31 Yanvar 2020
3344

Koronavirus iqtisadiyyata qarşı

İqtisasdiyyatın əsas agentləri insanlardır. Onların aktiv həyat tərzləri məhz iqtisadi mühərrikin tam gücüylə işləməsinə yardımçı olur. Son günlərin əsas mövzusu isə koronavirus bu aktivliyi azaldaraq insanların sağlamlığını əsr götürməsi iqtisadiyyatın işləmə potensialını azalda bilər. Bundan əlavə digər sektorlar da bu virusla mübarizə üçün güclərini birləşdirirlər. Son günlərdə bu virusun əsas zərbə vurduğu bazarlara baxaq:

Mis 

Freeport şirkətinin CEO - su Mcmoran: korona virus iqtisadiyyat üçün yeni “black swan” ola bilər. Mis istehsalatda ən çox isitfadə olunan metallardan biridir. Çin son illərin əsas metal istehsalçısı kimi dünyada liderlilk edirdi. Bu səbəbdən mis sürətlə dəyər itirir.

Severstal xəbərdarlıq edir: Virus metallurgiya bazarına ciddi zərbə vura bilər. Aşağıdakı şəkildə Çinin qlobal metallurgiya bazarında payı göstərilib.

Bloomberg: Keçən ilin ən çox müzakirə olunan mövzusu - dünya iqtisadiyyatının zəifliyi. İndi isə koronavirus bu zəifliyi yoxlamaq qərarına gəlib. 

Neft 

Enerji sektoruda bu xəbərlərdən əziyyət çəkir. Məhz qara qızıl -12% dinamika ilə dəyər itirməkdə davam edir.

Qlobal bazarların indeksləri də təzyiq altındadır. Qərb indeksləri optimist investorlar tərəfindən minimumlardan alınaraq yüksək səviyyələrdə saxlanılır. Ancaq Asiya indekslərində isə əksinə pessimizm davam edir. Həftə sonu xəbərlərdə aktivlik artarsa fond bazarları əvvəlki tək korreksiyanı yenidən təmin edə bilərlər. 

 


 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün