Necə kömək edə bilərik?

Freelance dünyasında tendensiyalar

08 Noyabr 2019 • 387

Frilans 50 il qabaq Qərbi Avropa və ABŞ - da internet - texnologiyalarının yaranması ilə inkişaf etmişdir. Post sovet ölkələrində isə təxmini 20 il əvvəl yaranmağa başlasada, zəif inkişaf edirdi. Yalnız son 3-5 ildə frilans sahəsinin artımı gözə çarpandır. Buna səbəb kimi isə iqtisadi vəziyətin dəyişməsi və cəmiyətdə fərqli istiqamətlərdə inkişafa tələbin əmələ gəlməsidir. 

Bir tərəfdən azalan əmək haqqı və ixtisaslaşmış mütəxəssislərə olan ehtiyacın artması bazara təkan verir, digər tərəfdən isə, orta və kiçik şirkətlər öz biznes fəaliyyətlərini daha çox internet üzərindən inkişaf etdirməklə frilans bazarının inkişafına bir təkan verdilər. IT və Web mütəxəssislər olan tələbatın artmasıda buna bir səbəbdir. 

Frilanserləri tanışlar arasında, sosial şəbəkələrdə elan verməklə və ya frilans birjalarında axtarmaq olar. Daha təcrübəlilər isə öz bloqlarını aparırlar,verbinarlar keçirirlər, reklam yerləşdirirlər və buda internet üzərindən məlumatların rahat yayılmasına yardımçı olur. 

Niyə sifarişçilər frilanserlərə üstünlük verir? 

İş sahibləri çox tez uzaqdan işləmə texnikasını dəyərləndirdilər. Digər servislərdən fərqli olaraq frilans daha ucuz xidmət, bundan əlavə isə portfolio baxmaq, digər insanların fikirlərini öyrənmək, reytinq və statistika kimi analizləri etmək bu sahəni dahada maraqlı olmasına gətirib çıxarır. 

Top 10 servislər

Freelancehunt portalının araşdırmasında əsas sifariş olunan sahələr - proqramlaşdırma, kopirayt, SEO optimizasiya və sosial şəbəkələrdə SMM xidmətləridir. 

Ən bahalı xidmətlər isə - FreeBSD,animasiya,foto - video çəkiliş, oyun proqramları, tizer reklam, video - infoqrafikadır. Bu sahələr üzrə konkurensiya az olsada verilən sifarişlərdə azdır.

Frilanser işləməyin üstünlükləri 

İcraçının hansı şəhərdə olması və ya yaşının neçə olmasının sifarişçi üçün çətinlik yaratmır. Burada əsas keyfiyyət və sürətdir. Frilanser dünyanın isdənilən nöqtəsindən fəaliyyət göstərə bilər. 

Cavanlarında olduğu bu sahədə daha çox orta yaşlı insanlar çalışır. Azərbaycanda isə daha çox cavan insanlar bu işlə məşğul olaraq inkişaf edirlər. 

Bu sahə bazarda fərqlilik, kreativlik, yeni fikirlərin yaranmasına yardımçı olur və rəqabəti artırır. Rəqabət isə iqtisadiyyatın inkişafı üçün yanacaqdır.