlər.

Chevron

Chevron şirkətinin isə xalis mənfəəti 1.5 milyard dollar azalıb. Bir il əvvəlki göstəricilərdə gəlir 4.07 milyard dollar idisə, indi bu rəqəm 2.6 milyard dollar edir. Bir səhmə görə gəlir isə 1.36 milyard dollar təşkil edir. Satışlar isə 18% azalaraq 36.12 milyard dollara çatıb. Chevronun bir barrel neft üçün orta qiyməti 47 dollar təşkil edir. Keçən il bu rəqəm 62 dollar idi. Qaz satışlarında isə qiymət, 1.80 dollardan 0.95 dollara düşüb.
Şirklətin gəlirlərinə əsas ziyanı Qazaxstanda “Tenqiz” neft quyusunun xərcləri ilə bağlıdır. Bu ərazinin 50% - i Chevron şirkətinə məxsusdur və ərazi Parisdəki yataqlardan 4 dəfə çoxdur. Bundan əlavvə bura üçün nəzərdə tutulan xərclən gözləniləndən 25% çox olmuşdur.

Bu fakt neft sektorunda qeyristandartdır. Çünki layihələrin effektliyi son illərdə artmaqda davam edir. Biznesin effektliyinin azalması Chevron- a səhmdarlara son üç ayda 1.25 dollar gəliri geri qaytarmağa mane olmadı.
Refinitiv – in proqnozuna görə, Chevron il ərzində 18.4% artaraq 137 dollara ticarət olunacaq. Səhmlərdə “alış” mövqeyi tutmağı məsləhət görürlər. Exxon Mobil – in səhmlərində isə gözləntilər daha “ehtiyatlıdır”. Analitiklər 14.2% artım gözləyirlər. 25 analitik səhmləri almağı, 12 gözləməyi, 1 analitik isə satmağı məsləhət görür.