26 Dekabr 2019
5599

İnvestisiyada zaman yoxsa zamanda investisiya? 3 - cü hissə

Risk, Effektivlik, Model, Trading

Texniki analiz - Azərbaycanda treyderlər arasında ən populyar analitik instrumentdir. Fundamentaldan fərqli olaraq, daha az vaxt, bilik və səbr tələb edir. Əsas məqsədi - bazarda nə baş verdiyini anlamaq və qiyməti izləmək yolu ilə əməliyyat açmaqdır. Ancaq treyderlərin bəziləri zaman aspektini analiz zamanı unudurlar. Misal üçün, uzun müddətli qrafikdə 3 il qabaq olan hansısa qiyməti support kimi götürmək səhvdir. Niyə? Çünki, 3 il qabaq aktivin olduğu situsasiya ilə bu günə olan situasiya tamam fərqli ola bilər.

Niyə kapital artdıqca texniki analiz işləmir? 

Artan trend zamanı bir situasiya fərz edək. Qrafikdə dəstək xətti var və siz buradan əməliyyat açmaq istəyirsiniz. Aktivin qiyməti 20 dollardır. Bu qiymətə təklifi level 2 (stakan) görməsəniz və təklifin bu qiymətdə hansı həddə olduğunu bilmədən əməliyyat açsanız, qiyməti 20 dollardan çox rahat şəkildə 27 dollara qaldıra bilərsiniz (gap belə yaranır). 20 dollara almaq istədiyiniz aktiv sizə 27 dollara başa gəldi və bu digər bazar iştirakçılarının əməliyyatlarını nəzərə almadan baş verir (onlarda bu dəstək xəttini görürlər). Əgər təklif 20 dollardan 5000 səhm və ya 1 milyon hər hansısa valyuta idisə və sizin alışınız 500 səhmdirsə (və ya 100 000 dollar valyuta bazarında), siz bazara təsir etmirsiniz və sizin mövqeyinizin gəlirə çıxması üçün digər iştirakçılar alışları artırmalı və bununla da qiymət artmalıdır. Yəni, siz bazarın gələcək addımlarından asılısınız. Əgər əksinə, sizin alış gücünüz 50 000 səhmdirsə, siz sadəcə qiyməti hərəkətə gətirib, bazarda situasiyanı dəyişirsiniz. Belə olduğu halda, texniki analiz vasitəsi ilə bir anlıq (bir kliklə) mövqe açmaq sadəcə bazarda volatilliyi artırır. Bura digər front run edən, sizin hesabınıza böyük mövqe bağlayan, 27 dollardan almağı baha sayan bazar iştirakçılarını əlavə etsəniz, qiymətin sizdən sonra sürətli şəkildə enəcəyini görərsiniz. Bunun nəticəsi olaraq, bazarda gap həmişə (həmişə yox) bağlanır inancı var. 

Bu səbəbdən, bazarda panika olduğu zaman hər kəs satmağa çalışır və bir neçə saat içində bazar çökür. Təsəvvür edin, kimsə banka girərək exchange pəncərəsində 10 milyard dollar change etmək istədiyini bildirir (düzü bu pulu çətin ki üstündə gətirər - 10 milyard dollar 100 dollarlıq əskinazlar ilə 80 ton edir) və təsəvvür edin, bir anın içində manatda vəziyyət necə olar. 

 ♦️  500 səhm misalında siz bazardan asılısınız və investisiyanıza zaman tələb olunur. 

 ♦️  50 000 səhm misalında bazar sizdən asılıdır və zamana investisiya tələb olunur, yəni əks likvidlik.

Texniki analiz və effektivlik nəzəriyyəsi 

Effektivlik haqda öncəki mətnimizdə bazarların hər zaman effektiv olmasının mümkünsüz olduğunu yazmışdıq. Texniki analizlə və effektivlik nəzəriyyəsi bir-birinə bağlıdırlar. Wikipedia texniki analiz haqqında belə yazır: keçmişdə baş vermiş hadisələrin gələcəkdə də eyni ehtimalla baş verməsini proqnoz edən instrument. Əgər hər şey keçmişdəki kimi eyni ehtimalla olsaydı, necə trend yaranardı? Sadə və bazardan kənar bir misal gətirək - əgər siz hər dəfə qırmızı işıqda yolu keçəndə maşınlar dayanırsa,  bu o demək deyil ki, növbəti dəfə eyni ehtimalla hamısı dayanacaq. Bu səbəbdən, yolu keçəndə hər dəfə sağa - sola baxırıq (Nassim Talebin black swan teoriyası).

Teoriya hissəsində isə: texniki analizdə instrumentlər fərqli və çoxdurlar, ancaq onların hamısı insan psixologiyasında olan acgözlük, qorxu, kütlə instinkti və.s dayanır və insanlar özlərini situasiyalarda eyni apararaq tələb və təklif arasında disbalans yaradırlar və bu da qiyməti dəqiq proqnoz etməyə imkan verir. Model və effektivlik mətnlərimizdə bu fikirin səhvləri haqqında öz fikirlərimizi qeyd etmişik. Bəli, insanlar modellə düşünür, bazarda psixologiyanın rolu böyükdür, ancaq dünən olan situasiya sizdə qorxu yaradırsa, sabah eyni qiymətdə situasiya fərqli olanda (misal üçün Tramp tweet atarsa), əksinə hisslər yarada bilər. Ən minimum qiymətdən (fərz edək ki, uzun sürən enişdən sonra qiymət 10 dollar minimumdadır) almaq sizə perspektiv vəd edirsə və qiymət ucuz görsənirsə, 1 aydan sonra qiymət 90% dəyər itirərək 1 dollara düşdüyündə necə? 10 dollar artıq sizə necə də bahalı əməliyyat kimi görünür. Artan qiymətdə eyni situasiya baş verir. Netflix şirkətinin səhmləri 17 iyul 2017 ci ildə öz tarixinin maksimumunda idi (all time high) və həmin günün ən yüksək qiymətindən, 191.50 dollardan alsaydınız, düz 1 ildən sonra 100% gəlir əldə edərdiniz (marjasız). Qrafikə baxdığınızda, ən yuxarı qiymətdən almaq qorxuludur və normal texnik belə əməliyyat açmaz və ya ən azından, korreksiya gözləyər, ancaq Netflix səhmlərində  bu korreksiya olmayacaq, qiymət sadəcə geri qayıtmır. Sual olunur, 17 iyul maksimumu ilə 18 iyul 400 dollar maksimumu arası kim alıb? və 100% gəliri kim qazanıb? alanlar olmasaydı qiymət qalxmazdı, elə deyilmi? 

Böyümə fərqi

Biz hər hansısa bir modeli və ya sxemi tam olaraq görə və anlaya bilmirik, çünki, hər detalı saxlamaq inanılmaz böyük bir “puzzle” yığmağa oxşayır. Bazarın bir hissəsini analiz edib və bu analizi bütün bazara tətbiq etdikdə yığılan risk (big tails) çoxalır. Burada böyümə fərqi əmələ gəlir. Kiçik bir dinamik sistemi misal üçün, balaca mikrorayonun iqtisadiyyatını analiz etsəniz, bunu bütün Azərbaycana tətbiq edə bilmərsiniz, etsəniz belə, hiss olunacaq dərəcədə fərq əmələ gələcək. 20 yanvar metrosu ətrafı ərazidəki iqtisadi aktivlik xətai metro stansiyası ilə tamam fərqlidir. Bunu bizim mövzuya uyğun bazarlara tətbiq etdikdə, 20 - 21 dollarlıq qrafikdə olanlar (5 dəqiqəlik time frame) 20 - 150 dollar arasında olanlardan fərqlidir.  Və ya əksinə - 5 il qabaq bazarda qeydə alınan qiymət diapazonu bu gün üçün eyni qiymətdə tamam fərqli situasiya mənasına gələ bilər. Risk və itki məhz situasiya fərqini görməməkdən irəli gəlir. 

P.S texniki analiz hissəsində bilərəkdən qrafikdən istifadə olunmayıb.  

Tamerlan Bayramlı

 


Risk   Effektivlik   Model   Trading  

 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün