Necə kömək edə bilərik?

Morgan Stanley - 2020 - ci ildə dollar kəskin dəyər itirəcək

20 Noyabr 2019 • 754

Morgan Stanley strateqlərinin fikrincə 2020 - ci ildə əsas tendensiya dolların zəifləməsi olacaq. Dollara əsas zərbə ABŞ xarici və portfel investisiyalarının azalmasından gələcək. Bankın valyuta analitiki Hans Redekerin fikrince dolların zəifləməsi üzərində qurulan strateqiyalar top 10 strateqiyalardan biridir. Amerikan bankiri 2020 - ci ildə funt, avro və yeni zenlandiya dollarının güclənməsini gözləyir. İnkişaf etməkdə olan ölkələrdə isə Hindistan rupisini dollara qarşı almağı məsləhət görürlər. 

“ABŞ və Avropanın iqtisadiyyatının inkişaf templərindəki fərqlər və Brexit məsələsində daha çox aydınlığın olması funt və avroda rallinin başlamasına gətirib çıxara bilər”

Bu fikirləri Morgan Stanley valyuta strateqi Hans Redeker ilk dəfə deyil ki, səsləndirir. 2017 - ci illərin axırında bu ekspert dolların 6 illik enişini proqnoz etmişdi. Yəqin ki, hər kəs 2018 - ci ildə dollarda nə olduğunu yaxşı xatırlayır.

2019 - cu ilin əvvəlində Morgan Stanley analitikləri yenidən dolların enişini və EUR/USD cütlüyündə 1.31 həddə qədər artım proqnoz etmişdilər. Deyəsən 2017 - ci ildən fikirlərini dəyişməyiblər yada dolların enməsi onlara çox lazımdır. İl artıq bitmək üzərədir ancaq EUR/USD cütlüyü hələdə 1.10 səviyyələrində ticarət olunur. Əgər yadınızdadırsa yay aylarında dolların devalvasiya olunması və evronun potensialı haqda fikirlər var idi. Əgər indiki prizmadan keçmişə baxsaq, avronun real fundamental üstünlüklərinin və dolların devalvasiya ehtimalının az olmasını görə bilərik. 

Morgan Stanley və əsasda Hans Redekerin keçmiş proqnozlarının nəticələrini bildikdən sonra 2020 - ci il üzrə proqnozların nə qədər düzgün olduğuna rahat qərar verə bilərik. Kim bilir bəlkədə bu dəfə düz çıxacaqlar və istəklərinə çatacaqlar. 

Düzdür gələn il üçün proqnoz etmək çətindir çünki, Çin və ABŞ bazarda hər an perspektivləri dəyişə bilərlər. Bundan əlavə bilinməməzlik şəraitində proqnozdan çox hazırki vəziyyətə daha çox köklənmək lazımdır. Bundan əlavə böyük şirkətlərin proqnozları sadə bazar iştirakçılarının proqnozlarından elədə çox fərqlənmir.