Deprecated: Function strftime() is deprecated in /home/finkorp/public_html/inc/engine.php on line 129

Deprecated: Function strftime() is deprecated in /home/finkorp/public_html/inc/engine.php on line 130

Deprecated: Function strftime() is deprecated in /home/finkorp/public_html/inc/engine.php on line 130
21 Sentyabr 2017
16700

Hedc Fondların istifadə etdiyi populyar strategiyalar. 

Market,Hedg,Dividend,Risk,Volatility,Stock,Bond,Option,Futures,Strategi

Long/Short position (uzun və qısa mövqe)

Bu strategiya əsasında fond menegeri səhmlər və derivativlərdə təxmini eyni kapital həcmində uzun və qısa mövqelərdə olur. Meneger bazar tərəfindən dəyərlənməyən aktivləri alır və bazar tərəfindən dəyərindən baha olan aktivlərdə qisa mövqedə olur. Bu aktivlərin seçilməsində isə fundamental analiz üsülündan istifadə olunur. Belə strategiya portfeli çox şaxəli diversifikasiya etmək imkanı verir. Çox hallarda fond eyni seqmentda olan konkurent şirkətlərin səhmlərində Long/Short əməliyat açır. Menegerlərin çoxu uzun mövqeni qisa ilə hedc etmirlər.
Misal: Tata Motors şirkəti Hyundai ilə müqayisədə daha ucuz və perspektivli gorsənərsə fond Tata Motorsda Long, Hyundai - də isə eyni kapitalda Short mövqe açır. Əgər Tata Motors Hyundai-ni keçərsə bazarda nə olmasından asılı olmayaraq fond pul qazanır. Məsələn, Hər iki mövqe üçün $100 000 istifadə olunarsa və Tata Motors 27 %, Hyundai 20% bahalaşarsa belə olduğu halda fond $7000 dollar gəlir əldə edir. Əgər Hyundai 30%, Tata Motors 23% dəyər itirərsə fond yenədə bu əməliyatda $7000 dollar mənfəət qazanır. Hyundai şirkətinin səhmlərinin Tata Motorsu keçdiyi halda isə fond bu əməliyatda pul itirir. Belə halı azaltmaq üçün fond portfelində Long/Short qarşılıqlı mövqelərin çox saxlayır və riskləri diversfikasia edir.

Market-Neutral Arbitrage (Bazar-neytral arbitraj)

Bu strategiya zamanı meneger əsas gəliri bazar tərəfindən dəyərlənməyən aktivi bir birjada almaq eyni aktivi başqa birjada satmaq yolu ilə qazanır. Bu zaman eyni aktivin fərqli birjalarda qiymətinin bir birindən fərqli olması və sonunda bazar tərəfindən tənzimlənməsi zamanı gəlir əldə olunur. Həmçinin İndeksi üzərindədə belə arbitraj əməliyatı olur. Misal: hansısa fərqli səbəblərdən indeks fyuçersi baza aktivindən fərqli istiqamətdə gedir və fond menegeri vəziyətdən asılı olara iki fərqli mövqe açır.

Event Driven (Hadisəyə olan reaksiya) 

Bu strategiya zamanı bazarda səhmləri ticarət olunan şirkətlərin alınması, birləşməsi, yenidən yaranması kimi hadisələrdən istifadə olunur. 
Misal: bir şirkət digər şirkəti aldığı zaman meneger alınan şirkətin səhmləridə long, alan şirkətin səhmlərində isə Short mövqe açır. Buna səbəb belə hadisələr zamanı səhmlərin dəyəri öz normal qiymətlərindən fərqli ticarət olunurlar və meneger bu vəziyəti öz xeyrinə istifadə etməyə çalışır. Strategiyanın riski isə şirkətlərin əldə olunan razılığı ləğv etmələri və ya hansısa başqa səbəblərdən şirkətin alınması prosesi uzanmasını göstərmək olar.

Convertible Arbitrage (dəyişdirilə bilən qiymətli kağızlarda arbitraj) 

Bu strategiya özündə dəyişdirilə bilən (konvert) istiqrazlarda Long, konvert olunacağı səhmlərdə isə Short mövqe açmağı birləşdirir. Əsas hədəf istiqrazın dəyərindən aşağı qiymətləndirilməsi və gələcəkdə dəyəri artdığında əldə olunan qiymət fərqindən gəlir əldə etməkdir. Bu strategiyanın əksidə olur (səhm long, istiqraz short). Menegerlər bu situasiya delta-neytral mövqeləri dəstəkləməyə çalışırlar. Bu strategiya yüksək volatillik zamanı istifadə olunur.

Income (Gəlir) 

Bu strategiyanın əsas mahiyəti qiymətin dəyişməsindən yox divident və ya faizlərdən gəlir əldə etməkdir. Fond fiks faiz verən istiqrazları və ya stabil divident verən səhmlərə yatırım edir.

Value (Real dəyər) 

Öz aktivlərindən aşağı (diskont) qiymətə satılan qiymətli kağızlara qoyulan investisiya strategiyasıdır. Misal: şirkətin balans dəyəri 1000, bazarda isə dəyəri 700 olduğu halda "Value" investorlar bu şirkətə yatırım edirlər. Bu strategiyanı uğurlu tətbiq edənlərdən biri Uoren Baffetdir.

Short Bias (qısa mövqelər) 

Bu strategiya zamanı fondlar qiymətlərin enməsindən gəlir əldə etməyə çalışır. Meneger şirkətin maliyə durumunu, konkurentlərini, müqavilələrini və.s kimi faktları araşdırır və şirkətin işlərinin pis getməsinin ilkin göstəricilərini görərsə bu səhmlərdə qisa mövqe açır.

Global Macro (Makro-iqtisadi strategiya) 

Bu strategiya əsas hədəfi global iqtisadi və siyasi vəziyətin analizi əsasında yatırım etməkdir. Fond menegerlər iqtisadi indikatorların aktivlərin dəyərinə neçə təsir göstərəcəyini öyrənirlər. Bu informasiya əsasında onlar strategiyanı qururlar. Fondlar makro-iqtisadi vəziyətin faiz dərəcəsinə, valyutaya, istiqrazlara və.s necə təsir edəcəyini və hansı aktivlərin bu vəziyətə daha həssas olacağı fikri əsasında mövqelər açırlar. Bu strategiya fundamental analizə əsaslanır və likvidliyi çox olan aktivlərdə ( fyuçers, valyuta forvardları və.s )  istifadə olunur.



Bayramlı Tamerlan
 

 


Market   Hedg   Dividend   Risk   Volatility   Stock   Bond   Option   Futures   Strategi  

 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün