Necə kömək edə bilərik?

Hedc fondlar neftə qarşı yeni "short" mövqelər açırlar.

03 İyul 2017 • 1767

NYMEX,NYSE,Oil,Short

Finanz-ın xəbərinə görə Amerikan Hedc fondları NYMEX birjasında neftə qarşı "short" mövqelərini çoxaldıblar.Onlar WTI markalı neft kontraktlarını 13,7 milyon barellik həddə çatdıraraq satırlar.

Artıq 7 həftədir ki , treyderlər neftin enməsindəki mövqelərini artırırlar. New york da olan ticarətdə artıq 64 böyük iştirakçılar belə mövqeni tuturlar.İndiki zamanda NYMEX birjasında hər biri 1000 barel olmaqla 180 484 spekulyativ xarakterli kontraklar aktivdir. 

CFTC-nin məlumatına görə may və iyun aylarında neftə 4,6 milyard dollar yatırım edilib.

Buna baxmayaraq son 2 həftədə neft qiymətləri 10% bahalaşıb.

2016-cı ilin dekabr ayında Opek və ona daxil olmayan 11 ölkə neftin hasilatını azaltmaq barədə müqavilə imzalamışdılar. May ayında isə müqavilənin müddətin 2018-ci ilin mart ayına kimi artırmışdılar.Ancaq müqavilədə iştirak etməyən dövlətlər əsasəndə ABŞ neft hasilatını çoxaldır və bu müqaviləyə olunan ümidləri heçə sala bilər.

Again Capital şirkətinin partnyoru Con Kildaff sözlərinə görə əksəriyət müqavilələr 48 dollardan aşağı səviyədə açıb və hal hazırda ziyandadırlar.Əgər kontrakları geri alsalar bu bazarda yuxarı istiqamətdə qısa müddətli impuls verə bilər.

 


NYMEX   NYSE   Oil   Short