Necə kömək edə bilərik?

Günün qiyməti - Enerji sektorunda yaranan çətinlik

04 Fevral 2020 • 430

Dünya maliyyə bazarları koronavirusun ziyanları hesablayaraq qərarlar qəbul etdiyi zaman, neft artıq qərar vermiş kimi görsənir. Günün qiyməti? Brent markalı neft $55 ticarət olunur. Bloomberg  - in verdiyi məlumatda virusa görə Çinin neftə olan tələbi 20% azalmışdır. Situasiyanın iqtisadiyyata əsasəndə Çin iqtisadiyyatına zərər vuracağı barədə heç kimdə şübhə yoxdur. Ancaq enerji bazarından fərqli olaraq digər bazarlarda əasəndə səhm bazarında investorlar baş verən hadisə nəticəsində dəyər itirən və bu situasiyadan az asılı olan səhmlərdə yatırımlar edərək bazarı hələdə maksimumlarda saxlamağı bacarırlar. Hətta Tesla şirkətinin Çinlə olan böyük əlaqəsi belə bu gün nəzərə alınmadı və səhmlər pessimist şəraitdə belə, +20% artım sərgiləyərək $780 dollara kimi dəyər qazandı. 

Neft qiymətləri isə öz növbəsində tamam fərqli mövqe sərgiləriy. Sürətlə dəyər itirən neft OPEK+ müqaviləsinin vaxtının uzanması ilə bağlı olan şübhələri al üst edir. Düzdür razılaşma son ildə qiymətləri yüksəkdə saxlamasada bu müqavilə, hasilatı azaldaraq bazarda stabilliyi saxlayırdı. Situasiyadan asılı olaraq OPEK+ yeni görüşlər keçirməsi və müqavilənin uzadılması ilə bağlı danışıqları tezləndirmək istəyir. Sual isə - kim daha az qazanmağa razı olacaq? Ərəblər demək olar ki, digər iştirakçılara nisbətən daha çox hasilatda azaltma etmişdirlər. Son xəbərlərə görə isə, bu dəfə daha radikal addımlar atmağa razıdırlar. 

ABŞ - hökümətini isə əksinə aşağı enerji qiymətləri qane edir. Donald Tramp dəfələrlə ucuz enerjinin iqtisadiyyata dəstəyindən bəhs edib. Düzdür belə olduğu halda ABŞ neft şirkətləridə ucuz neft qiymətlərindən və ümumən dünya üzrə bu sektor çox zəif görsənir. Dünya iqtisadiyyatının vəziyyətini və perspektivlərini nəzərə alaraq neftin bu günə olan ədalətli qiymətini söyləmək çətindir. Ancaq Səhm bazarında çətin günlərə dözə biləcək şirkərləti taparaq onlara uzun müddətli yatırımlar etmək olar. 

Uzun müddətli enerji portfelinin perspektivli aktivlərini analiz edərkən, kimin maliyyə baxımından daha az ehtimalla iflasa uğramasını daha çox nəzərə almalıyıq. 

Chevron Corp. - CVX

Bir səhmin qiyməti - $106.28

İllik dividend gəlirliyi - 4.81%

Yaxın dəstək xətti - $100

Son hesabatda gəlirlərinin 5 dəfə azaldığı haqda yazımışdıq. Səhmlər son 2 ilin orta qiynmətindən 20% ucuzuna təklif olunur. ABŞ - ın ikinci ən böyük neft şirkəti olması isə onu aktivlərinə görə də maliyyə baxımından dayanıqlı edir. Bu şirkətin  uzun müddət neft bazarındakı pessimizmə dözmək ehtimalı çoxdur. Səhmləri $95-105 arası portfelə cəlb etmək perspektivli görünür. Neft bazarı OPEK+ verəcəyi qərardan sonra stabilləşməyə doğru gedərsə səhmlərdə canlanma müşahidə oluna bilər.

Baker Huges Company - BKR

Bir səhmin qiyməti - $21.51

İllik dividend gəlirliyi - 3.32%

Yaxın dəstək xətti - $21 

Son illərdə daha çox neytrallığı və bazar tərəfindən digərlərinə nisbətən daha çox potensialla seçilən orta bazar kapitallaşması olan enerji şirkətidir. Enerji sektorunun volatilliyindən fərqli olaraq, pozitiv xəbərlər fonunda daha tez artım sərgiləyir, pessimist zamanda isə əksinə daha çox müdafiə olunur. Qiymət/Gəlir (P/E =100) münasibətinə görə bahalı görsənsədə investorlar bu səhmlərdə mövqelərini saxlamaqda davam edirlər.

Black Rock - iShares Oil & Gas & Exploration and Production - İEO ETF

Bir səhmin qiyməti - $47.27

İllik dividend gəlirliyi - 2.13%

Yaxın dəstək xətti - $47 (2016 - cı ilin minimumu)

Bu ETF Dow Jones indeksinin enerji səhmlərini izləyir. Diversfikasiya baxımından digərlərinə nisbətən fərqlənir. Əsas kapital Chevron və Exxon kimi şirkətlərdə yox, Conoco Phillips və Anadarko Petrolium kimi risk ancaq sürətli səhmlərdə cəmlənib. Riski sevənlər üçün daha uyğun ETF növüdür. 

Qeyd: Divident baxımından isə demək olar ki, bütün sektor il ərzində ödənişləri saxlaya və ya azalda bilər. Belə bir riskin olması fond bazarları iştirakçılarını enerji səhmlərindən kənarda saxlayır və divident qərarsızlığının nəticələrini gözləməyə məcbur edir. 

Finkorpun son yenilənmələrindən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyin. 

Facebook

Linkedin

Telegram