Necə kömək edə bilərik?

2020 - Kriptovalyutaların statistikası

25 Yanvar 2020 • 412

Analitiklər 2020 - ci ildə ən çox izlənilən TOP 5 kriptovalyutaların adlarını açıqlayıblar. Aşağıdakı siyahıda bu kriptovalyutalar haqda qısa məlumat təqdim olunub. Hər həftə bu statistika yenilənəcək.

#1 Bitcoin - $154.50 milyard

Bir valyutanın qiyməti: $8476

Buraxılış tarixi: 03/01/2009.

Maksimum həcmi: 21 000 000.

Alqoritm: SHA256B.

Dünyanın ən bahalı kriptovalyutası siyahısına Bitcoin başçılıq edir. İlk kriptovalyuta kimi məhz Bitcoin bu yeni sahəyə həyat verdi. 

Birtcoin - in belə populyar olmasının əsas səbəbi p2p arxitekturasıdır. Bu arxitektura ilə iştirakçılar əməliyyatları birbaşa olaraq, üçüncü tərəfin iştirakı olmadan həyata keçirirlər. Bununla da sistemdə əlavə komissiya haqları azalır və əməliyyatda şəxsi marağları olmayanlar iştirak etmirlər.

Başqa sözlə, qarşılıqlı hesablaşma sistemində, kriptovalyutalar digər şəxsləri, məsələn bankları aradan götürürlər və başqa bir tərəfin əməliyyata təsir etməsi mümkünsüz olur. 

Bununlada, Bitcoin - mərkəzləşdirilməmiş, praktiki olaraq tənzimlənməyən, birbaşa əməliyyat instrumentinə çevrilir.

 

#2 Etherium - $17.9 milyard

Bir valyutanın qiyməti: $163.63.

Buraxılış tarixi: 30/07/2015.

Maksimum həcmi: Yoxdur.

Alqoritm: Ethash

Ethereum – kapitallaşmasına görə ikinci ən böyük kriptovalyutadır. Özündə mərkəzləşdirilməmiş, blockchain texnologiyası tərkibli, bir-birindən asılı olmayan proqramların yaradılması və işlənilməsi platformasını birləşdirir. 

Proqram smart - müqavilələr bazasında çalışır. Bu baza, üçüncü tərəfi cəlb etmədən, demək olar ki, bütün növ maliyyə öhdəlikləri əməliyyatlarını həyata keçirməyə imkan verir. Digər kriptovalyutaların olmasına baxmayaraq “Efir” tranzaksiyalar ilə kifayətlənmir. 

Onu həmdə barter instrumenti kimidə təqdim edirlər. Ağıllı müqavilələrin istifadəsinə görə isə “Efir”i bəzən kriptoyanacağ da adlandırırlar.

 

#3 Ripple - $9.7 milyard

Bir valyutanın qiyməti: $0,2241

Buraxılış tarixi:  02/02/2013.

Maksimum həcmi: 38 305 873 865.

Alqoritm: ECDSA.

Efir kimi Ripple da özlüyündə platforma olsada, daha çox əməliyyatlar istiqamətində çalışır. Sistem ən qısa zaman ərzində, istənilən nöqtəyə ödənişlər etməyə imkan verir.

Ripple texniki olaraq SWIFT və Western Union kimi ödəniş sistemlərini sürətinə görə geridə qoyur. Bu moneta eyni adlı şirkətə məxsusdur və maraqlı bir fakt, şirkətin heç bir iştirakı olmadan sistemdə əməliyyatlar həyata keçir. 

Ripple - ın sistem protokolundan tanınmış maliyyə şirkəti American Express istifadə edir.

 

#4 Bitcoin Cash- $5.8 milyard

Bir valyutanın qiyməti: $321,51.

Buraxılış tarixi: 01/08/2017.

Maksimum həcmi: 21 000 000.

Alqoritm: SHA256.

Bitcoin Cash - yaranması fork (kod bazası) birləşmələrinin “məcburi bölünmə” prosesi nəticəsində baş tutub. Bununlada bir-birindən fərqli iki blok əmələ gəlib.

Başqa sözlə, BCH kökündə Bitcoin-in əsas forku istifadə olunur. Əsas fərqlilik isə, blokların həcm fərqidir. Bitcoin əsas blokunun həcmi 1 meqabayt ilə limitlənib. Bitcoin Cash isə 8 meqabayt.

 

#5 EOS - $3.48 milyard

Bir valyutanın qiyməti: $3,66.

Buraxılış tarixi: 26/06/2017.

Maksimum həcmi: Yoxdur

Alqoritm: DPoS.

Den Larrimerin yeni layihəsi (BitShares və Steemit layihələri də ona məxsusdur), industriyanın ən uğurlu kriptovalyuta layihəsidir. İlk crowdsale etapında 651 902 ETH (170 milyon dollar) cəlb etməsi ilə rekord qırıb. 

Maraqlısı və orijinal fərqlərdən biri isə, valyutaların fix qiymətinin olmamasıdır. ICO zamanı fix qiymətdən alışların mümkün olması üçün, növbəti crowdsale etapı olacaq və bundan sonra tokenlərinin qiyməti formalaşacaq. 

 

Şəkil 1: 25/01/2020 - 02:00 tarixinə olan top 20 kriptovalyutalar