27 İyul 2020
4726

İqtisadi Təqvim

İqtisadi təqvim, Analiz, Maliyyə, Bazarları, Forex

Bu mətndə maliyyə bazarlarında aktivlərin qiymətinə təsir edə biləcək vacib iqtisadi xəbərlər və aktiv instrumentlər haqda kiçik analitika göstərilmişdir. Nəzərə almaq lazımdır ki, xəbərin gözlənilən rəqəm və məlumatdan fərqli çıxması volatilliyin artması və risklərin çoxalması ilə nəticələnir. 

Baş verənlər

ABŞ maliyyə bazarlarında ötən həftə iqtisadi göstəricilər volatilliyi artırmaqla yadda qaldı. Əsas diqqət ikinci kvartal üzrə ÜDM göstəricilərinə yönəlmişdi və nəticə -33% geriləmə oldu. İstehlakçıların iqtisadiyyata güvənmə indeksi 92 səviyyəsində qərarlaşmaqla işlərin yaxşı olmasına işarə ola bilərdi amma indekslər fərqli istiqamətdə həftəni tamamlamışdılar. 

Neft ehtiyatları gözlənilənlərin əksinə -10.62 milyon sürpriz nəticələrdən idi. Brent markalı neft pozitivliyini saxlamaqla üçüncü həftədir 43$ civarənda həftəni başa vurub. 

Avropadan Almaniyada işsizlik səviyyəsində 43 min artım gözlənilirdi amma -18 min geriləmə ilə nəticələndi. Avropada gözlənilən inflysasiya isə 0.4% artımla yadda qalıb. Ümumi olaraq avropa indeksləri əsasən də DAX həftəni 529 (-4.09%) punkt itki ilə bağladı. 

Gözlənilənlər

3 avqust Diqqətlər əsasən Çin, Almaniya, Böyük Britaniya və ABŞ - ın PMI göstəricilərində olacaq. 

4 avqust Avstraliyanın pərakəndə satışları və mərkəzi bankının faiz dərəcləri üzrə qərarı gözlənilir. 

5 avqust ABŞ qeyri - təsərrüfat sektorunda məşğulluq və xam neft ehtiyatları üzrə göstəricilərini təqdim edəcək.

6 avqust Böyük Britaniyanın maliyyə dünyasından ehsabatlar veriləcək. Mərkəzi Bankın faiz dərəcələri üzrə qərarı, kredit - pul siyasəti üzrə verilən qərarlar və tikinti sektorunda aktivlik üzrə açıqlamaların olması gözlənilir. ABŞ - da isə işsizlik səbəbindən müavinətlərə edilən müraciətlərin sayı üzrə açıqlamalar olacaq. 

7 avqust Ticarət həftəsini ABŞ - ın işsizlik səviyyəsi haqda göstəriciləri bağlayacaq. 

Dünyaya baxış 

Ümumi olaraq pandemiya dövründə analitiklərin bədbin proqnozlarına baxmayaraq, iqtisadi göstəricilərdə pozitivlik müşahidə olunur. İnkişaf etmiş ölkələr üzrə iyun ayının PMI göstəriciləri 50 səviyyəsindən yuxarı idi və bu tendensiyanın belə qalması maliyyə bazarlarına əlavə stimul verəcək. Koronovirusa yoluxmaların yenidən aktivləşməsi riskləri artırsa da, ABŞ - ın stimul paketləri və FES - in balansını 20 trilyona qədər artırması gözləntiləri fond bazarlarını dəyər itirməkdən hələ ki qoruyur. Amma hələ də irəlidə bizi çətin ticarət günləri gözləyir.

 

*ÜDM - haqda daha ətraflı buradan məlumat ala bilərsiniz.

*EPS - haqda daha ətraflı buradan məlumat ala bilərsiniz.

** Maliyyə bazarlarında ticarət olunan aktivlərin qiymət dinamikasını buraya click etməklə izləyə bilərsiniz. 

 


İqtisadi təqvim   Analiz   Maliyyə   Bazarları   Forex  

 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün