07 Fevral 2020
712

Günün qrafiki - Natural Qaz tarixi minimumlarda

Energetika sektorunun digər nümayəndəsi natural qaz. Günün qiyməti - $1.865. Son 4 ilin minimumlarında ticarət olunan təbii qazın qiymətinə meteoroloqların yazın tez gəlməsi haqda xəbərləri də təsir edir. Soyuq ölkələrdə isitmə sistemlərində təbii qazdan aktiv istifadə olunur. Ümumi olaraq enerji sektoru dünya iqtisadi vəziyətindən asılı olduğu üçün və bu yaxın gələcəkdə yeni yaranacaq çətinliklərin baş verməsi ehtimalı böyük olduğu üçün təbii qaz da, neft kimi dəyər itirməkdə davam edir. Ekspertlərin ortaq fikri $1.60 minimumlarıdır. 

NYMEX birjasında gələn ayın Futures kontraklarında 3 gündür artım olsada ümumi pessimizm bazarda davam edir. Henry Hub* - da ehtiyatların çox olması və ümumi olaraq mülayim qış qaz qiymətlərinə dəstək olmur. 

Strateji vacib aktivlərin dəyərinin aşağı olması və bu qiymətlərin uzun müddət bu səviyyələrdə ticarət olunması sektorun özünədə zərbə vurur. Belə ki, energetika şirkətləri dəyər itirir, gəlirlər azalır, işsizlik artır. Əmtəə məhsullarının aşağı qiymətləri gələcək iqtisadiyyatın proqnozudur? Bunu zaman göstərəcək. Hələ ki, ümumi birjalarda panikanı səhm bazarı saxlayır. Bütün tarixlərin maksimumları ilə.

*Henry Hub - Luiziana ştatı, Erat şəhəri yaxınlığında fiziki qaz mərkəzidir. ABŞ - da qaz qiymətlərinin əmələ gəlməsində əsas rolu oynayır.

 

 

 

 


 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün