Necə kömək edə bilərik?

Donald Trampın twitter siyasəti

04 Noyabr 2019 • 438

2017 - ci ildə Donald Trump inaqurasiya günü Twitter - də belə bir status paylaşmışdı. 

 

Анализ твиттера Трампа

Bundan sonra onun ünvanına şəxsi hücumlar, şikayətlər və neqativ sözlər yazılmışdı. 33 ayda belə tweet - lərin sayı 11 000 olmuşdu. 

 

Ağ evdə belə yazılardan əsəbləşən Donald Trump öz müşavirləri ilə mübahisədən sonra iphone - telefonunu stolun üstünə ataraq belə bir cümlə işlətmişdi:

   - “Siz istəyirsiniz ki, mən bunu indi həll edim?” 

Yeni seçilmiş ABŞ prezidenti işinə başlayandan sonra, Twitter platforması yeni siyasi instrumentə və rəqəmsal şəxsi bloknota çevrilmişdi. Son illərdə o, tam olaraq Twitter platformasını öz adminstrasiyasının strukrutuna salmış və prezident hakimiyətində yeni bir metodla işləməyə başlamışdı. 

Prezidentin köməkçiləri onun bu vərdişini azaltmaq üçün hətta, şirkətə mesajlar arasında 15 dəqiqəlik vaxt limiti qoyuluşu təklifinidə etmək fikrinə düşmüşdülər. 

 

Анализ твиттера Трампа

Oktyabr ayında Donald Tramp twitter - dən istifadə etməsi ilə rekord qırır. Oktyabrın ikinci həftəsi onun platformada ən məşğul olduğu vaxt kimi tarixə düşdü - 271 000 tweet. 

 

Анализ твиттера Трампа

 

Prezident Tramp mütəmadi olaraq twitter - dən şəxsi düşmənlərinə ismarıclarını çatdırmaq üçün istifadə edir. Faktiki olaraq, onun tweet - lərinin yarısı kiməsə ünvanlanmış ismarıclardan ibarətdir. 

Belə hücumların çoxu ya səhər tezdən yada gecəyə yaxın baş verir. Buda o fikirə gətirir ki, o daha çox tək qaldığı zamanlarda tweet atmağı sevir. 

“Times” qəzeti mister Trampın sosial şəbəkədə aktivliyini ilk gündən öyrənməsi bizə marağlı faktlarla tanış olmağımıza imkan yaradır. 

Prezidentin ən çox əsəbinə tuş gələnlər siyahısında demokratlar, xəbər agentlikləri və istintaq orqanları, əsasəndə, Rusiya və impiçtmentlə bağlı mövzülar kimi tweet - lər var. 

   5889 — dəfə kiməsə və ya nəyəsə “hücum” edib 

   4876 — dəfə kimisə və ya nəyisə tərifləyib 

   2405 — dəfə demokratlara hücum edib

   2065 — dəfə istintaqlar barədə fikir bildirib 

   2026 — dəfə özünü tərifləyib 

   1710 — dəfə ona qarşı qurulan “tələlərdən” yazıb

   1308 — dəfə xəbər agentliklərinə hücum edib

   758   — dəfə Fox News saytını tərifləyib və ya reklam edib. Buna oxşar adekvat xəbər portallarınıda həmçinin.

ABŞ prezidentinin tweet - ləri bəlkədə nə vaxtsa psixologiya, siyasət və iqtisadiyyat mövzüları üzrə araşdırılacaq. Sosial şəbəkələri aktiv istifadə edən prezidentin qərarlarının nəticələrini isə gələcəkdə hansı effektlərə gətirib çıxaracağının şahidi olacayaıq. 

Mənbə: 

https://www.nytimes.com/interactive/2019/11/02/us/politics/trump-twitter-presidency.html?smid=tw-nytimes&smtyp=cur