17 Noyabr 2018
5694

JP Morqanın 2019 -cu ilə baxışı

Jp Morqanın 2019 cu il üçün uzun müddətli mikro proqnozu

2019 - cu ildə dünya ÜDM risklərə baxmayaraq 2.5% artacaq və stabil olacaq.

Ancaq buna baxmayaraq çox ölkələrin riskləri artır çünki iqtisadiyyatları güclü trendlə artır buda iqtisadiyyatı yükləyə bilər. Aktivlərin çoxu dəyərindən bahadı və investorlar 10 illik yatırım etsələr belə  bütün trendi nəzərə alaraq düzgün qiymətdən alışlar etməlidirlər. Əlavə risk onlar üçün likvidlikdi çünki, trendin pik səviyələrindən almaq sonra likvidlik problemi yaradır (aktivi vaxtında və lazım olan qiymətə satmaq olmur).

Monetar siyasətin normallaşması sayəsində investorların istiqrazlar üzrə proqnozları optimistdi əsasəndə Amerikan istiqrazlarında. Səhm bazarında proqnozlar dəyişməz olaraq qalıb ( neytral ) ancaq fərqli ölkələrin qiymət dinamikası son aylarda fərqli hərəkət etməyi investorlara müəyyən şanlar yaradır.

60/40 (səmh/istiqraz) portfelinin gəlirlilik gözləntiləri istiqrazların gəlirliyinin artmasına görə perspektiv görsənir baxmayaraq ki, səhmlərdə gözlənilən gəlirlilik aşağıdır. Son 10 ildə ilk dəfə gözlənilən Sharp əmsalı ( portfelin gəlirliyi və volatilliyi arasında olan nisbət; Sharp nisbəti onu göstərir ki, nə qədər risk götümrək lazımdır ki , müəyyən gəlirlilik alınsın) Amerikan istiqrazları üçün yuxarı olacaq nəinki, Amerikan səhmləri üçün. Buda o deməkdir ki, istiqrazların volatilliyi səhmlərin volatilliyindən aşağı olacaq. Səhmlər çox gəlir versədə daha çox volatildirlər buda riskləri artırır.

Qrafikdə JPMorqan 10 ildə giriş qiymətindən asılı olaraq 1$ yatırımın nəticələrini açıqlayır.

Göy xət - əgər krizisdən 12 ay qabaq yatırım etsəniz, bənövşəyi -  krisiz başladığı zaman invest etsəniz, yaşıl - krizisdən 1 il sonra yatırım etsəniz.

Ən üstdəki blokda 1970 ci ildən edilən yatırımların orta nəticlərini göstərir. Digər bloklar fərqli krizislər zamanı olan yatırımları göstərir. Misal üçün ən aşağıdakı blok 1929 -  cu ildəki böyük depresiyanı göstərir.

 


 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün