26 İyun 2020
1265

Bazerman paradoksu: $20 - $200 satılır

İqtisadi paradokslar arasında Bazerman paradoksu ən çox öyrənilənlər sırasındadır. Maliyyə bazarlarında ticarət edən və ya oyun oynamaq həvəsində olan insanlar çoxu zaman özləri də bilmədən bu paradoksun "qurbanı" olurlar. Məhz bu paradoks iqtisadiyyata bəzi qəribəlikləri, "bubble"ları, bitkoinləri və.s kimi rasional görsənməyən iqtisadi fenomenləri anlamağa yardımçı olur. 

$20

Hər il professor Maks Bazerman Harvard Business School - da təhsil alan MBA tələbələrinə $20 - i nominalından baha qiymətə satır. Onun rekordu - $204. Bunu necə edir? 

O, 20$ - a ən çox pul verən tələbəyə onu verəcəyini bütün sinifə bildirir. Kiçik bir auksion. Amma burada bir balaca nüans var. Qalib gələn insandan sonra gələn insan (ikinci yer) auksionda $20 üçün təklif etdiyi son qiyməti professora ödəməlidir.  

Misal üçün - ən yüksək alış qiymətləri $18-$17 olub. Qalib $18 ödəyərək $20 əldə edir, digər iştirakçı isə əvəzində heçnə almadan professora $17 verməlidir. 

Ticarət $1 başlayır və qısa zamanda artıq $12-$16 dollara çatır. Bu etapda tələbələrin çoxu oyundan çıxır və çoxu zaman sona 2 tələbə qalır. Yavaş - yavaş qiymət $20 yaxınlaşır. Artıq iştirakçılara aydın olur ki, qalib gəlmək (auksiondan karlı çıxmaq) mümkün deyil amma uduzan nəyin ki, heçnə əldə etmir, əlavə olaraq pulda ödəməlidir. Auksion $21 keçən kimi, sinifdə gülüş səsləri başlayır və artıq irrosional ticarətə qədəm qoyulur. Buna baxmayaraq auksion davam edir və tezliklə $50 çatır, sonrasında $100 və professorun rekordu olan $204 kimi artır. Professor bu testi, top menecerlər və CEO -lara treninqlər zamanı da tətbiq edib və hər dəfəsində qiymət $20 - ı keçib. Əldə olunan vəsait, xeyriyyəçilik məqsədi ilə xərclənir. 

Niyə professor bunu edir və bununla nəyi sübut etməyə çalışır? 

İnsan psixologiyasında, əsasən də biznesdə, zəif bir cəhət var - itirmək qorxusu. Bir neçə fərqli eksperimentlər göstərir ki, insan pul itirdiyi zaman özünü qeyri adekvat və irrasional aparır. 

Başlanğıcda tələbələr düşünürlər ki, $20 əldə etmək üçün əla şans yaranıb. Hər bir tələbə düşünür ki, $20 - a nominaldan artıq pul verməyəcək.  Amma ticarət $12-$16 diapazonuna çatdıqda, ikinci adam anlayır ki, ciddi şəkildə pulunu itirə bilər və bu səbəbdən daha çox qiyməti qaldırır. Bununla da qiyməti $21 kimi çatdırırlar. Bu etapda artıq hər iki tərəf pul itirəcək amma biri $1, digəri $20. İtkiləri minimumlaşdırmaq məqsədi ilə, hər iki tərəf qalib olmağa çalışır. Qalib olub $30 dollar verib $10 itirmək, $20 dollar itirməkdən daha yaxşıdır məntiqi ilə qərarlar qəbul olunur. Bu proses daha dərin “qazıntıya və itkilərə” gətirib çıxarır və beləcə hər iki tərəf daha çox pul itirir. 

Ucuz və heçnə etmədən $20 əldə etmək istəyi, iştirakçını daha çox pul itirməyə aparır. Ən maraqlısı da odur ki, Bazermanın paradoksunu kazino və maliyyə bazarlarında sübut edən iştirakçılar var. İtkiləri azaltmaq və “fix” etmək əvəzinə iştirakçılar itkini kompensasiya edə biləcəklərini düşünür və praktiki olaraq çoxu zaman daha çox itirirlər. 

Professorun burada demək istədiyi  -  itkidən qorxmaq daha çox itkilərə aparır. Zərərləri qəbul edin və bağlayın.

Tamerlan Bayramlı

 

 


 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün