13 Yanvar 2020
1068

Kripto bazarında 2020 - ci ildə gözləntilər

RBC saytı kripto bazarı haqda son yazısında bu bazarı 2020 - ci ildə gözləyən hadisələr haqda yazıb. Mətndə maraqlı fikirlər də var. Çinin öz valyutası olan “kripto” yuan buraxması, mərkəzi bankların rəqəmsal valyutaları, bu sahədə tətbiq edilən tənzimləmələr və əlbətdə ki Bitcoin və altcoinlər haqda. 

İlk öncə statistikaya baxaq. 

Bitcoin dollara qarşı son 1 ildə + 132% (bu günə olan rəqəmdir) gəlirlik gətirmişdir. 

Fond bazarı +25.74%.

Qızılı +21.64%

Neft +7.64%

Əgər ümumi olaraq kapitalınızı 4 hissəyə bölüb bu aktivlərə bərabər yatırsaydınız gəliriniz 47.50% olardi. Burada 47.50%  gəlirin 70% - ni əsasən 1 aktiv yəni kapitalınızın 25% - i verərdi (80/20 prinisipi buradada işləyir, daha doğrusu 70/25). Ancaq risk baxımından baxsaq Bitcoin daha volatil və riskli alətdir. 

Bu gün kriptovalyuta ilə məşqul olan şəxslərin bu bazarın perspektivləri haqda əsas sualları - bazarın tənzimlənməsi, digər ölkələrin rəsmi olaraq rəqəmsal pullarını buraxması kimi suallardır. Ən çox gözlənilən isə kriptoyuandır. Çinin dünya iqtisadiyyatında rolunu nəzərə alsaq (bəli məhz rolunun böyük olması səbəbi ABŞ - ın ona qarşı ticari müharibə elan etməsidir) bu hadisə maliyyə dünyasında yeni trendlər yarada bilər. Çin kripto pulların ölkənin daxilində sürətlə istifadə olunacağından əmindir. 

Dünya valyuta fondu və Beynəlxalq hesablamalar bankı kimi böyük qürumlar mərkəzi banklara öz kriptovalyutalarını yaratmağı bir neçə dəfə məsləhət görüb. Əsasən bu məsələyə daha çox BRİKS ölkələri maraq göstərirlər. Beynəlxalq hesablamalar zamanı çin öz valyutasının istifadə olunmasını məsləhlət görməsi daha maraqlı mövzudur. Razılaşmaq olar ki, bu qərar qəbul olunarsa bu dünya maliyyə dünyasında bir çox daşları yerindən oynadar. Bundan əlavə Beynəlxalq Hesablamalar Bankı keçən ilin oktyabr ayında ilk dəfə olaraq bankların G20 sammitini keçirmişdi. Sammitdə BHB və İsveçrə bankı dünya üzrə bir kriptovalyuta üzərindən hesablamalar aparılması məqsədi ilə,  dünya mərkəzi bankları üçün, token əsaslı mərkəzləşdirilmiş hesablama sistemi yaratdıqlarını bildirmişdilər. Mətndə mərkəzi bankların kriptovalyutaya olan marağının insanlığın inkişafı yolunda yeni bir etapın olması fikri səsləndirilir. 

Altcoin - lər

ABŞ - da requlyar olaraq birjaların açılması və instusional investorların bu sahəyə yatırım etməsi son ildə kriptovalyutalara yeni “yanacaq” verdi. 

Ripple şirkətinin rəsmiləri, onların valyutalarının korporativ müştərilər tərəfindən tranzaksiyalarda istifadə olunmasının ildən ilə artması haqda xəbər verib. Buna baxmayaraq ripple - ın  hesablama instrumenti kimi istifadə olunması bu altcoin - ə istənilən dəyəri vermir. Ripple ili - 33% itki ilə başa vurur.   

Etherium öz yenilikləri ilə gündəmdədir. Bu yeniliklər mərkəzləşdirilməmiş blokçeyn texnologiyasına aiddir. Yenilənmə o qədər böyükdür ki, adına hətta “Etherium 2.0” deyirlər. Texniki yenilənmələrin hər zaman çətinliklə və texniki səhvlərlə keçdiyini nəzərə alsaq bu etherium - un qiymətinə təsir edəcək. Son 1 ildə -25% itki. 

Digər Tether, Binance Coin və.s nativ birja tokenlərinin qiyməti isə, məhz treyderlərin aktivliyindən asılıdır. 2017 - ci ildəki “hype” spot bazarına təsir etməməsi və birjaların daha çox tənzimlənən olması bu bazar üçün daha yaxşı perspektivlər açır. Yeni alətlərin və daha çox texniki və təhlükəsizlik baxımından yaradılan sitemlərin maraqla gözlənilməsi bu bazara inamın daha çox artmasına gətirib çıxara bilər. 

 


 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün