01 May 2020
7079

Virus sonrası dünya: Yeni sistem yoxsa sadəcə yenilənmə?

Covid iqtisadiyyatı, İqtisadi sistem, İqtisadi depressiya

Dünya iqtisadiyyatını nokauta salan COVİD - 19 pandemiyasından sonra bizi nələr gözləyir? Karantin tədbirləri və viruslu həyata öyrəşdiyimiz proses zamanı, qorxu və bilinməməzlik azalmağa başladıqca, gələcəklə bağlı suallar verməyə başlayırıq. Əvvəlki kimi olacaqmı? Burada daha düzgün sual iqtisadi vəziyyətin nə zaman düzələcəyidir. Bir çox biznes və təşkilatlar məhz karantin sonrası dövrdə yeni çətinlikləri aşkar edəcək və çıxış yolları axtaracaqlar. 

Sistem 

Barterli və ya sadə alqı satqı modelli iqtisadiyyat artıq tarixdə qalıb. Dövrümüzün iqtisadi modellərini sadə dillə anlatmaq və ya rahat şəkildə görmək mümkündür amma, predmeti dərindən analiz etdiyimiz zaman, çox şaxəli və xaotik bir sistem ortaya çıxır. Bu sistemin fundamental atributları var ki, onların vəziyyətinə uyğun bütün iqtisadi agentlər (institutlar, idarə sistemi, biznes, investisiya, ticarət və sadə iqtisadi agent insan) qərar qəbul edir. Bəzi atributlara baxaq.

Pul - kapitalın həcmi və qət etdiyi məsafənin sürəti. Əgər iqtisadiyyat krizis sonrası dövrə girirsə, likvidlik vacib amildir. Likvidliyi çox olan agentlərin, kapitalı ehtiyaci olan agentlərə ötürmə sürəti, şərtləri və həcmi, iqtisadi münasibətlərin yenidən bərpasına təkan verəcək. 

Kredit - yuxarıda qeyd olunan məsələnin davamı kimi. Faiz dərəcələri, yumuşaldılma tədbirləri, müddət kimi amillərdən asılı olan kredit, biznesin vəziyyətdən çıxması üçün müasir iqtisadiyyatın ən lazımlı instrumentidir. 

İnflyasiya - hələdə iqtisadiyyatda haradan yaranması və tarixləri barədə dəqiq məlumat olmayan və bəzən qəribə, hesablaması çətin olan effektiv stimullaşdırıcı mexanizimdir. Yuxarıda qeyd olunan atributların çox olması və sürətlə hərəkəti ani olaraq qiymətləri     qaldıra, alıcılığı sala, bizneslərin müflisləşməsinə gətirib çıxara bilər. 

Maliyyədən kənar nefti əlavə edə bilərik. Azərbaycan üçün ən vacib əmtəə məhsullarından biridir və ölkənin valyuta ilə (dollar) təmin olunmasında əsas rol oynayır. Bundan əlavə energetika sektorunda aktivlik, işsizlik səviyyəsi, yeni layihələr, investisiyalar və.s kimi iqtisadi vacib aktivlik neftin qiymətindən asılıdır. Neft özü isə, dünya iqtisadiyyatından. 

Virus bir başa sistemi işə salan çarxlara zərbə vuraraq pandemiya sonrası dövrü çətin, əziyyətli və daha çox kapitalist edəcək. 

Hava yolları

İqtisadiyyatın vacib sektorlarından biri avia sektordur. Həm sərnişin daşınması həm də yük daşıma servisləri təklif edən avia şirkətlərin vəziyyəti və gözləntiləri bizə krizisdən çıxış problemini daha yaxşı anlamağa yardımçı olur. Bu sektor demək olar ki, tamami ilə dayanıb (Warren Buffet bu səhmlərdən yatırımlarını çıxarır).

Vladislav Filev - S7 (Rusiya Federasiyasının aparıcı avia şirkətlərindəndir) avia şirkətinin direktorudur və kommersant jurnalına maraqlı müsahibə verib. Onun fikrincə - “ krizis sonrası bir il ərzində  sərnişinləri sayı 120 milyondan iki dəfə aşağı düşərək 60 milyon olacaq. 2012 - ci ildə 74 milyon sərniin daşınması olmuşdusa bu rəqəmdən də aşağı rəqəmlər görəcəyik. Kim ki bazarda dözəcək məhz onlar qalan sərnişinləri götürəcək”. 

Beynəlxalq avia reyslərin yenidən bərpa olunması? sualına:

  Gələn ilin aprel ayında bərpa olunmasını gözləyirəm. Dövlətin qəbul etdiyi qərarların mənası, xəstəliyin pik səviyyəsini gecikdirməkdir ki, səhiyyənin resurslari xəstələrə yetsin. Bundan əlavə evqə qalmaqla daha az insan xəstələnəcək və cəmiyyətdə imunitet olmayacaq. Bu səbəbdən ikinci dalğanın olmasını gözləyirəm. 

Dövlət indiki daşınma səviyyəsini bərpa etmək üçün, nə qədər pul xərcləməlidir? Bunun baş verməsi ehtimalı nə qədərdir?

  5 milyard dollar. Ehtimalsa sıfır və ya sıfıra yaxın bir rəqəm. Kömək olmayacaq. 

Çıxışa doğru 

Avia reysləri bərpası gecikdikcə neft bazarının spot qiymətləri, turizm, biznes görüşlər, ticarət və.s kimi sahələr əziyyət çəkəcək. Viruslu dünya virus sonrası çətinliklərlə üzləşəcəyi dəqiqdir. Sistem daxili dəyişiklərin olması, yeni qaydalar, fərqli likvidlik (bəzilərində çox bəzilərində az olacaq) çıxışı çətin edəcək. İndiki vəziyyətdə baş verənlər və faktlar buna işarədir amma bəlkə pozitiv black swan baş verəcək və hər şey yaxşı olacaq? Ən azından zərbələrdən dəyən ziyanı ən çox azalda bilən istənilən sistem və ya iqtisadi agent uzun illər sonra bunun bəhrəsini görəcək. 

Mövzunun davamı olaraq - real iqtisadiyyat və ÜDM gözləntiləri üzrə COVİD 19 sonrası gözləntilər haqda, mətnin ikinci hissəsini buradan oxuya bilərsiniz.


Bayramlı Tamerlan

 


Covid iqtisadiyyatı   İqtisadi sistem   İqtisadi depressiya  

 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün