27 Yanvar 2020
1246

Yaponiya fond bazarında mümkün qısa zamanlı əməliyyat

Korona virusunun aktivləşməsi və bunun tibbi maskalar satışını artırması, maska istehsal edən Kawamoto şirkətinin səhmlərini Yaponiya fond birjasında qısa müddət ərzində 280% artırıb. Treyderlərin fond bazarlarında sevdiyi situasiyalardan biri qısa zamanlı artımlarda bazarın əksinə əməliyyat açmaqdır. Gəlin risk və gəlirimizi hesablayaq. 

Valyutanın qiyməti: 1 dollar = 109 yuan

Şirkətin səhmlərinin qiyməti: Kawamoto (ticker:3604)- 1691 yuan 

Əməliyyat: 100 səhm qısa mövqe bazarın açılışı zamanı ( moo order - market on open) 

 

Ssenari 

100 səhm short mövqe açmaq üçün yapon yenini 109 dan alırıq. Bizə lazım olan rəqəm 169 100 yuandır. 1551$ əməliyyata kapital lazım olacaq. 

Təsəvvü edək ki, Bazarda günün sonuna qiymət 5% dəyər itirir yəni 84.55 (1691 -5%=1606.45) yuan. Bu zaman bizim gəlir olar 8455 yuan. Hətta yuan günün sonuna 110 həddinə qədər dəyər itirsə bizim gəlirimiz - 8455/110 = 76$ təşkil edir. Balansımızda olan (169 100 + 8455 yuan)/110=1614$. Biz əməliyyata 1551$ xərcləmişdik. Gəlirimiz isə təmiz olaraq 1614$ -1551$ = 63$ təşkil edir. Əməliyyatı 1000 səhmlə etsək rəqəm 630$ təşkil edər. 

Bu treyd zamanı fərqli risk ssenariləri hesablamaq olar. Ən böyük risk səhmin sürətlə artım tendensiyasını davam etdirməsidir. Ancaq nəzərə alsaq ki, belə səhmlər artan qiymət fonunda böyük spekulyativ paketlərin mövqelərini bağlamaq üçün əla fürsəti var və onlar tələbi qarşılamaqla qiymət artımını saxlaya və sonrasında virusla bağlı situasiya normallaşdıqda səhmlər geri dəyər itirə bilər. Gəlir potensialı 20% dən çoxdur. Bu situasiyanı göstərmək də məqsəd daha çox, treyderlərin belə vəziyyətlərdə ən çox istifadə etdikləri addımı sərgiləmək idi. 

Qeyd: Yaponiya fond birjası bizim vaxtla gecə saat 4 də açılır ( Yaponiya vaxtı ilə birja - səhər 9 - - dan günorta saat 3 - ə kimi fəaliyyət göstərir).

 

 


 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün