19 Oktyabr 2017
10891

Qara bazar ertəsi - 19 oktyabr 1987-ci il. Dou Jones tarixinin ən böyük enişi.

NYSE, Dow Jones, Risk, Falling, Stock

1987-ci ilin bu günü Dow Jones indeksi tarixinin ən böyük enişini yəni - 22,6% yaşayıb. Bu hadisə nəyinki ABŞ indekslərini, nə baş verdiyini anlamayan xarici birjalarda ticarət edən bazar iştirakçılarını da satışlar etməyə məcbur etdi. Belə ki, Avstraliya fond birjaları - 41,8%, Kanada - 22,5%, Hong Kong - 45,8%, Böyük Britaniya isə - 26,4% səbəbsiz enişlə günü bağlamışdılar. Ən marağlısıda odur ki, heç bir iqtisadi fakt və ya hadisə belə bir panikanın olması proqnozunundan xəbər vermirdi. Bu hadisədən sonra müasir iqtisadiyyatın vacib teoriyaları: insanın rasional hərəkəti, bazar bərabərliyi və bazarın effektivliyi nəzəriyyəsi kimi teoriyalar böyük müzakirələrə səbəb oldu və sual altına salındı.

Ancaq yenədə araşdırmalardan sonra belə enişə səbəb ola biləcək faktorlar irəli sürüldü. İlk öncə həmin günlərin xronologiyasına baxaq və davamı olaraq nəticələrini birgə incələyək.

13 oktyabr, çərşənbə axşamı. İki ay əvvəl FED-ə rəhbər təyin olunan Alan Qrinspen öz çıxışında, ABŞ iqtisadiyyatının və ticarət balansının ekstra ordinar inkişaf etdiyini bildirir və özünü antikrisiz adamı kimi qələmə verir.

14 oktyabr, çərşənbə. DOW 96 punkt itirir. O zaman üçün bu gün ərzində baş vermiş ən böyük eniş idi. İnvestorlar bu enişi - reyder* adlandırılan və maliyyə dünyasının ən sərt üzvlərindən olan iştirakçılarına tətbiq edilən vergilərin səbəb olması fikirini üstün tuturlar. Ikinci səbəb — dövrünün hörmət olunan və diqqətlə dinlənilən texniki analiz eksperti R.Pretçerdən texniki «sell» siqnalının gəlməsi. Üçüncu səbəb - investorların Qrinspenin ticarət balansı haqda dediklərinin həqiqətə uyğun saymamaları və dollar aktivlərində sürətli satışların başlaması.

15 oktyabr, cümə axşamı. Yenə 58 punktluq geriləmə. Səbəb? İran körfəzində hərbi vəziyyətin pisləşməsi.

16 oktyabr, cümə. Dow indeksinin yeni antirekordu - 108 punkt. Drayver kimi ölkənin birinci leydisi Nensi Reyqanın xərçəng xəstəliyinə tutulması xəbəri çıxış edirdi. Onuda deyək ki, həkimlərin pis proqnozlarına baxmayaraq xanım ABŞ-ın 40-cı prezidenti Ronald Reyqandan çox yaşadı.

17-18 oktyabr, şənbə və bazar. Vəziyyət daha pis hal almağa başlayır. Yaponiya və Qərbi Almaniyanın dövlət maliyyəçiləri dövlət vergi siyasətini sərtləşdirmək haqda qərar verirlər. Almanlar, ABŞ-a sərt mövqe göstərmək məqsədi ilə, öz vətəndaşlarına ABŞ dövlət istiqrazlarına investisiya etmək prosedurunda yeni qaydalar qəbul edir və prosesi daha da çətinləşdirirlər. Bundan əlavə Bundesbankın faiz dərəcələri üzrə açıqlaması. Bunların hamısı ABŞ maliyyə naziri Djeyms Beykeri tv vasitəsi ilə anti alman çıxışına gətirib çıxarır. Bazar gününün sonunda isə Amerikan hava qüvvələrinin İranda bəzi obyektləri bonbardıman etməsi xəbəri gəlir. İlk krisiz simptomunu isə Hon Kong birjaları göstərir...

19 oktyabr, «Qara» bazar ertəsi. Belə gərgin fonda yeni həftə başlayır. Bazar 2700 punkta kimi korreksiya edir. Keçən həftə ilə müqayisədə Dow 2/3 həcmində qiymət itirir. 16 oktyabr həftənin son ticarət günü NYSE bazarı 2200 punktdan biraz yuxarıda bağlanmışdı. Treyderlər yeni minimumdan sonra optimizmin davam edəcəyini düşünsələr də, bazar ertəsinin nə sürprizlər vəd etdiyini təxmin etmirdilər.

Gün ərzində baş verənlər mətnin ikinci hissəsində.

*Reyding - Şirkət sahibinin mövqeyindən asılı olmayaraq gəlir məqsədi ilə şirkəti ələ keçirmək cəhdi edən bazar iştirakçısıdır. Reyderlərə korporativ şantaj da ( Qrinmeyl ) aid olunur.


 


 

 


NYSE   Dow Jones   Risk   Falling   Stock  

 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün