Necə kömək edə bilərik?

Qualcom 5G dən nə qədər pul qazanmağı planlaşdırır?

08 Noyabr 2019 • 430

Mikroçip istehsalçısı 5G dəstələyən smartfonlar haqda tələbin proqnozunu təqdim edib. Şirkətdə 2020 - ci il üçün gözləntiləri 5G smartfonların satışını 175 - 225 milyon olmasıdır. 

Bundan əlavə Qualcomm bu müddət ərzində bütün smartfonların satışlarında artım 3% çoxalaraq, 1.75 - 1.85 milyard olmasını proqnozlaşdırır. 2017 - ci ildə bazarın 1.7 milyard telefona kimi azalmasından sonra yenidən tələbin artacağını gözləyirlər. 

Qualcomm maliyyə göstəricilərində artım gözləyir. Kvartalda şirkət 4.4 - 5.2 milyard dollar satış etməyi, bir səhmə görə isə 0.8 - 0.9 dollar gəlir proqnoz edib. Bu proqnozlar fonunda fond bazarlarında şirkətin səhmlərinə tələb çoxdur və analitiklər səhmlərin qiymətində 20 - 30% artım gözləyirlər. 

Reutres - in araşdırmasına görə, Qualcomm 5G smartfonların qiymətinin daha baha olmasından ( bu daha çox lisenziyalaşmış ödənişlər verməyə imkan verir ) və bu tip telefonlarda daha çox çiplərin işlədilməsindən gəlirlərini artıracaq. Şirkətin hesabalamalarına görə, 5G smartfonlarında istifadə olunan çiplər gəlirlər 50% artıracaq. Buna səbəb isə daha bahalı modemlərdən istifadə olunmasıdır. 

Səhmlərin dinamikası necə ola bilər? 

Analitiklər ümumi olaraq səhmlərə çox pozitiv baxırlar. Maliyyə hesabatından sonra isə “target” qiymətləri artırıblar:

RBC Capital Markets - 75 dollardan 88 dollara kimi 

Canaccord Genuity - 87 dollardan 101 dollara kimi

Jp Morgan 2020 - ci ilin sonuna proqnozuna isə 97 - 88 dollar arası qiymət dinamikası təqdime edib. 

Son ticarət günündə səhmlərin qiyməti 89 dollar səviyyəsində ticarət olunub.