Necə kömək edə bilərik?

Neft 40$ ola bilər?

21 Fevral 2020 • 597

Trader,CME,Futures,Risk

Mart ayında OPEK+ yenidən görüşməyi planlayır. Bu görüşün səbəbkarı isə, koronovirusdur. Tərəfdaşların əsas müzakirəsi virusun yaratdığı fəsadların nəticəsi olaraq hasilatı azaltmaq barədə müqaviləni uzatmaq olacaq. 

Səudiyyə Ərəbistanı kvotalara yenidən baxılması tərəfindədir, Rusiya isə, əksinə. Əgər kartel gələcəkdə razılaşa bilməzsə və dağılarsa, ekspertlər nefti 40$ olmasını gözləyirlər. 

Hazır ki, müqavilə mart ayının 31 - nə kimi qüvvədədir. Növbəti görüşdə kartel üzvlərinin çoxu, hasilatı sürətlə azaltmağı təklif edir. Ər-Riyadın fikrincə, bu addım kotirovkaları 60$ səviyyəsində saxlamağa yardımçı olacaq. Koronovirus səbəbindən, OPEK-in texniki şöbəsi hasilatı günə 600 000 barrel azaltmağı və iyun 2020 ci il tarixinə kimi uzatmağı təkıif etmişdi. Bununlada OPEK+ bazardakı anormal böyük tələbi azaltmaq qərarına gəlib. 

Moody”s agentliyi hesabatında Çində yaranan pnevmoniya epidemiyası səbəbindən, bazarın ən böyük tələbatçısı olan ölkənin 10% - a kimi neft alışlarını azaltması ehtimalının böyük olmasını bildirmişdi. Bu isə, günə 14 milyon barrel deməkdir. Əgər virus epidemiyası 6 ay davam edərsə, əmtəə mallarının bolluğu kotirovkalara əlavə təzyiq edəcək. 

Beynəlxalq Enerji Agnetliyi (BEA) 2020 - ci il üçün proqnozunu günə 80 000 barrel azaldıb. Çinə görə ilk 6 ayda azalmanı 435 min barrel kimi görürlər. 

Rusiya tərəfi ekspertlərinin fikrincə isə, bu vəziyyətdə onlara karteldə iştirak etmək sərf etmir və belə çıxışlar bazarda individual satış rejimi təhlükəsi deməkdir. Belə olduğu halda, kotirovkalar güclü təzyiq altında qalar və qiymətlər hiss olunan dərəcədə geriləyə bilər. İqtisadiyatın zəifləməsi isə əlavə olaraq yeni krizislərə yol aça bilər. 

 


Trader   CME   Futures   Risk