19 Aprel 2020
6065

Tarix: 1873 - cü ilin panikası

Pandemiya, neft qiymətlərinin dəyər itirməsi və milli valyutaların volatilliyi (Azərbaycan manatı hələ ki, baş verənlərə reaksiya vermir), ölkələrin iqtisadiyyatlarını turbulent vəziyyət gətirməklə, hər dəfəsində insanlığı uzun illərdir yaranmış modelin məhv olma dərəcəsinə kimi gətirib çıxarır. Amma bütün bunlara baxmayaraq dünya krizislə ilk və sonuncu dəfə qarşılaşmır. Bu səbəbdən Finkorp komandası olaraq tarixdə yaşanmış krizislərdən birini araşdırdıq. 

Teoriya 

Təcrübə bizə, iqtisadi enişdən sonra artım və inkişafın olmasını göstərir. Maliyyə teoriyasında bu hal iqtisadi dövr adlanır. İqtisadi mühit mütəmadi olaraq zaman - zaman istiqamət dəyişir və aktivlik artıb və azalır. Bu dövrlərin requlyar olmasına baxmayaraq konkret hansı zaman periodunda baş verdiyi dəqiq deyil (ortalama olaraq 5-10 il kimi bir dövr yaşayır). İqtisasdi aktivlik/passivlik fərqli səbəblərdən, obyektiv (determenik baxış açısından) və proqnoz oluna bilməyən hadisələr (stoxastik baxış açısından) baş verə bilər. 

Baxış açısından asılı olmayaraq, iqtisadi aktivliyi 4 fazaya bölürlər: 

Artım və ya diriliş - “minimum” dan sonra baş verən artım zamanı müşahidə olunur. Bu zaman istehsalat və yeni iş yerləri artır, krizis dövründə itmiş tələb geri qayıtmağa başlayır. 

Pik - maksimal iqtisadi aktivlik və aşağı səviyyəli işsizlik zamanı baş verir.

Eniş və ya Resessiya - istehsalat həcmi azalmağa, iqtisadi və investisiya aktivliyi zəifləməyə, işsizlik səviyyəsi artmağa başlayır. 

Depressiya - iqtisadiyyatın düşə biləcəyi “ən aşağı səviyyə”. Normalda uzun çəkmir amma bəzən istisna hallar olur (Böyük Depressiya 10 il davam etmişdi).

1873 Panikası - Başlanğıc 

Franko - Prussiya müharibəsindən sonra Almaniya, Fransadan böyük miqdarda kontribusiya əldə etdi. O zamanların dəyər anlamına görə 5 milyard dəyərində qızılla frank. İndiki zamanda bu rəqəm 300 milyard dollar edir (Fransanın ÜDM -sinin ¼ qədər).

Almaniya höküməti birləşərək Almaniya imperiyasını əmələ gətirdi və iqtisadiyyatın əsas təməli kimi fransız frankları oldu. Bunun nəticəsində Qərbi Avropanın fond bazarlarına azad kapital axmağa başladı. Əldə olunan kapitalı lazımı qədər mənfəətlə yatırmağa ehtiyac var idi. Almaniya və Avstro - Macar ölkələrində aktiv olaraq, daşınmaz əmlaka kommersiya məqsədli yatırımlar başlanıldı. Bu dövrdə ABŞ - da dəmir yollarının tikintisinə böyük investisiyalar cəlb olunurdu. Hər iki sektorda - daşınmaz əmlak və dəmir yollarında böyük kapital dövr edirdi. Nəticə olaraq iqtisadi (spekulyativ) “bubble” əmələ gəldi. 

Krizis

Spekulyasiyaların episentri kimi Vena çıxış edirdi və bu fakt üzə çıxdıqdan sonra investisiya cəmiyyəti buna reaksiya verdi. Yerli və xarici investorlar, təlaşa düşərək, panika yaratdılar və proses nəticəsində bir neçə gün ərzində Vena birjası tam olaraq boşaldıldı. Tikinti şirkətləri müflis olmağa başladılar, ayağda qalmağı bacaran bankların ani şəkildə kredit üzrə faiz dərəcələrini artırması və nəticəsi kimi iqtisadiyyatın sürətli enişinə səbəb oldular. Venanın ardınca Almaniyada və sonrasında ABŞ - da birja panikası başladı. 

Avstro - alman krizisi Amerikanın dəmir yolları haqda olan ambisiyalı planlarından xətt çəkdi. Bu layihələrə bütün dünya üzrə investorlar milyardlarla kapital yatırmışdılar. ABŞ bankları və tikinti şirkətləri Almaniyadan gələn maliyyə yardımına ümid etsələrdə, faiz dərəcələrinin artması yatırım edilən kapitalın repatriasiyasına gətirib çıxardı. Amerika gözlənilən maliyyələşmədən məhrum oldu və dəmir yollarına bəslənən ümidlər özlərini döğrultmadı (bu dövr haqda yazılmış gözəl  əsərlərdən biri Teodor Drayzerin - Maliyyəçi əsəridir). İlk öncə banklar, dəmir yollarının tikilməsində borc verən və kreditlə təmin edən qürumlar müflis olmağa başladı. Sonrasında istehsalat və dəmir sektoru, iqtisadiyyatı geriyə sürüklədi. 

Krizis artıq başlamışdı. Birjalar bağlanır, ABŞ və Qərbi Avropa şirkətləri müflis olur, istiqrazlar dəyər itirir, iqtisadiyyat sürətlə dağılırdı. Krizis XIX əsrin 25% zamanını aldı və tarixdə “Uzun müddətli depressiya” kimi yadda qaldı.

Nəticə 

İqtisadi vəziyyətin acınacağlı olmasına baxmayaraq, nəticədə krisizdən çıxmağa müfəvvəq olundu. Ən güclü zərbə ABŞ -  na dəysə də, 1890 - cı ildə Amerika qızıl standarta qayıtmaqla , Böyük Britaniyanı ÜDM - na görə geridə qoymağı bacarmışdı. Bundan əlavə Asiya və Afrikada monopoliya siyasətinə başlanılmışdı. Nəticə olaraq staqnasiya və qiymətlərin enməsi, istehsalatın artmasına gətirib çıxarmışdı. Aşağı qiymətlər istehsalın artmasını stimullaşdırır, əlavə pul kütləsini özünə cəlb edirdi. İqtisadiyyatın oyanması prosesi yenidən başlamışdı. 

 

 


 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün