İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün
Deprecated: Function strftime() is deprecated in /home/finkorp/public_html/inc/engine.php on line 129
Deprecated: Function strftime() is deprecated in /home/finkorp/public_html/inc/engine.php on line 130
Deprecated: Function strftime() is deprecated in /home/finkorp/public_html/inc/engine.php on line 130
31 Mart 2020
Sıxılmış iqtisadiyyat və itirilmiş pul teoriyası

“Bir ölkəni məhv etmək istəyirsinizsə, milli valyutasının dəyərini məhv edin”.- A.Ferqyuson (“Pullar öldüyü zaman” kitabı)
Demək olar ki, bütün dünya karantin vəziyyətində, başqa sözlə, iqtisadi fasilə şəraitində yaşayır. Mərkəzi banklar, dövlətlər, şirkətlər hər şeyin domino daşları kimi dağılmaması üçün stimullaşdırıcı həll yolları axtarırlar. Ancaq bunu da bilməliyik ki, dünya kreditsiz və qızıl standartlı zamanda da mövcud olmuşdur.
“Niyə sonsuz sayda pul çap etmək dünyanı fəlakətə sürükləyə bilər?” sualı ətrafında iqtisadi araşdırmamızı sizinlə bölüşmək istəyirik.
Pul sisteminin analizi zamanı yaranan prinsipial sual odur ki, hansı pul sistemi daha çox rəqabət potensialını və iqtisadi artımı dəstəkləyir. Fərqli sistemlərin bir-biri ilə müqayisəsi zamanı rasional olaraq, ən çox rəqabət yaradan sistem qalib gəlir. Hal-hazırda ən məntiqli fərqləndirmə fiat pullar sistemi ilə 19-cu əsrin kapitalizm inkişafı zamanı və bəzən liberalizm əsri kimi adlandırılan sistem arasında olandır. Bu aktuallıq qızıl standartına aid olmayan problemlərin fonunda daha diqqət olunmalı mövzudur: inflyasiya, kredit ekspansiyası, iqtisadi böhranlar və.s.
XX əsr inflyasiya əsri idi. Dünyanın qabaqcıl valyutaları demək olar ki, 100% dəyər itirirdilər. Veymar Respublikası, Sovet Rusiyası, Macarıstan, Polşa və digər ölkələr də bundan yan keçmirdi. Əsas fikir isə odur ki, pul sisteminin dağıdılması kapitalist cəmiyyətlərin əsas məhv edici mənbəsidir. J.M Keynsdən V.İ Leninə qədər bütün intervensionistlər bu cümlədən çox istifadə edirdilər. Milli valyutanın dəyər itirməsi təsərrüfat münasibətlərini məhv edir, millionlarla insanların yığımlarına təsir edir və rasional iqtisadi hesablama etməyə imkan vermirdi. Hökümətlərin qısa zamanda maksimal gəlir əldə etmək siyasətlərini bəzən bandit - qastroler adlandırırdılar. İndiki zamanda biz, inkişaf etmiş ölkələrdə hiperinflyasiya ilə qarşılaşmırıq. FES və AMB - nin trilyonlarla likvidliklə bazarları doldurması gələcəkdə inanılmaz inflyasiyaya gətirib çıxara bilər.
M. Fridmenin pulun siyasi iqtisadiyyatda rolu ilə bağlı belə bir tanınmış ifadəsi var: “Money does matter!”. Bu ironiya ilə o, Keyns məktəbi yolu geden və fiskal stimullaşdırmanın tərəfdarı olanları iqtisadi analizdə pulların sayını nəzərə almağa çağırırdı. Amma pul nəzəriyyəsi əvəzinə başqa şüarlar peyda oldu: “İnstitutlar vacibdir!”, “Psixologiya vacibdir!”, “Tarix vacibdir!” və başqaları. Belə bir təəsürrat yaranır ki, pul haqqında olan suallar və nəzəriyyələr iqtisadi nəzəriyyənin tərkibbindən çıxarılaraq daha müasir və mövzuya aidiyyatı olmayan sözlərlə əvəz olunub. Bu hadisənin alternativ xərcləri kimi isə iqtisadi nüvənin tərkibində olan nəzəriyyələr digər formal problemləri əks etdirən və iqtisadi mənanı dəyişən riyazi ssientizm ilə əvəz olunub. Pul nəzəriyyəsi haqqında məsələlərdə M.Fridmenin sözü indi: ”Quantity of Money Does Matter” kimi səslənir. ”Quantity of Money Does Matter” ifadəsinin həqiqət olduğunu nəzərə alıb pulun keyfiyyəti haqda olan suallar hələdə açıq olaraq qalır.
İlk öncə instusional problemlərlə məşğul olmaq dəbdə idi, sonrasında kurs qeyri-iqtisadi məsələlərə tərəf dəyişdi. Bu zaman isə iqtisadi nəzəriyyə təmiz olaraq iqtisadçıların yox, riyaziyyatçı və mühəndislərin sənəti oldu. Onlar da öz sahələrində işləyən metodları iqtisadiyyata tətbiq etməyə başladılar. İqtisadçıların iqtisadiyyatdan getməsi və onların riyaziyyat ilə əvəz olunması nəticədə iqtisadiyyatın səhv “hesablanmasına” gətirib çıxardı. Ən səlis nümunə kimi isə iqtisadiyatın “qan” funksiyasını yerinə yetirən pul və pul nəzəriyyəsinin kənarda qalmasını göstərmək olar.
Əvvəllər inflyasiyanı analiz edən zaman qiymətlərin strukturu analiz olunurdusa bu, pul aqreqatlarının bir-biriləri arasındakı bağlılıq analizi ilə əvəz olundu.
Belə bir faktı da anlamaq lazımdır ki, qiymət artımı özü-özlüyündə qorxulu bir şey deyil. Əgər qiymətlər 2 dəfə artıbsa və kimsə “sehirli çubuqla” iqtisadiyyatda olan pulları da 2 dəfə artırırsa, heç kim ziyan çəkməyəcək. İnflyasiya qiymət artımı ilə yox, qiymətlərin zamanda strukturunun dəyişməsi ilə təhlükəlidir. Bu proses yalançı informasiya xarakterli siqnallar verir və analizin əvvəldən səhv məlumatlar əsasında səhv cavablara aparmasına gətirib çıxarır.
Nəticə
Dünya Mərkəzi bankları və hökümətləri son illərdə aşağı saxladıqları faiz dərəcələri ilə inanılmaz borclu dünya yaradıblar. Likvidlik əlavə olunmadığı zaman isə iqtisadiyyat “xəstəxanaya” düşür. Son ildə FES faiz dərəcələrini artırdığı zaman REPO bazarında likvidlik krizisi əmələ gəldi.
Koronavirus “black swan”ı isə onları stimullaşdırmaya təhrik edərək, gələcəkdə normal iqtisadiyyat bu qədər likvidlik ilə hansı səviyyələrdə olacaq və bu yardım etməzsə, hansı sistemə keçiləcək sualları ilə qarşı qarşıya qoyur.